AZƏRBAYCAN ALMANLARDA BÖYÜK MARAQ DOÄžURUR
13.01.2010 [09:11]
Naibə Tural Bakıda anadan olub. Ali rejissorluq təhsili alıb. Lütvi Məmmədbəyovun kursunda master-klass dərsləri keçib. Müxtəlif illərdə filmlərdə və tamaşalarda oynayıb. Ailə vəziyyəti ilə əlaqədar bir müddət Almaniyanın paytaxtı Berlin şəhərində yaşayıb. Sonra vətənə dönərək Azərbaycan İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. AZTV-nin “Səhər” proqramında çalışıb. Hazırda Berlində yaşayır. Almaniyanın “ALEX” kanalında efirə çıxan “Vətənim” Azərbaycan proqramının rəhbəri və aparıcısıdır.
Uzaqlardan gələn yol
...çəkiliş meydançasını səs-küy bürümüşdü. Rejissorun göstərişi, köməkçilərin əmrləri bir-birinə qarışmışdı. Ucaboylu qız, baş rolun ifaçısı bir tərəfdə sakitcə dayanıb çəkiliş meydançasını seyr edirdi. üzündəki küskün ifadə rejissor köməkçisi onu haylayarkən də çəkilmədi. Astaca yerindən qopub üzü küçəyə-çıxışa addımladı. Rejissor Tofiq Tağızadə qızın arxasınca qaçmaq istəyən köməkçisinə əli ilə lazım deyil işarəsi verdi. Küləyin oynatdığı qara saçlar, şahanə yeriş, istehzalı baxışlar- bu illərin axtarışlarından sonra kinonu tərk edən aktrisanın indicə özü ilə apardığı və ondan qopardıqları idi. Onu tutmaq, saxlamaq mümkün deyildi, daha arxasınca düşməyin nə mənası vardı. Rejissor assisentinə də beləcə dedi.
- Tofiq Tağızadə lap qapıdan çıxanda səslədi məni. “Kino hər şeyi insandan alır, sevgidən başqa. Bu sevgiylə kinosuz yaşaya bilirsənsə, yaşa bacardığın qədər”- dedi.
“Yaşayacam da”. Bu, Naibənin andıydı, Vəssalam. Burada hər şeyə nöqtə qoyacaqdı. Onsuz da bu çəkiliş meydançasına, bu qara-qışqırıqların arxasında gizlənmiş gülüşlərə, göz yaşlarına, sevgisinə acı da qatılmışdı.
- Hər dəfə sınaq çəkilişlərində baş rollara dəvət alırdım. Ən son anda- çəkilişlərin başlanmasına bir gün, hətta bir neçə saat qalmış imtina edirdilər. Bütün bunlardan doğan əzablardan bezmək, dünyaya sığışmamaq, güzgü qarşısında imtina olunmuş obrazları oynamaq, ekranda, səhnədə məni əvəzləyən aktrisaların əttökən ifalarına tamaşa etmək... Coşqun tələbəlik illərinin belə sonluğu ağrılı idi... O gecə həmişəkindən rahat yatdım. Zəng vursalar imtina etmək, özümü bu imtinaya, onun gətirəcəyi göz yaşları ilə mübarizəyə hazırlaşdırmaq cəhdləri də boşa çıxdı. Nə bir zəng vuran oldu, nə bir axtaran.
Tənha qaldığın zirvə...
- Ailə qurub Almaniyaya köçsəm də içimdəki yanğını söndürə bilmədim. Qayıtdım və televiziyadan-köhnə dostlardan təklif aldım. AZTV-nin “Səhər” proqramında çalışmağa başladım. Korifey sənətkarlarımız haqqında veriliş hazırlayırdım. Həm müəllif, həm də aparıcılıq etmək çox bilgilər verdi mənə. Belə baxanda asan bir şeydi. Yaşanmış ömrü səhifələməyə nə var ki... çətini ələk-vələk etdiyin ömrün məqamlarıdı. Tanınmış aktrisalarımızdan birinin evinə çəkilişə getmişdim. Elə bir gündə yaşayırdı ki, Allah göstərməsin...
