Yaşasaydı 76 yaşını qeyd edəcəkdi...
24.05.2024 [10:50]
Fuad Poladovun doğum günüdür
Yeganə BAYRAMOVA
Onun özünəxas səsi, duruşu və yaddaşlara həkk olunan baxışları var idi. Sənətin, şöhrətin zirvəsini fəth edənlərdən olmuşdu. Bir aktyor hansı nailiyyətləri əldə edib, uğura imza ata bilərdisə, o da bunları bacarmışdı. Fəxri adlar, mükafatlar, tamaşaçı sevgisi, alqışlar... Bir sözlə, aktyor şöhrətinin zirvəsini yaşayan insan kimi yaddaşlara həkk olundu.
Haqqında danışdığımız bu böyük sənətkar yüzlərlə obraza səhnə həyatı verərək mədəniyyət tariximizdə bənzərsiz xidmət göstərmiş respublikanın Xalq artisti, görkəmli teatr və kino aktyoru Fuad Poladovdur. Hər aktyorda xarizma və güclü səhnə manevrləri birləşmir - Fuad Poladovda isə bu xüsusiyyətlərin hər biri özünə ehtiva edirdi.
Mayın 24-ü görkəmli aktyorun anadan olduğu gündür. Yaşasaydı 76 yaşını qeyd edəcəkdi. Uşaqlıqdan aktyorluğa meyil salan səhnə ustası Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-1972-ci illərdə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Yaradıcılığı yaddaşlarda silinməz iz buraxdı...
Fuad Poladovun ilk rolu 1966-cı ildə “İstintaq davam edir” filmində Səlim obrazı olub. Daha sonra İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşasında Savalan rolunu oynayıb. Beləliklə, aktyorun səhnə yaradıcılığı davam edib.
Alman ədibi Fridrix Şillerin “Məkr və məhəbbət” tamaşasında Ferdinand, Nazim Hikmətin “Məhəbbət əfsanəsi”ndə Fərhad, M.S.Ordubadinin “Qılınc və qələm”ində Nizami, M.Qorkinin “Həyatın dibində” tamaşasında Baron, M.İbrahimbəyovun “Kərgədan buynuzu”nda Rauf, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Şahbaz bəy, Şekspirin “Hamlet”ində Hamlet rollarını ifa edib.
Böyük sənətçinin İlyas Əfəndiyevin “Boy çiçəyi”, “Qəribə oğlan”, Büllur sarayda”, “Mahnı dağlarda qaldı”, “Məhv olmuş gündəliklər” tamaşalarında, Əli Əmirlinin “Şah Qacar”ında və digər müxtəlif tamaşalarda oynadığı rollar heç vaxt yaddan çıxmaz.
Aktyor 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 1987-ci ildə Azərbaycan SSR Xalq artisti, 2004-cü ildə “Teatr xadimi” qızıl medalı, 2007-ci ildə “Qızıl dərviş” mükafatı, 2015-ci ildə “Qızıl pəri” mükafatı və 2016-cı ildə “Cəfər Cabbarlı mükafatı”na layiq görülüb.
Fuad Poladov yaradıcılığında rol aldığı filmlərlə də sevilib. Aktyor ümumilikdə 43 filmə çəkilib. Onun çəkildiyi filmlər nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində məşhurdur. Hələ təkcə 1977-ci ildə çəkilmiş “Qaynana” filmində yaratdığı Ayaz obrazı tamaşaçıların yaddaşında silinməz iz buraxıb.
Oxşar və faciəli tale...
Aktyorun İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərində Savalan obrazını canlandırarkən tərəf-müqabili olan aktrisa Vəfa Fətullayeva ilə olan sevgi macərası dillər əzbəri idi. Məşhur aktrisa Hökumə Qurbanovanın qızı Vəfa xanımın F.Poladovla ailə qurmasına qarşı olması iki gəncin həyatını demək olar ki, alt-üst etmişdi. Onlar bir-birlərini dəlicəsinə sevirdilər.
1987-ci ildə aktrisa Vəfa Fətullayeva qan xərçənginə tutulur və Fuad Poladovun doğum günündən 3 gün əvvəl xəstəxanada, elə Fuad Poladovun qollarında dünyasını dəyişir. Bu, aktyorun dərin sarsıntı keçirməsinə səbəb olur. Sevdiyi qadının ölümündən 34 il sonra Fuad Poladov da elə may ayında eyni xəstəlikdən dünyasını dəyişir.
Fuad Poladovu tanıyanlar yaxşı bilirlər ki, o, yalnız fitri istedadı, bənzərsiz ifaçılıq məharəti ilə deyil, həm də səbri, sözübütövlüyü, ciddiliyi ilə fərqlənən şəxsiyyət olub. Aktyor haqsızlığa qarşı barışmaz, üsyankar mövqeyi ilə də həmişə fərqlənib.
Xalq artisti 2018-ci il mayın 5-də 69 yaşında dünyasını dəyişib. Sevdiklərinin ürəyində əbədi məskən salan aktyorun məzarı “Qurd qapısı” qəbiristanlığındadır.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32

