Braziliyada Azərbaycan mədəniyyət həftəsi uğurla keçib
06.05.2015 [10:00]
Aprelin 23-26-da Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ölkəmizin Braziliyadakı səfirliyinin təşkilatçılığı və bu şəhərin prefekturasının nəzdində olan “Cidade das Artes” (İncəsənət şəhəri) Fondunun yaxından iştirakı ilə Azərbaycan mədəniyyət həftəsi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan mədəniyyət həftəsi Braziliyanın ən müasir və iri mədəniyyət mərkəzi sayılan İncəsənət Şəhəri mərkəzində təşkil olunub.
Cənubi Amerikada ilk dəfə olaraq keçirilən Azərbaycan mədəniyyət həftəsi “Azərbaycan: dünən, bu gün, sabah” adlı fotosərginin nümayişi və milli mətbəximizin nümunələrinin təqdimatı ilə başlayıb.
Qala-konsertdən əvvəl çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov iki ölkə arasında əməkdaşlığın inkişafından danışıb, qədim və zəngin mədəniyyətimızdən bəhs edib. Səfir bu mühüm tədbirin Azərbaycan ilə Braziliya arasında mədəniyyət sahəsində əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan tərəfinə bu tədbiri keçirdiyinə görə minnətdarlığını ifadə edən “İncəsənət şəhəri” mərkəzinin prezidenti Emilio Kalil ölkəmizlə ilk dəfə IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində yaxından tanış olduğunu deyib. O, Azərbaycanın nadir mədəniyyətə malik olduğunu söyləyib.
Mədəniyyət günləri çərçivəsində keçirilən qala-konsertdə “Qarabağ” muğam üçlüyü - xalq artisti Mənsum İbrahimov, tarzən Elçin Həşimov, kamança ustası Elnur Əhmədov, həmçinin muğam ifaçısı Arzu Əliyeva “Şuşanın dağları”, “Qarabağ şikəstəsi”, “Qatar”, “Bayatı-Şiraz” təsnifləri və digər Azərbaycan muğam incilərini səsləndiriblər. Eyni zamanda, Azərbaycan Dövlət Rəqs Ansamblı “Cəngi”, “Qarabağ”, “Vətən” və digər məşhur milli rəqslərimizi ifa edib.
Eyni konsert proqramı aprelin 24-də yenidən təqdim olunub və yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Aprelin 25-də Braziliyanın ən möhtəşəm mədəniyyət ocağı sayılan “Bələdiyyə Teatrında” (Teatro Municipal) Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Simfonik Orkestri konsert proqramı ilə çıxış edib. Konsertdə Qara Qarayevin “Yeddi gözəl” baletindən adajio, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, Fikrət Əmirovun “Kor ərəbin mahnısı” və Azərbaycanın digər tanınmış bəstəkarlarının əsərləri ifa edilib. “Qarabağ” muğam üçlüyü və muğam ifaçısı Arzu Əliyeva adıçəkilən orkestr ilə birlikdə simfonik muğam və digər əsərləri səsləndiriblər. Konsertin sonunda auditoriyanın xahişi ilə təkrar ifa olunan “Qarabağ şikəstəsi” oratoriyası iki mindən çox tamaşaçı tərəfindən sürətli alqışlarla qarşılanıb.
Konsert proqramı aprelin 26-da “İncəsənət Şəhəri” mərkəzində yenidən uğurla təqdim edilib.
Azərbaycan mədəniyyəti həftəsi Braziliyanın kütləvi informasiya vasitələrində, sosial media şəbəkələrində geniş işıqlandırılıb. Ölkənin aparıcı televiziya kanallarından olan “Globo” telekanalında, canlı yayımda Braziliyanın tanınmış jurnalisti Fatima Bernardesin verilişində iştirak edən Azərbaycan nümayəndələri ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri haqqında ətraflı məlumat verib, “Qarabağ” və “Sarı gəlin” rəqslərini ifa ediblər. Həmçinin Azərbaycan mətbəxinin nümunələri təqdim olunub. Verilişdə Azərbaycan tarixinin və mədəni abidələrinin, təbiətinin əks olunduğu videoçarxlar nümayiş etdirilib. Braziliyada ən çox izlənən bu proqram ölkəmizin tanıdılmasına və mədəniyyətimizin təbliğinə önəmli töhfə verib.
Tədbir çərçivəsində “İncəsənət Şəhəri” mərkəzində aşpaz Ziya Şahbazov tərəfindən keçirilən Azərbaycan mətbəxinin təqdimatları yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət həftəsi çərçivəsində mərkəzdə “Nabat” və “Vəkil haradadır” kimi müasir Azərbaycan filmləri portuqal dilində subtitrlə nümayiş olunub. Yerli ictimaiyyətə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən, eləcə də “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş çap materialları paylanılıb, ölkəmizin turizm potensialını əks etdirən videoçarxlar göstərilib.
“İncəsənət Şəhəri” mərkəzi ətrafında quraşdırılmış iri monitorlarda mədəniyyət həftəsi, o cümlədən “Qarabağ” muğam üçlüyü haqqında reklam çarxları nümayiş etdirilib. Azərbaycan mədəniyyət həftəsi ilə əlaqədar mərkəz tərəfindən xüsusi nəşr hazırlanaraq təqdim olunub.
Azərbaycan mədəniyyət həftəsi “Cidade das Artes” mərkəzində dünya simfonik orkestrlərin rəhbərlərin iştirakı ilə keçirilən beynəlxalq konfransla eyni vaxta təsadüf edib. Odur ki, tədbirlərə braziliyalılarla yanaşı, müxtəlif ölkələrin tanınmış mədəniyyət xadimləri də qatılıblar.
“Azərbaycan: dünən, bu gün, sabah” adlı fotosərginin nümayişi hazırda da davam edir.
Braziliyada ölkəmizin daha geniş tanıtdırılması və mədəniyyətimizin təbliği baxımından Braziliyada keçirilmiş Azərbaycan mədəniyyət həftəsini çox mühüm və uğurlu hadisə kimi səciyyələndirmək olar. Bu, eyni zamanda, Azərbaycan ilə Braziliya arasında gələcək mədəni əməkdaşlıq üçün yeni imkanlar açır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Gündəm
06 Oktyabr 12:50
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06

