Azərbaycanın böyük sənətkarı Müslüm Maqomayevin xatirəsinə...
18.08.2009 [11:51]
Dünən zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günü idi.
Bu münasibətlə dövlət və hökumət nümayəndələri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin təmsilçiləri Fəxri Xiyabana gələrək, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi səyi və təşəbbüsü ilə Bakıda doğma torpağa tapşırılmış Müslüm Maqomayevin xatirəsini ehtiramla anıb, məzarı üstünə əklillər və təzə-tər güllər düzüblər. Heydər Əliyev Fondunun və bir çox təşkilatların adından da əklillər və gül dəstələri qoyulub.
Ziyarətdə Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Moskvada yaşayan azərbaycanlı biznesmen və musiqiçi Emin Ağalarov, “AzAL” Dövlət Konserninin prezidenti Cahangir Əsgərov, Prezident Administrasiyanın humanitar şöbəsinin müdiri Fatma Abdullazadə, eləcə də Azərbaycanın çoxsaylı mədəniyyət və incəsənət ustaları iştirak ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, görkəmli sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulacaq və Bakı şəhərində musiqi məktəblərindən birinə onun adı veriləcək, habelə unudulmaz sənətkarın qəbirüstü abidəsinin də yaxın vaxtlarda ucaldılması nəzərdə tutulub. Nazir vurğulayıb ki, Müslüm Maqomayev çoxşaxəli sənətkar idi: “Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı. Biz çox heyfsilənirik ki, son illərdə o, çox az çıxış edirdi. Amma radio və televiziyada səsini eşidir və həmişəki kimi ona valeh olurduq. Biz bu gün artıq Müslüm Maqomayev fenomeni haqqında danışa bilərik. Ona görə ki, Müslüm Maqomayev milyonlarla insanın ürəyini fəth edə bilmişdir”.
Əbülfəs Qarayev, həmçinin, deyib ki, Azərbaycanın görkəmli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayevin ifa etdiyi bütün mahnılarından ibarət xüsusi toplu hazırlanacaq. Nazirin sözlərinə görə, bundan əlavə M.Maqomayevin vəfatının bir ilinin tamam olması ilə əlaqədar onun məzarüstü abidəsinin hazırlanması nəzərdə tutulur: “İlk əvvəl Müslüm Maqomayevin bütün mahnılarından ibarət xüsusi toplusunun buraxılmasını nəzərdə tuturuq. Eyni zamanda hazırda onun haqqında kitablar hazırlanır. Sözsüz ki, onun vəfatının bir ili ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. Ən əsası isə vəfatının bir ilinin tamamlanması ilə əlaqədar onun məzarı üstündə heykəli qoyulacaq”.
Ə.Qarayev onu da deyib ki, M.Maqomayevin adının əbədiləşdirilməsi üçün dövlət başçısı xüsusi Sərəncam imzalayıb və Sərəncamda göstərilən tapşırıqlar yaxın vaxtlarda həyata keçiriləcək: “Dövlət başçısının Sərəncamında Bakıda bir küçəyə, eləcə də musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adının verilməsi tapşırıq olaraq göstərilib. Biz hal-hazırda bununla bağlı danışıqlar aparırıq. Hansı musiqi məktəbləri ki, artıq kiminsə adı altında fəaliyyət göstərir, onların adının dəyişdirilməsindən söhbət gedə bilməz. Ancaq heç kimin adını daşımayan musiqi məktəbləri var, biz onlara baxıb müəyyənləşdirdikdən sonra sentyabrın sonunda qərar verəcəyik”.
Xatırladaq ki, Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb.
1963-cü ildə Moskvanın P.çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, simvolu adlandırırdılar.
Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirib. Bütün bunlara görə ona 31 yaşında SSRİ xalq artisti adı verilib. Onun repertuarında 600-dək əsər var idi. Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. Onun xalq şairi Nəbi Xəzrinin şeirinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.
Xəbər lenti
Hamısına baxİdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43

