/ / Akif Marifli: Azərbaycan-Özbəkistan münasibətləri mədəni-humanitar əsaslara və ortaq dəyərlərə söykənir
Akif Marifli: Azərbaycan-Özbəkistan münasibətləri mədəni-humanitar əsaslara və ortaq dəyərlərə söykənir
24.08.2026 [14:59]
Azərbaycan və özbək xalqları arasında mədəni-humanitar münasibətlər dil və milli kimliyə, ortaq mənəvi dəyərlərə və əsrlər boyu formalaşmış mədəni əlaqələrə əsaslanır. Ümummilli Lider Heydər Əliyevin Özbəkistanın dövlət və hökumət rəhbərləri ilə qurduğu dostluq, qarşılıqlı etimad və strateji baxışlara əsaslanan münasibətlər Azərbaycan–Özbəkistan əlaqələrinin formalaşması və davamlı inkişafında mühüm siyasi-diplomatik amillərdən biri olub. Ulu Öndərin siyasi irsi iki qardaş xalq arasında tarixi-mənəvi bağların dövlətlərarası münasibətlərin möhkəm təməlinə çevrilməsinə mühüm töhfə verib. Bu möhkəm siyasi ənənə müasir mərhələdə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən ardıcıl siyasi iradə və yüksək qarşılıqlı etimad əsasında uğurla davam etdirilir. Dövlət başçılarının qarşılıqlı səfərləri, mütəmadi təmasları və əldə olunmuş mühüm siyasi sənədlər Azərbaycan–Özbəkistan münasibətlərinin məzmununu və institusional əsaslarını əhəmiyyətli dərəcədə zənginləşdirib.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın Özbəkistandakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli deyib.
O qeyd edib ki, bu gün ölkələrimiz arasında münasibətlər yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı dəstək, suverenliyə və ərazi bütövlüyünə hörmət, ortaq tarixi və mədəni dəyərlərə söykənən hərtərəfli əməkdaşlıq modeli ilə səciyyələnir. “Strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Xüsusilə humanitar və mədəni diplomatiya sahəsində əməkdaşlığın genişlənməsi xalqlarımız arasında mövcud olan tarixi və mənəvi yaxınlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Mədəniyyət, təhsil, elm, ədəbiyyat, incəsənət və informasiya mübadiləsi istiqamətində həyata keçirilən birgə layihələr dövlətlərarası münasibətlərin ictimai-humanitar dayaqlarını gücləndirir. Azərbaycan–Özbəkistan münasibətləri yalnız müasir siyasi maraqların uzlaşmasına deyil, əsrlər boyu formalaşmış tarixi yaddaşa, ortaq türk-mədəni dəyərlərə və xalqlarımızın qarşılıqlı rəğbətinə əsaslanan uzunmüddətli və perspektivli əməkdaşlıq modeldir”, - deyə A.Marifli əlavə edib.
Dövlət başçılarının siyasi iradəsi ilə möhkəmlənən bu münasibətlərin əbədi dostluq, qardaşlıq və qarşılıqlı strateji həmrəylik diplomatiyasının nümunəsi kimi xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Mədəniyyət Mərkəzinin direktoru deyib: “Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Özbəkistanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Milli Pedaqoji Universitetin Nizami Gəncəvinin adını daşıması və Bakının mərkəzində “Özbəkistan” parkının təməlinin qoyulması mədəni-humanitar əməkdaşlığın genişmiqyaslı xarakterini nümayiş etdirir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində inşa edilərək Azərbaycan xalqına hədiyyə olunan Mirzə Uluqbəy adına məktəb isə qardaşlığın və humanitar həmrəyliyin parlaq təcəssümüdür. İkitərəfli mədəni-humanitar əlaqələrin inkişafında və Azərbaycanın zəngin mədəni irsinin Özbəkistanda tanıdılmasında Azərbaycanın Özbəkistandakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mühüm rol oynayır”.
O vurğulayıb ki, Mərkəz 2026-cı ilin ilk altı ayı ərzində təbliğat, təqdimat və tədqiqat istiqamətləri üzrə ümumilikdə 34 layihə həyata keçirib. Bunların arasında ilk dəfə təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən tədbirlər, “Nizami Gəncəvi – Əlişir Nəvai paralelləri” mövzusunda elmi konfrans, Türk xalqlarının çay mədəniyyəti festivalı, şəhərsalma və mədəniyyət mövzusunda tədbirlər, eləcə də Azərbaycan Mədəniyyətinin Yay Məktəbi xüsusi qeyd olunmalıdır. Ustad dərslərinin keçirilməsi, görkəmli mütəfəkkirlərin yubileylərinin qeyd edilməsi, Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılması və Özbəkistanda yaşayıb-yaratmış Azərbaycan mütəfəkkirlərinin yazılı irsinin araşdırılması da Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bununla yanaşı, Mərkəzdə ödənişsiz fəaliyyət göstərən Azərbaycan dili və rəsm dərnəkləri, “Qarabağ Zəfəri” Rəqs Ansamblı və “Xarıbülbül” Teatr Truppası Azərbaycan mədəniyyətinin Özbəkistanda təbliğinə dəyərli töhfələr verir. Bu istiqamətlərdə fəaliyyətlərin gələcəkdə də davam etdirilməsi Azərbaycan–Özbəkistan mədəni-humanitar əməkdaşlığının daha da genişlənməsinə xidmət edəcəkdir.
Xəbər lenti
Hamısına baxAnalitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43

