/ / “Mingguan Malaysia” qəzeti: Azərbaycanın birinci xanımının mədəniyyətə və incəsənətə verdiyi töhfələr
“Mingguan Malaysia” qəzeti: Azərbaycanın birinci xanımının mədəniyyətə və incəsənətə verdiyi töhfələr
14.11.2015 [10:03]
Malayziyada malay dilində nəşr olunan “Mingguan Malaysia” (“Həftəlik Malayziya”) qəzetinin növbəti nömrəsində “Azərbaycanın birinci xanımının mədəniyyətə və incəsənətə verdiyi töhfələr” adlı məqalə dərc olunub.
Qəzetin mədəniyyət və incəsənət bölməsində yerləşdirilən məqalədə teatr sənətinin cəmiyyətin mədəni inkişafında böyük rol oynadığı qeyd olunur, Azərbaycanda incəsənət sahəsində görülən işlərdən danışılır. Kiçik bir ölkədə 30-a yaxın teatrın, o cümlədən dünyaca məşhur M.F.Axundov adına Opera və Balet Teatrının fəaliyyət göstərdiyi, bu teatrın səhnəsində görkəmli bəstəkarlardan Qara Qarayev, Arif Məlikov və digərlərinin əsərlərinin səhnələşdirildiyi, həmçinin martın 10-nun Azərbaycanda Milli Teatr Günü elan olunduğu bildirilir.
Məqalədə qeyd edilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən mədəni irsin qorunması istiqamətində böyük işlər həyata keçirilir. Oxucuların diqqətinə çatdırılır ki, Mehriban Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradılıb. 1996-cı ildə isə Heydər Əliyev Fondunun prezidenti Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. Hazırda Mehriban Əliyeva 2004-cü ildə təsis olunmuş Heydər Əliyev Fonduna rəhbərlik edir. Bu Fond tərəfindən çoxsaylı humanitar layihələrin və xeyriyyəçilik tədbirlərinin həyata keçirildiyi, Fransadakı Luvr Muzeyinin, Versal Sarayının, Strasburq Kafedralının bərpa olunduğu qeyd edilir.
Məqalədə Azərbaycanın birinci xanımının çoxşaxəli və genişmiqyaslı fəaliyyətinə görə 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü diqqətə çatdırılır.
Bundan əlavə, Heydər Əliyev Fondunun prezidentinin 2005-ci ildə “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni, 2010-cu ildə UNESCO-nun “Qızıl Motsart” medalı ilə təltif olunduğu bildirilir.
Məqalənin sonunda Mehriban Əliyevanın qəlbinin xeyriyyəçiliklə döyündüyü qeyd edilir, onun fəaliyyətinin dünyanın digər ölkələrinin birinci xanımlarına örnək olduğu vurğulanır.
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58

