Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Qırğızıstanlı alimlər Milli Kitabxanada olublar

Qırğızıstanlı alimlər Milli Kitabxanada olublar

18.10.2024 [19:29]

Çingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları “Aytmatov və Azərbaycan” mövzusunda materialları əldə etmək üçün Milli Kitabxananın qonağı olublar. Səfər görkəmli yazıçının 100 illik yubileyi ilə əlaqədar “Aytmatov Ensiklopediyası” hazırlanması layihəsi çərçivəsində reallaşıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Milli Kitabxananın nadir kitablar və Azərbaycan ədəbiyyatının arxivi fondundan istifadə edən əməkdaşlar görkəmli qırğız yazıçısı Çingiz Aytmatov haqqında fondda mühafizə olunan materiallardan istifadə ediblər.

Qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Nizami Cəfərov” və “Bəxtiyar Vahabzadə” biblioqrafiya kitabları hədiyyə olunub.

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30