Teatr və konsert salonları bayram günlərində tamaşaçılara maraqlı repertuarlar təqdim ediblər
05.01.2018 [10:01]
Paytaxtımızın mədəniyyət ocaqları şəhər sakinlərinin və qonaqların ən çox üz tutduqları ünvanlardan olub
Artıq bir neçə gündür ki, 2018-ci ilə qədəm qoymuşuq. Ölkəmizdə fəaliyyət göstərən mədəniyyət ocaqlarının kollektivləri öz ənənəsinə sadiq qalaraq ötən il də məhsuldar işləyiblər. Belə ki, teatr və konsert salonları Yeni il ərəfəsində bir-birindən rəngarəng repertuarlarla tamaşaçıların görüşünə gəliblər. Məsələn, bu günlərdə Bakı Dövlət Sirkində “Ekstremal qış” adlı yeni sirk proqramı təqdim olunub. Manej üzərində əhliləşdirilmiş heyvanların maraqlı nömrələri, qeyri-adi illüziya, hava gimnastları, akrobatların çıxışları təqdim edilib və xüsusi işıq effektlərindən istifadə olunub. Qurumun mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun sözlərinə görə, Rusiyanın və Ukraynanın sirk ustalarından ibarət heyətin ən unikal nömrəsi isə, heç şübhəsiz, dəmir şar içərisində göstərilən motoşou olub. Proqramda o cümlədən bayramın rəmzi olan Şaxta baba və Qar qız da çıxış edib. Bir sözlə, yeni mövsümü “Ağ pələnglər attraksionu” şousu ilə açıq elan edən sirk öz qonaqlarını təəccübləndirməkdə davam edib.
“Yeni il gəlir, xoş gəlir” adlı musiqili şənlik davam edir
Öz növbəsində, Heydər Əliyev Sarayı da ənənəsinə sadiq qalaraq Yeni il şənliyini daha da yaddaqalan və maraqlı etməyə çalışıb. Belə ki, dekabrın 21-dən şənliklərə start verən sarayda ilk olaraq, “Yeni il gəlir” adlı konsert proqramı keçirilib. “Mədəniyyət” telekanalı ilə birgə təşkil olunan konsertdə ulduzlarla maraqlı, unudulmaz görüş olub.
Məlumat üçün bildirək ki, konsertdə respublikanın Xalq artistləri Nazpəri Dostəliyeva, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zaur Rzayev, Əməkdar artistlər Zakir Əliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, tanınmış müğənnilər Nadir Qafarzadə, Elnarə Xəlilova, Azad Şabanov və başqaları iştirak ediblər. Dekabrın 23-də və 24-də isə balacalara “Barboskinlər və ya Kitab rəfinin sirri” və “Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşaları təqdim olunub. Barboskinlər ailəsinin və Luntikin dostlarının növbəti əyləncəli sərgüzəştlərinə tamaşa edən azyaşlılar üçün bu səhnə əsərləri əsl Yeni il hədiyyəsi olub. Sarayın mətbuat xidmətindən verilən məlumata görə, Yeni il şənliyi yanvarın 5-dək davam edəcək. Bildirilib ki, uşaqların marağına səbəb olan konsertdə milli və müasir rəqslər, muğam və aşıq ifaları, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər nəzərdə tutulub. Bununla yanaşı, Yeni il şənliyində ən hündür səhnə şam ağacı quraşdırılıb. Adəti üzrə bu Yeni il şənliklərində də kimsəsiz uşaqlar, şəhid, veteran, əlil ailələrindən olan uşaqlar qayğı və diqqətdən kənarda qalmayıblar.
“Rəqs edən pinqvinlər” Dram Teatrının səhnəsində...
Akademik Milli Dram Teatrı Yeni il şənliklərinə “Rəqs edən pinqvinlər” adlı səhnə əsəri ilə başlayıb. Yanvarın 7-dək davam edəcək tamaşada əməkdar artist Elxan Quliyev və aktyor Mətləb Abdullayev (Şaxta baba) aktrisalar İlahə Həsənova (Qar qız), Rada Nəsibova (Nono), əməkdar artistlər Əlvida Cəfərov (Toto), Şəlalə Şahvələdqızı (Lolo) və digərləri yer alıblar. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, ənənəvi xarakter daşıyan şənliklərə hər il olduğu kimi bu il də tamaşaçılar tərəfindən böyük maraq var. Bildirilib ki, maraqlı dekorasiyası, nağılvarı tərtibatı və maraqlı obrazları ilə uşaqları əyləndirən tamaşanın müəllifi və rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşcusu isə Lalə Hacıyevadır.
