/ / Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı İsfar Sarabski Kannda keçirilən MİDEM festivalında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı İsfar Sarabski Kannda keçirilən MİDEM festivalında iştirak edib
04.02.2014 [09:28]
Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi, Əməkdar artist İsfar Sarabski Kannda keçirilən MİDEM Beynəlxalq festivalında iştirak edib.
Azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur “Majestic Bariere” otelinin “Diane” salonunda təşkil olunub.
İsfar Sarabski konsertdə P.Çaykovskinin, Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, öz kompozisiyalarını da ifa edib. Onun hər çıxışı caz həvəskarları tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Konsertdə Kann bələdiyyəsinin rəsmləri, şəhər ictimaiyyətinin nümayəndələri, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Tamaşaçı Jilber Konstan konsertdən sonra təəssüratını AzərTAc-ın xüsusi müxbiri ilə bölüşərək deyib ki, Kann sakinləri Azərbaycan sözünə rast gələndə onu xəritədə axtarmağa ehtiyac duymurlar. Ötən il iyulun əvvəlində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda bir həftə davam etmiş “Azərbaycan Günləri” çərçivəsində təşkil olunan sərgilər və zəngin musiqinizi tərənnüm edən konsertlər sayəsində şəhərin sakinləri ölkənizlə yaxından tanış olublar. Möhtəşəm tədbirlər, xüsusilə iyulun 4-də ölkənizin şərəfinə təşkil edilən atəşfəşanlıq onların yaddaşında əbədi iz buraxıb. Həmin gün tədbirin sonunda səsləndirilən “Azərbaycan” mahnısı hamını heyrətə salıb. Məhz bu səbəbdən kanlılar Azərbaycanı artıq yaxşı tanıyırlar.
Jilber Konstan deyib: “Azərbaycan musiqisinə vurğunluq məni yenidən istedadlı gənc cazmen İsfar Sarabskinin konsertinə gətirib çıxarmışdır. Onun klassik musiqinizi müasir cazla imrpovizə edib özünəməxsus tərzdə məharətlə ifası tamaşaçıları sözün əsl mənasında valeh etmişdir. Onların İsfar Sarabskini dəfələrlə səhnəyə çıxmağa məcbur etmələri fikrimi bir daha təsdiqləyir.
Gənc cazmenin konserti ölkənizdə musiqi və digər sahələrdə çoxlu sayda istedadlı gənclərin yetişməsindən və musiqi zənginliyinizdən xəbər verir. Bir daha əmin oldum ki, Azərbaycan təkcə yeraltı və yerüstü sərvətlərə deyil, həm də zəngin mədəniyyətə malik bir ölkədir. Belə bir ölkədə yaşamağın özü elə xoşbəxtlikdir”.
Konsert zamanı tamaşaçılara Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap olunmuş klassik, muğam, caz və pop musiqi janrlarından bəhs edən kitablar və broşürlər, habelə gənc cazmenin diskləri təqdim olunub.
İsfar Sarabski çıxışından sonra yerli və xarici jurnalistlərə müsahibə verib.
Festivalın proqramında möhtəşəm tədbirdə iştirak edən tanınmış musiqiçilərlə yanaşı, azərbaycanlı cazmen barədə də ətraflı məlumat və onun fotosu yer alıb.
Fransanın www.rivierajazzmag.com internet resursunda MİDEM Beynəlxalq musiqi festivalı haqqında yerləşdirilmiş yazıda Braziliyanın, Koreya Respublikasının, Azərbaycanın, Malayziyanın, Avstraliyanın və digər ölkələrin tanınmış cazmenlərinin konsert proqramı ilə çıxışı barədə məlumat əksini tapıb.
Xəbər lenti
Hamısına baxİdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31

