Səfəvi xanədanlığında qadın gücü: Pərixan Sultan
03.08.2022 [10:42]
İki qardaşını öldürüb hakimiyyətə gəldi, adına pul kəsdirdi
M.BAYRAMLI
Azərbaycanın orta əsr görkəmli siyasi xadimlərindən olan Pərixan Sultan 1548-ci ilin bu günü Əhərdə dünyaya gəlib. Pərixan xanım Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. Atasının ən sevdiyi qızı, ən yaxın məsləhətçilərindən olub. Güclü iradəyə malik qadınlardan və Səfəvilər sülaləsinin bilikli şəxsiyyətlərindən olan Pərixan hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılıb.
Pərixan Sultan I Şah Təhmasibin qızı və I Şah İsmayıl Xətainin nəvəsi idi. Atasının vəfatından sonra bir müddət şahlığı öz əlində saxladı. Daha sonra hakimiyyəti gürcü əsilli analığından olan ögey qardaşı Heydər Mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı. Heydər Mirzə ona inandığı üçün qardaşı Süleyman Mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və analığı - gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi. Şamxal Sultan çərkəzlərdən ibarət 300 nəfərlik şəxsi heyəti ilə Heydər Mirzəni öldürdü. Pərixan Sultan Heydərin ölümünü istəmirdi, lakin özü də istəmədən bu ölümə şahid olmuşdu. Bundan sonra Pərixan Sultanın dərin mənəvi böhran dövrü başlamışdı. Pərixan Sultan qardaşı II Şah İsmayılı hakimiyyətə gətirmişdi. Yeni şah taxta çıxandan sonra onu min bir əziyyətlə taxta çıxardan Pərixanı özünə təhdid sayırdı.
Çox keçmədi ki, Səfəvi xənədanının “ölüm mələyi” - II İsmayıl özü də qətlə yetirildi. Pərixan Sultan dövləti və xənədanı üçün hətta doğma qardaşlarından çox sevdiyi, ümid bəslədiyi, xəyalındakı o mərd, igid sərkərdəni, özü taxta gətirdiyi kimi də taxdan saldı. II İsmayılın öldürülməsindən sonra Pərixan Sultan əsas hakimiyyəti əlinə aldı.
Səfəvi tarixçisi və yazarı İsgəndər bəy Münşi, Pərixan Sultan haqda bunları demişdi: “Adlı-sanlı şahzadələrdən örpəkli Pərixan Sultan ağıl və biliyinin çoxluğuna görə başqa möhtərəm xanımlardan üstün və atasının yanında hamıdan izzətli, hörmətli, əziz olan rəy və məşvərət sahibi idi və başqaları ona həsəd aparırdı”. Bu da türklərin öz qadınına, qızlarına verdiyi dəyərin göstəricisi idi. Səfəvilərdə qadın müdrikliyinə, saray idarəçiliyində qadının iştirakına hörmət qoyulsa da, təbii ki, həmin dövrdə qadın şah ola bilməzdi.
Pərixan xanım şahzadə Məhəmməd paytaxta gələnəcən qəyyum olacağını bildirmişdi. Pərixan xanım onun hakimiyyətini sorğulayan bir çox kişiləri meydanda edam etdirdi. Vəli sultanın da danışıqlarına əhəmiyyət verməyərək öz adına da sikkə basdırdı. Pərixan xanım ilk iş olaraq qardaşının həbs etdirdiyi önəmli şəxsləri həbsdən azad etdirdi. Hakimiyyəti ələ alsa da, Pərixan Sultan kədərlərə qərq oldu, iki qardaşının ölümünə bais olduğunu unuda bilmirdi. Bu, onun anasını da çox narahat edirdi. Qızı sanki günbəgün çiçək kimi solurdu...
Sultan Məhəmməd Xudabəndə hakimiyyətə yiyələndikdən sonra Pərixan xanım onun əmri ilə edam olundu.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36

