Dövlət maraqlarımız qorunur...
05.12.2023 [11:00]
Lobbiçilik fəaliyyətinin uğurlu icrası
Y.BAYRAMOVA
Dövlətin qarşısında duran əsas vəzifələrdən biri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsidir. Milli maraqların, dəyərlərin qorunması baxımından diaspor və lobbiçilik fəaliyyəti həqiqətən də çox vacib fəaliyyət sahəsi sayılır. Bu mənada, həmin fəaliyyət sahəsinə dövlətin diqqət və qayğısının günü-gündən artması məqsədəuyğundur.
Son illər Azərbaycanın diaspor və lobbiçilik fəaliyyətində bəzi dəyişikliklər baş verib. Diaspor fəaliyyəti artıq təşkilatmış şəkildə həyata keçirilir. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın bir arada cəmləşməsinə nail olub və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işində yaxından iştirak edir. Əgər bu gün diaspor quruculuğu lazımi səviyyədə həyata keçirilməsəydi, Xocalı soyqırımı haqda məlumatları beynəlxalq səviyyədə təbliğ edə bilməzdik.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, beynəlxalq münasibətlər sistemində hər bir dövlətin öz yerini və rolunu dövlət maraqları çərçivəsində müəyyən etməsi üçün bir sıra şərtlər var. Onun sözlərinə görə, belə şərtlərdən biri də diaspor quruculuğunu həyata keçirmək və dünya siyasətinə təsir edə biləcək böyük dövlətlərdə lobbiçilik fəaliyyətini icra etməyə qadir qurumlarla qarşılıqlı və faydalı iş birliyini icra etməkdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə uğurlar qazanıb. Bunlardan biri də azərbaycanlıların xüsusilə kompakt yaşadığı bütün dövlətlərdə diaspor fəaliyyətinin qurulması və onların koordinasiya olunmasıdır. Eyni zamanda, dünyanın aparıcı ölkələrində, Rusiya, Türkiyə, eləcə də ABŞ-da Azərbaycan dövlətinin maraqları prizmasından lobbiçilik fəaliyyəti göstərə biləcək qurumlar və şəxslərlə milli maraqlarımıza birgə xidmət edə biləcəyimiz qarşılıqlı əlaqələr formalaşdırılıb. Hesab edirəm ki, ötən 30 ildə dünya azərbaycanlılarının səylərinin birləşdirilməsi istiqamətində əsaslı işlər həyata keçirilib. Dünya azərbaycanlılarının dövlətin maraqlarını fəaliyyətlərində qorumalarının və dövlət qurumları tərəfindən həyata keçirilən işlərin nəticəsi olaraq bu gün dünya azərbaycanlıları arasında qırılmaz həmrəyliyin formalaşmasına nail olunub. Hesab edirəm ki, azərbaycanlıların həmrəyliyini göstərən yeganə gün 31 Dekabr tarixi deyil. Dünya azərbaycanlıları ilin bütün günlərində Azərbaycan maraqlarının təminatına çalışmalı və hazırki gərgin dönəmdə Azərbaycanın dünyadakı nüfuzunun qorunması baxımından güclərini daha da birləşdirməlidirlər”.
Politoloqun fikrincə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq, dövlətin maraqlarının təmin olunmasına, diaspor və lobbiçilik fəaliyyətinin uğurlu icrasına nail olmuşuq: “Azərbaycan regionun, eləcə də dünyanın nüfuzlu və əhəmiyyətli dövlətlərindən birinə çevrilib. Bu gün Cənubi Qafqazda Azərbaycan dövlətinin maraqlarını və istəklərini nəzərə almadan hansısa layihəni nəinki həyata keçirmək, hətta planlaşdırmaq belə olmaz. Azərbaycanın təmin olunmuş hüquqlarının qorunması və bir daha pozulmaması üçün kənar müdaxilələri vaxtında aşkar edib qarşısını ala bilmək üçün bundan sonra da dünya azərbaycanlıları arasında əlaqələr daha sıx şəkildə koordinasiya olunmalıdır. Dünyada yaşayan bütün azərbaycanlılar dövlət maraqlarımızın qorunması üçün səylərini səfərbər etməlidirlər”.
Z.Məmmədov qeyd edib ki, dövlət İkinci Qarabağ savaşına qədər diaspor quruculuğuna nə qədər dəstək versə də, bu institut lazımi qədər formalaşa bilməmişdi: “Lakin biz 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə diaspor quruculuğunun və lobbiçilik institutunun qismən canlandığının şahidiyik. Xüsusilə də Rusiya və aparıcı Qərb ölkələrində diasporun fəaliyyəti inkişaf edib. Azərbaycanın İsrail və Türkiyə ilə birgə fəaliyyət planı həyata keçirməsi diaspor və lobbiçilik fəaliyyətimizdə ciddi əhəmiyyətə malik olub. Nəzərə almaq lazımdır ki, bu gün ABŞ-da milyon nəfərdən çox soydaşımız yaşayır. Yəni bu faktor da Azərbaycanın ABŞ-dakı diaspor fəaliyyətinin gücləndirilməsi və lobbiçiliyinin inkişafı üçün önəmlidir. Onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları və dövlət işçilərinin üzərinə bu mənada böyük iş düşür.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

