Xəyal və gerçəklik arasında...
02.02.2024 [11:32]
Günel ABBAS
Yuxular və onun haqqında fərziyyələr tarix boyu böyük maraq mövzusu olub. Yuxu zamanı yaşanan qəribə və bəzən də qorxunc təcrübələr elm adamları, filosoflar, rəssamlar tərəfindən tədqiq və şərh edilib. Yuxuların mənaları, simvolları və səbəbləri haqqında çoxlu nəzəriyyələr və fikirlər irəli sürülüb. Ancaq yuxuların tam anlamı hələ də tam başa düşülməyib.
Yuxu zamanı bədənimizin bir çox funksiyası dəyişir. Bununla belə, beynimiz hələ də işləməyə davam edir. Bu o deməkdir ki, yuxular həm də bizim şüuraltımızda olan obrazların məhsuludur. Niyə yuxu gördüyümüzlə bağlı çoxlu müxtəlif elmi araşdırmalar olsa da, hələ ki, sübut olunmuş bir fakt yoxdur.
Ziqmund Freyd və Karl Yunq kimi elm adamları yuxular haqqında ilk nəzəriyyə irəli sürənlər arasında idi. Freydə görə yuxularımız oyaq olduğumuz zaman beynimizdə dolanan fikirlərin əksidir. Yəni real həyatda olan istək və arzularımız yuxularımızda gördüyümüzə işarədir. Karl Yunq inanır ki, yuxularımız oyaq olduğumuz zamankı düşüncələrimizlə eynidir. Hazırda yuxuların fərqli funksiyaları olduğu barədə müxtəlif fikirlər var. Alimlər yuxuların səbəblərini nevroloji baxımdan araşdırıblar. Bu analizə görə, Allan Hobson və Robert Karley yuxularımızın səbəbinin beynimizdəki ani elektrikdən ibarət olduğu qənaətinə gəliblər. Bu elektrik sayəsində beynimizdə bir-birinin ardınca görüntülər meydana gəlir.
Yuxuların keçmişi və bu günü
Yuxular bəzən insanın psixologiyasına dərindən təsir edən görüntülər kimi görünür. Yuxular haqqında bəzi məlumatlar eramızdan əvvəl 3100-cü ilə aid Şumer lövhələrində tapılıb. Yəni insanlar indiki kimi 5 min il əvvəl də müxtəlif araşdırmalar aparır, yuxular haqqında düşünürdülər. Təbii ki, bu fikirlər təkcə elmlə əlaqələndirilə bilən fikirlər deyildi. İstər assuriyalılarda, istərsə də Misir sivilizasiyasında yuxuları Allah, Şeytan və s. kimi dini terminlərlə əlaqələndirilirdi.
Yuxular haqqında məqalə yazan Freyd yuxuların insanın basdırılmış duyğularının əksi olduğunu irəli sürdü. Bu araşdırmaya indi baxdığımızda yarımçıq görünsə də, o dövrdə çox maarifləndirici bir araşdırma kimi ortaya çıxdı. Çünki o, yuxuları o dövrdə dini faktlarla deyil, birbaşa beynin özü ilə əlaqələndirməyə çalışan ilk mütəfəkkirlərdəndir.
Şüurlu yuxu
Yuxuları da digər sahələr və elmlər kimi müxtəlif qruplara bölmək olar. Ən maraqlılarından biri də “şüurlu yuxu” adlandırdığımız yuxu formasıdır. Bu tip yuxularda fərd yuxu gördüyünün fərqindədir və yuxunu istədiyi kimi istiqamətləndirə bilər. Bu vəziyyətdə bədən yuxu vəziyyətindədir, lakin beynin tam yuxuya getmədiyi başa düşülür.
Gerçək yuxular
Bəzi insanların gördükləri yuxular bir müddət sonra reallaşır. Bu yuxulara gerçək yuxular deyilir. Həmin yuxuların təfsiri də çox vacibdir.
Sadə yuxular
Bəzi insanlar gün ərzində yaşadıqları bütün hadisələrdən təsirləndikləri üçün yuxu görürlər. Gün ərzində müxtəlif işlərlə məşğul olan insanlar, maraqlandıqları və ya yaşadıqları mövzuları yuxuda görürlər. Bu yuxular sadə yuxulardan olduğundan onları şərh etmək lazım deyil.
Gözəl yuxular
Yuxuda uçmaq, qaçmaq, əylənmək və ya üzmək gözəl yuxulardan hesab edilir. Bu cür yuxular səhərlər, bədənin rahat və sağlam olduğu vaxtlarda görülür.
Təkrarlanan yuxular
Bəzi insanlar zaman-zaman eyni yuxular görürlər. Bu tip yuxular ümumiyyətlə müsbət hadisələrdir və insanı xoşbəxt etdiyi üçün görülür.
Yuxu içində yuxugörmə
Bu tip yuxuların təfsiri vacibdir. Çünki yuxu içində yuxu görən insanların röyaları ilə bağlı edilən şərhlər çox vaxt gerçəkləşə bilər.
Kabuslar
İnsanlar bəzən onları qorxudan yuxular görürlər. Bu, yaşanılan qorxularla əlaqəli bir vəziyyətdir.
Araşdırmalar nəticəsində məlum olub ki, travma keçirmiş insanlar adi insanlardan daha çox yuxu görürlər. Bunun bir çox müxtəlif səbəblərini müzakirə etmək olar. Mütəxəssislər ümumiyyətlə beynimizin travmaya cavab verdiyini düşünürlər. Bu həm də beynin öz-özünə məşq etməsi deməkdir. Pis hadisələr yaşayan fərdlər pis yuxular görür və beləliklə özünü müdafiə üsulları inkişaf etdirir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