Başını aşağı salıb bir xeyli susur. Sonra yaşarmış gözlərini silib gülümsünür:
- Adam ağlamağa utanır. İndi ağlamaq dəbdədi axı. Bir də görürsən hamının qeyri-ciddi münasibət bəslədiyi birisi ekranda ağlayır və tamaşaçının ona münasibəti bu göz yaşlarıyla hesablanır. üstəlik, bu, aparıcının uğuru sayılır: “Gördünüz, filankəsi ağlatdı”. Ağlamağı sevmirəm. Amma o qadının-mənim uşaqlıq, tələbəlik illərimin heyranlıq obyekti olan o qadını acınacaqlı vəziyyətdə görəndə elə ağladım ki, qadın özü məni ovutmağa başladı. Heç qapını açmaq istəmirdi əvvəl. Nə olsun ki, mən onun qızı yerindəydim, bir vaxtlar həmkarım olmuşdu axı. Mənim səhnə qüdrətini öyrəndiklərimdən biri də o idi. öz ömrünü, gəncliyini, doğmalarını səhnəyə qurban vermişdi və indi tamam tənhaydı. Mən onun tənhalığına, səhnəyə görə verdiyi qurbanlara ağlayırdım, o isə bunlar üçün utanırdı. Bu dəfə Azərbaycana gələndə Prezident təqaüdü alanların sırasında onun adının da olduğunu dedilər. Bu sənət adamı üçün çox böyük ehtiramdır. Dövlət qayğısı ən birinci növbədə səhnə adamlarına lazımdır məncə. çeşidli rollar və hər rolun arxasında yaşanan tale vaxtın axarını dəyişir, insanı elə bir zirvəyə yüksəldir ki, bir də gözünü açırsan ki, orada tək-tənhasan.
İçimdəki vulkan
- Həmişə unudulmaqdan, itirilməkdən qorxurdum, nə idisə, vaxtında səhnə deyilən o məbədin cazibəsindən qurtula bildiyimə sevinirdim. Ailə qurub Almaniyaya köçəndən sonra orda da belə bir imkan yarandı. Azərbaycanlıların mədəniyyət mərkəzlərində çalışmağa dəvət etsələr də “yox” dedim. Sonra yenə Bakı həyatı başladı və qayıdan kimi Rüstəm İbrahimbəyovun teatrı mənə qucağını açdı. Yarıkönül oynayırdım, sadəcə, mühitdən qopa bilmirdim deyə səhnədən ayrılmırdım. Amma bir vaxtlar korifeyler gəzən səhnəmizə cılızların böyük iddia ilə ayaq basmalarına biganə qala bilmirdim. İçimdəki yaradıcılıq yanğısı səngimirdi, düşünürdüm ki, təkcə bir rolla teatr tarixinə adımı yazacam. O gün isə gəlib çıxmırdı.
Bakıdan Berlinə “Vətənim”lə
- Oğlum ibtidai sinfi bitirən kimi Berlinə köçdüm. Həyat yoldaşımla əvvəldən belə şərt kəsmişdik. Düşünürdüm ki, yenə də mühitə uyğunlaşa bilməyəcəm. Yenə həmin o mədəniyyət mərkəzləri, həmin müzakirələr. Düzdür, indi orada da vəziyyət dəyişib, mədəniyyət mərkəzləri vətənimiz və millətimizin təbliğatı ilə böyük işlərə başlamaq gücündədir. Amma təkcə plan cızmaq, gələcəkdə görüləcək işləri müzakirə etmək yox, həm də real uğurlara nail olmaq lazımdır. Hiss etdim ki, artıq mənim arzuladığım o münbit şərait, lazımi imkan yaranıb. Almaniyanın “ALEX” telekanalına Azərbaycan dilində veriliş açmaq üçün məktubla müraciət etdim. “ALEX” Federal telekanalının baş direktoru Devid Xolettseq məni görüşə dəvət etdi. Razılıq əldə ediləndən sonra məndən layihəni təqdim etməyi istədilər. Başa düşdüm ki, tək işləmək mənə çətin olacaq. İctimai televiziyanın rəhbərliyinə müraciət etdim. İsmayıl ömərov özü başda olmaqla, telekanalın kollektivi mənə yaxından kömək etdilər. Berlində yayımlanacaq verilişlərin siyahısını, məram və məqsədimizlə yanaşı, arxiv materialları və lent yazıları, bir sözlə lazım olan bütün dəstəyi verdilər. Ən böyük mənəvi dəstəyi də elə İsmayıl ömərovdan aldım. Və beləcə, Azərbaycan dilli “Vətənim” noyabr ayında alman tamaşaçılarının görüşünə gəldi. Noyabrın 15-də Berlinin efir şəbəkəsində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndi. Sonra dahi bəstəkar üzeyir Hacıbəylinin “Koroğlu” operasının əzəmətli uvertürasının sədaları altında böyük bir aləmə Azərbaycanın musiqi, poeziya və elm aləminə kiçik pəncərə açan verilişin birinci saatı başladı.
