/ / Londonda Leyla Əliyevanın ingilis dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabının təqdimatı keçirilib
Londonda Leyla Əliyevanın ingilis dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabının təqdimatı keçirilib
09.10.2018 [08:55]
Oktyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda yerləşən Yunus Əmrə Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, “Dünya yuxutək əriyir...” şeirlər kitabının “Ön söz”ünün müəllifi Azərbaycan Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuddur.
Tədbiri giriş sözü ilə açan Avrasiya Mədəniyyət Qrupunun sədr müavini Mark (Marat) Axmedjanov qonaqları salamlayıb və kitab haqqında məlumat verib.
Nəşrə daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçilər Karolin Valton və Anna Mariya Cekson çeviriblər.
Tədbirdə kitabın redaktoru və tərcüməçisi Karolin Valton çıxış edərək deyib: “Bu vaxta qədər Leyla Əliyevanın yaradıcılığı haqqında heç bir məlumatım yox idi, lakin şeirlərinin tərcüməsi zamanı onun və Azərbaycan poeziyasının necə zəngin və dərin olduğunu anladım. Şeirlərin tərcüməsi zamanı çox böyük zövq aldım, Leyla Əliyevanın necə aydın və çoxşaxəli yaradıcılığının olduğunu gördüm. Onun çox gənc olması məni təəccübləndirdi. Leyla Əliyevanın başqa əsərləri ilə də tanış olmaq istəyirəm”.
Daha sonra tərcüməçi kitabdan bir neçə şeir oxuyub və dinləyicilərin suallarını cavablandırıb.
Nəşrdə müəllifin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və s. şeirləri ilk dəfə olaraq ingilis oxucularına çatdırılır.
Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

