İKT-də bərabərlik...
24.04.2026 [08:59]
Qızların texnoloji biliklərinin artırılması vacibdir
Qızların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində rolu yalnız texniki biliklərlə məhdudlaşmır. Onların gətirdiyi müxtəlif baxış bucaqları və yaradıcı yanaşmalar bu sahənin daha inklüziv, innovativ və cəmiyyətə faydalı şəkildə inkişaf etməsinə mühüm töhfə verir. Çünki texnologiya artıq sadəcə alət deyil, gündəlik həyatın ayrılmaz hissəsi və gələcəyin qurulmasında əsas qüvvədir. Bir sözlə, rəqəmsal dünyanın sürətlə dəyişdiyi bir dövrdə qızların texnologiyaya marağını artırmaq, onlara bərabər imkanlar yaratmaq və öz potensiallarını kəşf etmələri üçün ilham vermək cəmiyyətin gələcəyinə qoyulan ən dəyərli investisiyalardan biridir.
Bütün dünya ictimaiyyəti kimi Azərbaycanda da aprelin sonuncu həftəsi İKT-də Qızlar Günü (“Girls in ICT Day”) kimi qeyd edilir. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib.
Ümumi İKT əmək bazarının 26 faizi...
Hazırda İKT sektorunun həmişəkindən daha çox qız və qadınlara ehtiyacı var. Gələcəyin işləri texnologiya və innovasiya ilə idarə olunacaq. Bu gün ibtidai məktəbə daxil olan uşaqların 65 faizi gələcəkdə bugünkü gündə mövcud olmayan işlərdə çalışacaq. Dünyada daha çox qadının İKT sektoruna cəlb edilməsi üçün ciddi səylər göstərilsə də, hətta ən sivil ölkələrdə belə bu yolda bir sıra problemlər və maneələr mövcuddur. Bu sahədə çalışan qadınlar ümumi İKT əmək bazarının cəmi 26 faizini təşkil edir.
Bu gün ölkəmizdə də ənənəvi olaraq geniş qeyd olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən gənc qızların texnologiya sahəsində maarifləndirilməsi, təhsilin əhəmiyyəti və bu sahədə geniş imkanlar barədə məlumatlandırılması, rəqəmsal dünyada fəal iştiraka cəlb edilməsi məqsədi ilə hər il Beynəlxalq İKT-də Qızlar Gününə həsr olunmuş tədbirlər təşkil olunur. Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar səviyyəsindədir.
Bacarıq və istedadın cinsiyyəti yoxdur...
Qadınların İKT sektorunda fəal iştirakı həm də stereotiplərin qırılmasına xidmət edir. Çünki uzun illər bu sahə “kişilərə aid peşə” kimi təqdim olunsa da, bu gün uğurlu qadın mühəndislər, startap qurucuları və texnologiya liderləri göstərirlər ki, bacarıq və istedadın cinsiyyəti yoxdur. Hər bir fərd lazımi dəstək və imkan əldə etdikdə böyük nailiyyətlər qazana bilər.
Eyni zamanda, qadınların texnologiya sahəsində təmsil olunması cəmiyyət üçün daha ədalətli və balanslı rəqəmsal məhsulların yaradılmasına da təsir edir. Müxtəlif istifadəçi qruplarının ehtiyaclarını anlayan komandalar daha funksional və əlçatan həllər ortaya qoyur. Bu isə texnologiyanın insan həyatına müsbət təsirini maksimuma çatdırır.
Bütün bunları nəzərə alaraq, qızların və qadınların İKT sahəsinə cəlb olunması yalnız fərdi inkişaf məsələsi deyil, həm də sosial ədalət, iqtisadi tərəqqi və texnoloji innovasiyanın gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir məsələdir. Bu istiqamətdə atılan hər bir addım daha güclü və bərabər bir cəmiyyətin qurulmasına doğru aparır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28

