Dünyanı lərzəyə salan Əmir Teymur
01.08.2024 [10:55]
Teymurilər dövlətinin banisi, böyük sərkərdə və dövlət xadimi Əmir Teymur tarixdə iz qoymuş nəhəng şəxsiyyətlərdəndir. Bacarıqlı idarəçi, yenilməz fateh və qətiyyətli imperator olan Əmir Teymur həm də elmə, sənətə xüsusi dəyər verir, mədəniyyətin inkişafına qayğı göstərirdi. Teymur alimlərlə söhbətləşməyi çox sevirdi. O, Səmərqənd şəhərində rəsədxana, məktəblər, mədrəsələr, böyük bir kitabxana inşa etdirmiş, dünyanın ən nadir, ən qiymətli kitablarını Səmərqəndə gətirtmişdi.
Əmir Teymur 1336-cı ilin 9 aprel tarixində Orta Asiyada yerləşən Keş (hazırda Şəhrisəbz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca İlqar kəndində dünyaya gəlib. Böyük sərkərdənin uşaqlıq və gənclik illəri Keş dağlarında keçib. Gənc olarkən Teymur ov etməyi, at çapmağı, nizə tullamağı, ox atmağı və qılınc oynatmağı çox sevirdi. O, hələ uşaq vaxtlarından hərbi oyunlara böyük maraq göstərirdi. Atası Turğayın yanında qulluq edən atabəylər 10 yaşından etibarən kiçik Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayırlar. Onlar Teymura idman oyunlarını, hərb sənətinin sirlərini dərindən öyrədirlər. Olduqca cəsur və təmkinli insan olan Teymurun ayıq başla dərin mühakimə yürütmək qabiliyyəti vardı. Məhz buna görə də o, ən çətin anlarda düzgün qərar qəbul etməyi bacarırdı. Teymur barədə tarixi mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlaması ilə meydana çıxır.
Düşmənin gözüylə
“Əmir Teymur hündürboy və düz qamətliydi. Fiziki cəhətdən olduqca güclü, xaraktercə cəsarətli adam idi. Zahiri görünüşcə enli kürəyi, uzun qolları, mütəmadi məşqlər nəticəsində sahib olduğu mükəmməl bədəni vardı. Onun gözlərində qorxu adlı bir şey yox idi. Yaşı yetmişə yaxın olsa da, ruh aydınlığını, bədəninin möhkəm qaya kimi dözümlülüyünü, xarakterinin mərdliyini, qorxmazlığını qoruyub saxlayırdı... İgid əsgərlərin dostu idi. İnsanlar ona hörmət və itaət göstərirdilər...”
Maraqlısı odur ki, bu sətirlər Teymurun katiblərinin, mirzələrinin yazdığı hansısa bir salnamədən deyil. Bu yazının müəllifi Əmir Teymuru özünə və xalqına düşmən bilən Dəməşqli tarixçi Əhməd ibn Ərəbşahdır.
Bu ərəb tarixçisi vətəni Dəməşqin Teymur ordusu tərəfindən dağıdılmasının şahidi olsa da, həqiqəti yazmaqdan özünü saxlaya bilməyib. Savaş zamanı Teymurun əsir götürdüklərinin içində o da vardı. Əsirlikdə olarkən o, hökmdarı şəxsən görmək imkanı qazanır. Onun yazdığı “Teymur tarixində tale möcüzələri” kitabının Teymurilər dövlətinə qəzəblə dolu olması tarixsevərlərə məlumdur. Lakin düşmən gözüylə baxması Teymurun şəxsiyyətinə rəğbət bəsləməyinə mane olmamışdı.
Teymurun uşaqlığı və gəncliyi haqqında məlumatlar çox azdır. Bəzi mənbələrə görə, onun atası tayfa başçısı, yaxud alimənsəb dövlət xadimi olub. Buna görə də Teymur hələ uşaqlıqdan yüksək səviyyəli hərbi təlimlər keçmiş, hərb sənətinin incəliklərinə yiyələnmişdi. Bir sözlə, gələcəyin fatehi o dövrdə türk döyüşçülərinin işlətdiyi hər fəndi bilirdi: qaçan ata minib-düşmək, at belində yay-ox atmaq, həm qılınc, həm də nizəylə vuruşmaq. Ərəbşah yazır ki, o, atlar haqqında çox məlumatlı idi və yaxşı atı bir baxışla tanıya bilirdi.
Əmir Teymurun hündürboy və güclü döyüşçü olduğunu bütün mənbələr qeyd edir. Oxçuların sinəyə qədər çəkə bildiyi gər kaman kirişini Teymur gözünün kənarına qədər dartaraq çox uzaq hədəfləri vura bilirdi.
