Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycanı “Eurovision-2015” Mahnı Müsabiqəsində Elnur Hüseynov təmsil edəcək

Azərbaycanı “Eurovision-2015” Mahnı Müsabiqəsində Elnur Hüseynov təmsil edəcək

16.03.2015 [14:26]

İctimai Televiziya (İTV) bu il “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adını açıqlayıb.
Televiziyadan AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi müsabiqədə Elnur Hüseynov təmsil edəcək. E.Hüseynov mayın 21-də Vyanada keçiriləcək “Eurovision-2015” müsabiqəsinin ikinci yarımfinalında özünün mistik və müasir “Hour of the Wolf” balladasını ifa edəcək.
Qeyd edək ki, Elnur Hüseynov ikinci dəfədir “Eurovision” səhnəsinə çıxacaq. 2008-ci ildə o, Azərbaycanın müsabiqədə ilk təmsilçisi olan Elnur və Samir duetinin üzvlərindən biri idi. “Day After Day” mahnısı ilə səhnəyə çıxan duet finalda səkkizinci yerə yüksəlmişdi. Bu il fevralın 18-də isə Elnur Hüseynov beynəlxalq səs istedadları şousu - “The Voice”in Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub. Müsabiqənin finalında o, şounun telesəsvermə tarixində rekorda imza ataraq bir milyondan çox səs toplayıb.

Paylaş:
Baxılıb: 1156 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30