/ / Günay Əfəndiyeva: Türk dünyası miraslarının bəziləri işğal edilmiş Dağlıq Qarabağda olduğu kimi təhlükə altındadır
Günay Əfəndiyeva: Türk dünyası miraslarının bəziləri işğal edilmiş Dağlıq Qarabağda olduğu kimi təhlükə altındadır
16.05.2019 [09:33]
Sadəcə keçmiş hadisələrdən ibrət götürərək, gələcək nəsillər üçün daha yaxşı bir gələcək qura bilərik. Bunun ən parlaq müasir örnəklərindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Bakı Prosesi”nin bir hissəsi kimi Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Bu Forum çərçivəsində keçirilən “Türkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun rolu” dəyirmi masada türkdilli xalqlarının mədəniyyətinin inkişafı, onun dünya mədəniyyətinə töhfələri müzakirə olundu. Böyük İpək Yolu boyunca çox sayda türk dünyası miraslarını müşahidə edə bilərik. Təəssüf ki, bu mirasların bəziləri işğal edilmiş Dağlıq Qarabağda olduğu kimi təhlükə altındadır. İnanıram ki, səylərimiz türk dünyasının vacib miraslarının qorunması üçün birləşdirilməlidir.
Bu fikri Parisdə UNESCO-nun mənzil qərargahında keçirilən “Böyük Çöl: onun mədəni mirası və dünya tarixində rolu” Forumunun açılış mərasimində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva söyləyib.
Bildirib ki, türk xalqları Avrasiya qitəsinin formalaşmasında mühüm rol oynayıblar. Qədim Böyük İpək Yolunun fəaliyyət göstərməsi üçün tolerantlıq, sülh və anlaşma şəraitinin yaradılmasının vacibliyini vurğulamaq daim maraqlıdır. Türk xalqlarının tarixində müxtəlif mədəniyyətlərə və inanclara qarşı böyük tolerantlığı müşahidə olunur. Tarix boyunca türk xalqları eyni vaxtda və ya ardıcıl olaraq xristianlıq, yəhudilik, buddizm və İslam kimi universal dünya dinlərini praktikada tətbiq etmişlər. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyən İmadəddin Nəsimi o dövrün bəzi insanlarının nə dərəcədə fəlsəfi düşüncəyə malik olmasının göstəricisidir.
Forumun təşkilinə görə Beynəlxalq türk Akademiyasına, UNESCO-ya təşəkkürünü bildirən G.Əfəndiyeva bildirib ki, Forum ümumi məqsədlərə nail olmaq istiqamətində görülən işlərə dair fikirlərin toplanmasına, mübadiləsinə və gələcəkdə atılacaq ümumi addımların planlaşdırılmasına imkan verir. “Mədəni, tarixi irsimizin, türk dünyası mədəniyyətinin təbliğ edilməsində və yayılmasında həqiqətən çox çətinliklərimiz var. Araşdırmalar apardıqca onun zənginliyi hamını təəccübləndirir. İnanıram ki, hər birimiz öz səviyyəsində və sahəsində onun mümkün qədər çox yayılmasına və tanıdılmasına töhfə verəcəyik”, - deyə G.Əfəndiyeva diqqətə çatdırıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qeyd edib ki, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü “Böyük Çöl” konsepsiyasının coğrafi cəhətdən, eləcə də mədəniyyət baxımından geniş sahəni əhatə edir. Konsepsiya ümumi fikirləri qoruyan və yaymaqda kömək edə biləcək bir yanaşma irəli sürür. Forumun mövzusunun ümumi türk tarixinin və onu dünyaya təqdim etmək yollarının əsas mərhələlərini göstərir. Bütün türkdilli xalqların eyni əcdadı və mədəni mirası paylaşdığını unutmamalıyıq. “Kitabi-Dədə Qorqud”, “Manas”, Yusif Hacib Balasaqunlunun “Qutadqu-bilik” eposlarından müasir dövrlərə qədər tariximizdə bir çox epizodlar birliyimizi əks etdirir.
“Düşünürəm ki, belə işlərimizlə birlikdə tariximizin daha yaxşı dəyərləndirilməsinə, eləcə də dünyada tanıdılmasına nail ola bilərik. Türk dünyasının görkəmli sənətkarı Aşıq Veysəlin dediyi kimi “Biz uzun və incə yoldayıq”. İnanıram ki, bu Forum məqsədlərimizə çatmağa töhfələr verəcək və uğurlu olacaqdır”, - deyə G.Əfəndiyeva bildirib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27