Cəsur döyüşçü
Teymurun əsas özəlliklərindən biri də onun ən qızğın döyüşlərdə belə şəxsən iştirak etməsi idi. 1362-ci ildə Sistan vilayətində döyüş zamanı dəstəsiylə birgə pusquya düşən hökmdar qəfil hücuma məruz qalır və atışma zamanı bir neçə ox yarası alır. Nəticədə onun sağ ayağı zədələnir, Teymur ömrünün axırınadək axsayır.
Tarixi mənbələr göstərir ki, ayağının zədələnməsinə və bir neçə barmağını itirməsinə baxmayaraq əmir yenə döyüşlərə şəxsən qatılırdı. Bir dəfə tarixin indiyə qədər də unutmadığı bir hadisə baş verir. 1380-ci ildə Teymurilərin vassal asılılığında olan Ürgənc bölgəsində mərkəzi hakimiyyətə qarşı üsyan qaldırılır. Əmir Teymur öz ordusu ilə Ürgənci mühasirəyə alır. Şəhər darğası Yusif Sufi əsgərlərinin sayca az olduğunu əsas gətirərək məsələni duellə həll etməyi təklif eləyir. Orta əsrlərdə belə bir qayda vardı, bəzən kütləvi qırğın olmasın deyə iki sərkərdə təkbətək döyüşə çıxırdı. Yaşı qırxı ötmüş Teymur duel təklifini qəbul edir və meydana atılaraq, az qala oğlu yaşında olan Yusifi döyüşə çağırır. Salnaməçi yazır ki, Teymur qoşunların əhatələdiyi meydanın ortasında dayanaraq Yusifi gözləyirdi. Ancaq Ürgəncin başçısı daha gənc və sağlam olmasına baxmayaraq son anda Teymurla üz-üzə gəlməkdən imtina etdi. Bu hadisə ölkədə böyük səs-küyə səbəb oldu, əhali üsyan qaldıraraq Yusifi devirdi və şəhər qapılarını Teymurun üzünə açdı. Təkcə bu fakt Əmir Teymurun necə rəşadətli döyüşçü olduğunun sübutudur.
Toxtamış xanla böyük müharibə zamanı ağır yaralansa da, Teymur döyüşlərdə iştirakını davam etdirib. Böyük fateh o zaman artıq yaşlanmışdı. Növbəti döyüşlərin birində oxları tükənən hökmdar nizəsini işə salır və deyilənə görə, nizə qırılana qədər vuruşur. Həmin vaxtda hökmdar artıq əlli yaşını keçmişdi.
Əmir Teymur 1405-ci ildə Çinə yürüşü zamanı Otrar şəhərində vəfat edib.
Sərkərdə və hikmət sahibi
Teymurun imperiyası müasir Özbəkistan, Tacikistan, Qırğızıstan, Cənubi Qazaxıstan, Türkmənistan, İran, Əfqanıstan, Pakistan, Şimali Hindistan, İraq və Qafqaz ərazilərini əhatə edirdi. 1370-ci ildə Bəlxdə qurultay keçirilmiş və bacarıqlı, ağıllı sərkərdə Teymur Turan əmiri seçilmişdi.
1376-cı ildə Teymurun ordusu Xarəzmi, 1384-cü ildə isə Seistan və Zabulistanı (Əfqanıstanın cənub-qərbi) ələ keçirib. 1393-cü ildə Bağdada, 1395-ci ildə Qızıl Ordaya (Dəşti-Qıpçaq), 1398-ci ildə isə Dehli sultanlığına qarşı yürüşə çıxıb.
1401-ci ildə Teymurun qoşunları Dəməşqi tutur, 1402-ci ildə isə Osmanlı sultanı İldırım Bəyazid döyüşdə məğlub edilir. Nəticədə bir zaman xəlifə Osman tərəfindən tərtib olunmuş “Qurani-Kərim” kitabı (“Osmanın Quranı” adı ilə tanınır) qənimət kimi Səmərqəndə gətirilir.
Demək olar, bütün Teymuri hökmdarların sufi müəllimləri vardı. Əmir Teymurun əsas iki ustadı olub: Mir Seyid Bərəkə və Səid Kulal. Teymur sufilərlə söhbətləşməyi sevər, sarayda sufi məclisləri təşkil edərdi. Beləcə, sufi ustadlarına ehtiramla yanaşan böyük sərkərdə mənəvi aləmini ilahi eşqlə, ruhani söhbətlərlə zənginləşdirərmiş.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41

