Tolerantlığımız İtaliya mətbuatında
06.12.2023 [10:42]
Azərbaycan müsəlman dünyasının ən dünyəvi ölkələrindən biridir
Günel ABBAS
Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu ən böyük sərvətlərdən biridir. Ancaq bu xüsusiyyətləri Azərbaycana qarşı revanşist iddialar irəli sürən Ermənistana aid etmək qeyri-mümkündür. Bu ölkədə millətçilik, irqçilik, dini ayrı-seçkilik olduqca yuxarı həddədir. Təbii ki, bu hallar dünya ölkələrinin də diqqətindən yayınmır. Dünyanın aparıcı ölkələrinin rəsmiləri tərəfindən Ermənistanda revanşizmin hökm sürdüyü açıq şəkildə ifadə edilir.
Yeri gəlmişkən, İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ölkəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetinə Cənubi Qafqazda baş verən proseslərlə bağlı müsahibə verib.
Avropa Parlamentinin İtaliyanın müxalifət “5 Ulduz hərəkatı” partiyasından üzvü Fabio Massimo Kastaldonun Avropa İttifaqı və Avropa Parlamentinin rəsmilərinə ünvanlanmış ədalətsiz və əsassız çağırışlarına diqqət çəkən nazir müavini bunun uyğunsuz bir hərəkət olduğunu və sülh istiqamətində indiyədək əldə edilən razılaşmalara xələl gətirə biləcəyini vurğulayıb.
Qeyd edilib ki, bu, eyni zamanda, həm tarix, həm də beynəlxalq münasibətlər nöqteyi-nəzərindən az məlum olan hadisələrlə əlaqədar fəaliyyətə keçmək və ya birbaşa müdaxilə etmək üçün ən pis üsuldur. O, həmçinin Avropanın və İtaliyanın Azərbaycan ilə Ermənistan arasında yumşalma mühiti yaratmaq üçün çalışmalı olduqlarını bildirib.
Avrodeputat F.M.Kastaldonun lokal xarakterli antiterror tədbirləri ilə bağlı “azərbaycanlıların hücumu” iddialarına münasibətdə E.Çirielli diqqətə çatdırıb ki, belə bir iddianı irəli sürə biləcək nə siyasi, nə də hərbi xarakterli heç bir qiymətləndirmə yoxdur, bu, doğrudan da dəlilikdir. O əlavə edib ki, Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı əməliyyat həyata keçirməyib və bu, BMT-nin müstəqil komissiyalarının təsdiqlədiyi məlum faktdır. Bildirilib ki, Qarabağdakı insanları köçə Azərbaycan qoşunları yox, bölgədə repressiyaları həyata keçirən separatçılar təhrik ediblər və bunda separatçıların məqsədi gərginlik üçün əlavə səbəb yaratmaq olub.
Bakının dəfələrlə sülh çağırışları etdiyini xatırladan E.Çirielli diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyev döyüş meydanında qalib gəldiyinə baxmayaraq, Azərbaycan əməliyyatları dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi danışıqlar yolu ilə həll etməyə çalışdı.
Erməni millətçiliyini qızışdıranlar var
Nazir müavini, həmçinin əlavə edib: “Təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu”.
E.Çirielli vurğulayıb ki, Prezident İlham Əliyev çox praqmatik insandır və Azərbaycan beynəlxalq hüquqazidd olan hər hansı bir addımı qəti şəkildə istisna edir.
Nazir müavini qeyd edib ki, N.Paşinyan Ermənistanın rəsmiləri arasında BMT-nin müxtəlif qətnamələrinin dəfələrlə təsdiq etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk şəxsdir. Ondan əvvəlki Ermənistan hökumətləri heç vaxt belə mövqe tutmayıb, lakin hələ də Ermənistanda qatı millətçi olan hakim sinif, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr, Ermənistanın hüdudlarından kənarda yaşayan, problemlərdən və mövcud vəziyyətdən həqiqətən xəbərsiz olan güclü erməni icmaları var. Onlar həm də insanların daha asan qəbul etdikləri səbəblərə istinad mənbəyi kimi baxırlar, çünki onlar erməni diasporunun qatı millətçi və şovinist baxışlara malik övladları və nəsilləridir.
O əlavə edib ki, ötən əsrin əvvəllərində ermənilərə münasibətdə baş verənlərlə azərbaycanlıların heç bir əlaqəsi yoxdur, buna görə azərbaycanlılar heç bir məsuliyyət daşımırlar. Onlar, sadəcə, müsəlman olduqları üçün başqalarının günahlarına görə cavab verə bilməzlər.
Azərbaycan tolerantlığının fərqləndirici xüsusiyyətləri
“Üstəlik, biz yaxşı bilirik ki, Azərbaycan müsəlman dünyasının ən dünyəvi və tolerant ölkələrindən biridir. Bu, onun fərqləndirici xüsusiyyətidir. Odur ki, dindən xalqlar arasında münaqişə elementi kimi istifadə etməməyə çalışaq”, - deyə E.Çirielli bildirib.
Müəllif vurğulayıb ki, Ermənistan tərəfindən aparılmış müharibə, 30 il davam etmiş işğal beynəlxalq hüququ açıq şəkildə pozub və Ermənistan da bunu dolayı yolla qəbul edib. Halbuki Ermənistan gərginliyi başqa cür və daha əlverişli yolla aradan qaldıra bilərdi. Lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni özünün həll etməsinə gətirib çıxardı.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında İtaliyanın diplomatik roluna gəldikdə, E.Çirielli əminliyini ifadə edib ki, ölkəsi bu işdə mühüm rol oynaya bilər. “Amma azərbaycanlılar ermənilərə qarşı güc tətbiq edirmişlər kimi göstərilməyə davam olunsa, bu, sülhə kömək etməyəcək. Ən yaxşı yol Gürcüstanın bir müddətdir irəli sürdüyü kimi, normallaşma prosesinə başlamaqdır. Xristian ölkəsi olmasına baxmayaraq, Tbilisi, eyni zamanda, Azərbaycan üçün mühüm tərəfdaşdır və İtaliya kimi, böyük vasitəçilik potensialına malikdir. Çünki o, Azərbaycanın hüquqi və beynəlxalq maraqlarını həmişə müdafiə edib. Beynəlxalq hüququn və BMT prinsiplərinin müdafiəçisi olan İtaliyanın bu xətti dəstəkləməməsi qəribə görünərdi”, - deyə E.Çirielli fikirlərini tamamlayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

