İnsan hüquqları ilə bağlı...
15.12.2023 [10:45]
Bakıda beynəlxalq tədbir keçirilib
Bütün insanlar azadlıq, ləyaqət və hüquqlar baxımından bərabər doğulurlar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsində yer alan bu fikir Bəyannamənin 75 il əvvəl qəbul edildiyi zaman olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlayır. İntellektli, yüksək dünyagörüşlü fərd daim öz üzərində işləyərək irəliyə doğru can atır, cəmiyyətə faydalı olmağa çalışır. Azad, hüquqlu insan xalqı, dövləti üçün gərəkli və faydalı işlər görür. Layiqli vətəndaş olaraq ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirən insan xoşbəxtdir.
İnsanlar anadan eyni doğulsa da, həyatda missiyaları fərqli olur. Yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayan insanın həyatda necə yaşaması öz əlindədir. Təbii ki, burada insanın geni, doğulduğu ailə, ətraf mühit, təsir dairəsi böyük rol oynayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var.
İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Təbii ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. İnsan hüquqlarının müdafiəsi sahəsində qarşıda duran əsas məsələlərdən biri müasir dünyada ikili standartlara qarşı mübarizədir.
Hər bir dövlət insan hüquqlarını və azadlıqlarını təmin etməyə borcludur. Bu məsələdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən siyasi partiyaların, vətəndaşların özünün üzərinə məsuliyyət düşür. Söhbət ondan gedir ki, hər kəs ilk növbədə öz hüquqlarını öyənməli, bilməlidir.
Bu günlərdə Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Ombudsman Aparatının, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Ombudsman Aparatının, BMT agentliklərinin, ali təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı insan hüquq və azadlıqlarının inkişafı, təşviqi və müdafiəsinin əhəmiyyətindən danışıb. O, dünyada baş verən müharibələr, soyqırımı cinayətləri, tətbiq edilən ikili standartlar nəticəsində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin təsbit olunmuş normaların yerinə yetirilmədiyini bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxışlarında Azərbaycanda insan hüquq və azadlıqlarının təşviqi və təmini istiqamətində həyata keçirilmiş tədbirlərdən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən danışıblar.
Sonra BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünə həsr olunmuş videomüraciəti dinlənilib.
Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı bildirib ki, dövrümüzdə insan hüquqlarının qorunması öz əhəmiyyətini və aktuallığını itirməyib: “İrqçiliklə mübarizə, azlıqların hüquqlarının müdafiəsi, gender bərabərliyi, fikir və ifadə azadlığı hüquqları kimi məsələlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır. COVID-19 pandemiyası insan sağlamlığının insan hüquqları ilə necə sıx bağlı olduğunu göstərdi. Səhiyyə, sosial müdafiə, əmək və təhsil hüquqlarının əldə edilməsi məsələləri ön plana çıxıb. Pandemiya bərabərsizlik və ayrı-seçkilik məsələlərini də kəskinləşdirdi. İqlim dəyişikliyi insan hüquqlarına daha bir təhlükə yaradır. İqlim dəyişikliyi kontekstində ədalətli ekoloji siyasətə və insan hüquqlarının müdafiəsinə ehtiyacı vurğulayan ekoloji problemlər həssas əhaliyə qeyri-mütənasib şəkildə təsir edir. Bu gün hamımızı qoruyan bütün insan hüquqlarını - sosial, mədəni, iqtisadi, mülki və siyasi hüquqları təşviq etmək və onlara hörmət etmək həmişəkindən daha vacibdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi gərginliyi azaltmağa və dünyamızın səy göstərdiyi təhlükəsizlik və sabitliyi təmin etməyə kömək edə biləcək ümumi dəyərlərə və yanaşmalara işarə edir”.
Y.SƏLİM
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09

