Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “YARAT” Müasir İncəsənət Məkanı “Art Dubai 2014” beynəlxalq incəsənət sərgisində iştirak edəcək

“YARAT” Müasir İncəsənət Məkanı “Art Dubai 2014” beynəlxalq incəsənət sərgisində iştirak edəcək

19.02.2014 [09:00]

“YARAT” Müasir İncəsənət Məkanı martda Dubayda keçiriləcək “Art Dubai 2014” beynəlxalq incəsənət sərgisində iştirak edəcək.
Mərkəzi Asiya, Qafqaz və Rusiya üzrə “Art Dubai”ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Mərkəzi Asiya və Qafqaz ölkələrinin incəsənəti sərginin proqramlarından birinin əsas mövzusu olacaq.
“Art Dubai” Yaxın Şərqdə və Cənubi Asiyada əsas beynəlxalq incəsənət sərgisidir. “Marker” proqramı çərçivəsində bir sıra ölkələrdən, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstandan rəssamların əsərləri təqdim olunacaq. Bu proqram hər il diqqəti müəyyən mövzuya və coğrafiyaya yönəldir.
İyirmidən artıq rəssamın əsərlərinin təqdim olunacağı “Marker 2014” bölməsi, gözlənildiyi kimi, Mərkəzi Asiya və Qafqazın nə vaxtsa Yaxın Şərqdə nümayiş etdirilmiş incəsənət əsərləri ekspozisiyasından ən əhəmiyyətlisi olacaq.

Paylaş:
Baxılıb: 1136 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30