Misir: Böyük Sfinksin sirri
30.08.2024 [10:45]
Böyük Sfinks ehramı dünyanın ən sirli abidələrindəndir. Ehramın Misir sivilizasiyasından, hətta insanlığın tarixindən daha qədim olması barədə bir sıra mülahizələr irəli sürülür. Sfinks heykəlinin kənarlarında qədim daşqınlardan qalma nişanələrin, çöküntü qatlarının olması, abidənin altında isə hələ öyrənilməmiş boşluqların mövcudluğu barədə zaman-zaman fikirlər səsləndirilib. Sfinksin üz quruluşunun hansısa qədim bir qaradərili insanın üz cizgilərini əks etdirdiyi barədə fikirlər olsa da hələlik bu abidədə kimin, hansı mifik obrazın təsvir edildiyini və bu obrazın haradan gəldiyini heç kim deyə bilməyib.
İki milyon yaşı olan abidə
Böyük Sfinks heykəli barədə səsləndirilən iddialardan ən birincisi abidənin yaşı haqqındadır. Sfinksin yaşının təxminən 2 milyon il olduğu təxmin edilir. Ancaq mütəxəssislər də bildirir ki, bu yaş heykəlin özünün yox, onun özülünü təşkil edən əhəngdaşının yaşıdır. Ancaq tarixçilər belə deyirlər: Gisea yaylasından Nil çayına doğru axan selin təzyiqindən oyulmuş qayanın 2 milyon illik tarixə malik olduğu güman edilir. Bu nəhəng qayanın bütöv səthi heç vaxt yonulub işlənmədiyi üçün heykəl günümüzə yarımtəbii formada gəlib çıxmışdı. Əslində qədim Misir sənətkarları, şəkillərdə də göründüyü kimi, heykəlin əsasən yanlarını orijinal formada yonmağa üstünlük vermişdilər. Təbiətin özü daşqınlar, qabarmalar, çəkilmələr və başqa proseslərin köməyi ilə bu nəhəng qayanı yonub heykələ bənzətməyə başlamasaydı, yəqin ki, qədim insanların da ağlına Sfinks kimi bir abidəni yaratmaq ideyası gəlməzdi. Bu nəhəng Sfinksdə, təbiətlə insanın yaradıcılığı, belə demək mümkünsə, birləşərək vəhdətə gəlmişdi. Çox-çox minilliklər sonra insanlar uçurumun əsasını kobud şəkildə emal edərək “pəncələr” və daha incə şəkildə Nil çayına baxan bir Sfinks heykəli ucaltdılar. Baş nahiyyə nisbətən kiçik, bədən isə uzun olsa da bu, yerləşdiyi massivin orijinal formasına uyğun gəlirdi.
Sfinksin altındakı boşluqların varlığında (hətta heykəlin özündə də) qəribə heç nə yoxdur. Mütəxəssislər Giza bölgəsindəki əhəngdaşı yaylasında qumlu küləklə aşınan çoxlu qayalar, sellər-sularla çapılmış yarğanlar, iti sellərin oyduğu mağaralar aşkar etmişlər. Əlbəttə, suda həll olunaraq formasını dəyişən bu cür əhəngdaşlarını yonmaq da o qədər çətin deyildi. Buna görə də sonralar piramidaların tikintisində həmin qayaları çaparaq material kimi istifadə edirdilər. Bəzən isə nəhəng qaya parçalarını çapıb aşağı endirməkdən vaz keçərək həmin qayalardan özül kimi yararlanır, piramidaları yüksəklikdə inşa edirdilər. Məsələn, Firon Xeopsun məqbərəsi yerləşən piramida bu cür özül üzərində inşa edildiyindən təbii yüksəklikdə yerləşir.
Giza piramidalarının yerləşdiyi ərazilərdə çoxlu sayda qədim insanların məskəni ola bilən təbii mağaralar var. Lakin nədənsə, bu mağaralar indiyədək arxeoloqlar və başqa mütəxəssislər tərəfindən araşdırılaraq tədqiq edilməyib. Bəzi tədqiqatçılar həmin mağaraların yeraltı çayların vasitəsilə dar formada yarandığını və buna görə insan məskəni üçün yararsız olduğunu, həm də insan məskəni olsa belə, indiyədək heç bir insan izinin qalmadığı fikrində olduqlarını bildirirlər.
