/ / Janna Qandelman: Qəbələdə dünyanın məşhur musiqi xadimləri böyük tamaşaçı auditoriyasına əsl bayram əhvalı yaşadırlar
Janna Qandelman: Qəbələdə dünyanın məşhur musiqi xadimləri böyük tamaşaçı auditoriyasına əsl bayram əhvalı yaşadırlar
03.08.2016 [15:10]
“Musiqi festivalı çox gözəl yerdə və möhtəşəm keçirilir. Mən ikinci dəfədir ki, Qəbələ festivalında iştirak edirəm. Bura çox xoşuma gəlir və Qəbələyə turist kimi mütləq gələcəyəm”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman deyib. O, bu festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bu günlərdə Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar. Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski dəvət edib. Bu festival haqqında əvvəllər az məlumatım var idi. Mən ötən il bu tədbirdə iştirak edərək Azərbaycandan xoş təəssüratla ayrılmışdım. Builki festivalda iştirakım üçün dəvəti böyük məmnuniyyətlə qəbul edərək bura gəldim. Hələ festivalın sonunadək burada bir neçə konsertdə iştirak edəcəyəm”.
O, festivalın bu qədər gözəl bir yerdə möhtəşəm təşkil edilməsinə görə zəhməti olan hər kəsə təşəkkür edib. “Mən burada məşhur pianoçu Fərhad Bədəlbəyli ilə birgə səhnəyə çıxdım və möhtəşəm kamera konserti verdik. Biz bacardığımızı etdik. İfamız tamaşaçıların o qədər xoşuna gəldi ki, onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevindik ki, musiqi bayramını izləyənlər üçün gözəl əhval-ruhiyyə bəxş edə bildik”, - deyə Janna Qandelman bildirib.
Bir çox beynəlxalq müsabiqələrin qalibi olan israilli musiqiçi müsahibəsində Qəbələnin çox xoşuna gəldiyini, boş vaxtlarında mənzərəli yerləri gəzdiyini söyləyib. “Xoş təəssüratlarla ölkəmizə qayıdacağam. Gələcəkdə konsertlə bağlı dəvət almasam da, Qəbələyə turist kimi mütləq gələcəyəm”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

