Heydər Əliyev Mərkəzində Xalq Rəssamı Ömər Eldarovun fərdi sərgisi açılıb
22.12.2017 [10:18]
Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 90 illik yubileyi ilə bağlı “Gözəllik və monumentallıq” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.
Sərgidə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.
Sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Birinci-vitse prezident Mehriban Əliyevanın Xalq rəssamı Ömər Eldarova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.
Məktubda Ömər Eldarovun Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında misilsiz xidmətləri vurğulanıb, görkəmli incəsənət xadiminin xalqımızın mənəvi təkamülünə, gənclərimizin estetik tərbiyəsinə mühüm töhfələr verdiyi, Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək milli heykəltəraşlıq məktəbini zənginləşdirdiyi qeyd edilib. Bildirilib ki, Ömər Eldarov uzun illər ərzində milli mədəniyyətimizin təbliği ilə bağlı böyük səylər göstərib, Azərbaycan heykəltəraşlıq sənətini bütün dünyada layiqincə təmsil edib, ölkəmizdə yeni sənətkarlar nəslinin yetişdirilməsi, gənc rəssamlarımızın böyük sənətə cəlb olunması və onlarda bədii-estetik zövqün formalaşdırılması işinə xidmət edən pedaqoji fəaliyyət göstərib.
Tədbirdə çıxış edən yubilyar əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xalq rəssamı deyib ki, bu günlər onun üçün xüsusilə əlamətdardır. Bir çox mükafatlara layiq görüldüyünü xatırladan Ömər Eldarov vurğulayıb ki, Azərbaycanın ən yüksək mükafatı - “Heydər Əliyev” ordeninə layiq görülməsindən şərəf hissi duyur. Görkəmli heykəltəraş Ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqətdən də söz açıb. Altı yaşından təsviri incəsənət sahəsinə maraq göstərdiyini deyən Ömər Eldarov sərgidə nümayiş olunan əsərlərin onun iç dünyasını, baxışlarını tərənnüm etdiyini söyləyib.
Sonra görkəmli heykəltəraşın ailəsi adından onun oğlunun yaratdığı rəsm əsasında tərtib edilmiş və yubiley münasibətilə hazırlanmış xatirə hədiyyələri Xalq rəssamına təqdim olunub.
Əməkdar memar Rasim Əliyev Xalq rəssamı Ömər Eldarovun zəngin yaradıcılığından söz açaraq söyləyib ki, onun bütün əsərləri orijinallığı ilə seçilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da görkəmli heykəltəraşı təbrik edib, ona yaradıcılığında yeni-yeni uğurlar arzulayıb.
Ömər Eldarov ona göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Ekspozisiyada Xalq rəssamının bürünc, ağac, daş və digər materiallardan hazırladığı 30-dan çox heykəltəraşlıq nümunəsi sərgilənir.
Ömər Eldarov Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən heykəllərin, abidələrin müəllifidir. O, hər bir əsərində təsvir etdiyi şəxsin fərdi xüsusiyyətlərini üzə çıxarır, portret oxşarlığı yaratmaqla yanaşı, öz qəhrəmanının mənəvi və insani keyfiyyətlərini ifadə edir. Görkəmli rəssam insanın daxili dünyasının özəlliklərini təxmin etməyə imkan verən xarakterik duruşu, jesti, həmin şəxsin davranışındakı xüsusiyyətləri əsərlərinə həkk edir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarüstü abidəsi və onun xatirəsinə həsr olunan “Elegiya” Ömər Eldarovun məşhur əsərləridir.
Ömər Eldarov dövlət tərəfindən bir sıra mükafat və fəxri adlarla təltif olunan görkəmli monumentalistdir. O, 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, 1967-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. 1980-ci ildə tacik yazıçısı və maarifçisi Sədrəddin Ayninin Düşənbə şəhərində ucaldılmış abidə-ansamblını yaratdığına görə SSRİ Dövlət Mükafatı ilə təltif olunub. 1982-ci ildə Azərbaycanın Dövlət Mükafatı, 1997-ci ildə “İstiqlal” ordeni, 2009-cu ildə Heydər Əliyev Mükafatı, 2017-ci ildə isə “Heydər Əliyev” ordeninə layiq görülüb.
Onun yaradıcılığının coğrafiyası Azərbaycanla məhdudlaşmır. Sevastopolda II Dünya müharibəsi zamanı Sapun dağından başlamış hücumun iştirakçısı olmuş 77-ci Azərbaycan diviziyasına həsr edilən abidənin müəllifi Ömər Eldarovdur. Heykəltəraşın müəllifi olduğu əsərlər bir neçə ölkədə ucaldılıb.
Ömər Eldarov yalnız monumental abidələrin müəllifi deyil. O, həm də bir sıra dəzgah heykəltəraşlığı nümunələri yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