Beləliklə, böyük Sfinks abidəsi, alternativ elmin sevdiyi yadplanetlilər və atlantidalılar mövzusunda sensasiyalı versiyalar irəli sürmək üçün heç bir əsasa imkan yaratmır. Böyük Sfinks Misirin ən diqqətçəkən tarixi yerlərindən biridir. Abidə bütün dövrlərdə antik cazibəsi və qeyri-adi sirli görünüşü ilə daim xarici turistlərin diqqətini cəlb edir.
Firon Xafre ilə Sfinks arasında əlaqə
Böyük Sfinksin yaxınlıqdakı Xafre piramidası ilə eyni vaxtda inşa edildiyinə dair ehtimallar var. Firon Xafrenin ölüm tarixinə görə isə pramidanın tikintisi eramızdan əvvəl 2521-ci ildən üzü bəriyə təsadüf edir. Bəzi versiyalara görə Sfinks ehramı üzərindəki başın firon Xafreyə məxsus olduğu güman edilir. Lakin, bu versiyanın həqiqətə uyğun olub-olmaması da mübahisəlidir. Mütəxəssislərin fikrincə Sfinksin zəncilərə məxsus üz cizgilərini inkar etmək mümkün deyil, Xafredə isə belə əlamətlər yoxdur.
Əslinə qalsa, Misir mənbələrində Xafre ilə Sfinks arasında hər hansı əlaqənin olmasına dair tutarlı bir dəlil yoxdur. Qədim mənbələrdə bu mövzuda yalnız bir qeydə rast gəlinib: Xafrenin atası firon Xeopsun hakimiyyəti dövründə böyük Sfinksi qumdan təmizləmişdilər. Bu fakt heykəlin Xafredən çox əvvəl meydana çıxdığını göstərir.
Ancaq eramızdan əvvəl 1-ci minilliyin ortalarında, yəni Sfinksin görünməsi üçün ən son təxmin edilən tarixdən 20 əsr sonra daş üzərinə həkk edilən qeydlər şübhə doğurdu. Sfinksi Xefra ilə birləşdirən fərziyyə hələlik aktuallığını qoruyur. Bunu instrumental üsullarla yoxlamaq da mümkün deyil. Qayanın özü, yuxarıda qeyd edildiyi kimi, çox qədimdir, lakin ondakı emal izlərinin dəqiq tarixini göstərmək mümkün deyil.
Böyük Sfinksi kimlər inşa edib?
Heykəllə bağlı müxtəlif iddialar səslənsə də Sfinksin misirlilər tərəfindən yaradılmasına şübhə etmək üçün heç bir əsas yoxdur. Qədim Misir əsatirlərini yaradan misirlilərdən başqa heç kim şirlə insanı “hibrid”ləşdirib bu cür nəhəng obraz yarada bilməzdi. Bu gün Misirdə çoxlu sfinkslər mövcuddur, ancaq sözügedən bu Sfinks onların əcdadı və ən böyüyüdür. Bu abidə qaynaqlarda “Androsfinks” (şir bədənli firon) kimi təsnif edilir. Daha az prestijli variantlar: qoç başlı “kriyosfinkslər” və qartal başlı “ierakosfinkslər” də mövcuddur.
Bu gün öz möcüzəli piramidaları ilə bərabər, böyük Sfinks abidəsi də Misirin müqəddəs simvolu olaraq qalmaqdadır. Misirin embleminə çevrilən Sfinksin şəkilləri tez-tez markalarda, sikkələrdə və rəsmi sənədlərdə görünür. Zaman-zaman müəyyən təbii aşınmalara məruz qalan Sfinks mütəxəssislər tərəfindən təmir olunur. Qumlu qasırğalara, rütubətli və dumanlı havalara həssas olan abidəni Misir dövləti xüsusi nəzarətdə saxlayır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19