“Qoğalın Yeni il macərası”
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi də Yeni il şənliklərinə böyük həvəslə hazırlaşıblar. Belə ki, sənət ocağına üz tutan balaca tamaşaçılar “Qoğalın Yeni il macərası” adlı səhnə əsərini Azərbaycan və rus dillərində izləyə biliblər. Xatırladaq ki, rejissor Elməddin Dadaşovun quruluşunda hazırlanan tamaşa uşaqlıqdan hamıya maraqlı olan “Qoğal” nağılının motivləri əsasında qurulub. Yeni ilin müjdəçisi olan Şaxta baba və istəkli nəvəsi Qar qız da tamaşada öz yerlərini alıblar.
Məlumat üçün bildirək ki, tamaşada rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov və başqaları ifa ediblər.
Bölgələrdəki teatrlar da öz bayram sovqatları ilə balaca tamaşaçılarını sevindiriblər
Bayram günlərində paytaxtda fəaliyyət göstərən sənət ocaqları ilə yanaşı, bölgələrdəki teatrlar da öz bayram sovqatları ilə balaca tamaşaçılarını sevindirməyi bacarıblar. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Salyan Dövlət Kukla Teatrında musiqili-əyləncəli proqram təqdim olunub. Teatrın kollektivi ənənələrinə sadiq qalaraq, bu dəfə də balaca tamaşaçıları qarşısında “Yeni il sərgüzəştləri” adlı musiqili-əyləncəli proqramla çıxış edib. Şaxta baba və Qar qızın rol aldığı səhnəciklər uşaqlar tərəfindən alqışlarla qarşılanıb. Balacalar Şaxta baba və Qar qızla birlikdə rəqs edib, mahnı oxuyub və şeir söyləyiblər. Teatrın direktoru Yavər Camalov bildirib ki, kollektiv yeni il ərəfəsində təkcə Salyanın qəsəbə və kəndlərində deyil, qonşu rayonların balaca tamaşaçıları qarşısında da çıxış ediblər.
Qax Dövlət Kukla Teatrı da Yeni il münasibətilə uşaqlar üçün maraqlı bayram proqramı hazırlayıb. Teatrın kollektivi Yeni ilin ilk günündə uşaqları əyləncəli bayram tamaşası ilə sevindirib, onlara xoş əhval-ruhiyyə bəxş edib. Xüsusi proqram əsasında hazırlanan tamaşanın əvvəlində Yeni ilin personajları - Şaxta baba ilə Qar qız uşaqları bayram münasibətilə təbrik edib, onlarla birgə şənlənib, rəqs ediblər. Teatrın direktoru Nazim Mahmudovun sözlərinə görə, daha sonra uşaqlar rus xalq nağılı əsasında səhnələşdirilmiş “Maşa və ayı” tamaşasına baxıblar. Məlumat üçün bildirək ki, rejissor Elşad Rəhimzadənin quruluş verdiyi tamaşada əsas rolları teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova və başqaları ifa ediblər.
Kimyaçı Mədəniyyət sarayının təmirdən sonra ilk qonaqları Sumqayıt kimyaçılarının övladları olub
Qış tətili günləri Sumqayıt kimyaçılarının balaca övladları üçün də yaddaqalan olub. Belə ki, əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş Kimyaçı Mədəniyyət sarayı dekabrın 31-dən etibarən üç gün balacaların ixtiyarında olub.
Xatırladaq ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil edilən şənlikdə hər bir uşağa Yeni il hədiyyələri verilib.
“Xoş müjdəli Yeni il” adlı birsaatlıq ədəbi-bədii musiqili kompozisiyada Şaxta baba, Qar qız, köhnə ilin rəmzi olan Xoruz, Yeni ili təmsil edən Alabaş, Küpəgirən qarı, həmçinin Kimyaçı Mədəniyyət sarayının bədii özfəaliyyət kollektivləri, rəqs qrupları və illüzionistlər bir-birindən maraqlı proqramlarla uşaqlara sevinc, xoş ovqat bəxş ediblər. Qeyd edək ki, Kimyaçı Mədəniyyət sarayında keçirilən tədbirdən əlavə 450 kimyaçı ailəsinin uşaqlarına Birliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Bakıdakı Əl Oyunları İdman Sarayında təşkil olunmuş Yeni il şənliyində iştirak etmək imkanı yaradılıb. Həmçinin şəhid və aztəminatlı ailələrin övladları da Yeni il şənliklərinə qatılıblar.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