Naibə Tural və Berlində yaşayan soydaşlarımız - Reyhan Qasımova, Kəmalə Boytel və Həsən Abbasov “Vətənim” verilişi üçün materialları xüsusi diqqətlə seçir, alman dilinə tərcümələr edir və verilişlərin sinxron tərcüməsi ilə məşğul olurlar.
- İlk gündən qarşımıza bir məqsəd qoymuşuq. “Vətənim” milli-mənəvi dəyərlərimizlə bərabər, Qarabağla bağlı həqiqətlərimizi də bütün Avropanın yaddaşına köçürməlidir. Bilirsiniz ki, Berlin təkcə Almaniyanın deyil, həm də Avropanın böyük şəhərlərindən biridir. Bu qısa vaxt ərzində Xalq şairlərimiz Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürkün yaradıcılığı haqqında verilişlər, Xalq yazıçısı Elçin və rejissor Oqtay Mirqasımovun müsahibələrini təqdim etmişəm. Almaniyada yaşayan və işləyən azərbaycanlı elm və sənət adamlarımız da unudulmur.
Almaniyada yaşayan balaca azərbaycanlıları da vaxtaşırı sevindiririk. Onlar üçün hər verilişdə cizgi filmləri, o cümlədən, həmvətənimiz, istedadlı animasiya ustası Məsud Pənahinin yaratdığı cizgi filmlər nümayiş etdirilir, xalq nağıllarımızdan nümunələr təqdim edilir. Hələ ki, verilişlərimizin, xüsusən də kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş verilişlərin formatı lazımi səviyyədə deyil. Amma çalışırıq ki, yeni təqdimat formaları tapaq, tamaşaçıların diqqətini cəlb edək.
Bildiyimizi edə bilmək bacarığı
- Telekanalın rəhbərliyinin ən vacib şərti verilişlərin mədəni-maarifçilik xarakterli olması barədədir. Bu şərt pozularsa bizim verilişlərimizə məhdudiyyət qoymaqla yanaşı, televiziyamız qapadıla da bilər. Bununla belə, Qarabağ həqiqətləri ilə bağlı əlimdən gələni etməyə çalışıram. Fürsət düşdükcə, xalqımızın başına gələn faciələrdən söz açıram. Görkəmli saz və söz ustası, vaxtilə Göyçədə, indiki Ermənistan ərazisində yaşamış aşıq Ələsgər haqqında süjet hazırlayanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərinə toxundum, ermənilərin əsrlər boyu Azərbaycan ərazilərinə sahib çıxmaq iddiaları barədə də söhbət açdım və hiss etdim ki, məlumatlarım alman tamaşaçılarının marağına səbəb olub. “Vətənim”in elektron ünvanına tamaşaçılardan, o cümlədən, bu veriliş sayəsində doğma yurdumuz Azərbaycanı özləri üçün “kəşf edən” almanlardan gələn məktublarda da bunu görmək olur. Hər bir verilişi hazırlayarkən düşünürəm ki, millətin başına gələn faciələri hansı şəkildə təqdim edim, hansı məqamlardan istifadə edim ki, faktları səsləndirməklə yanaşı, işimi də zərbə altında qoymayım. Qarşıdan xalqımızın yaşadığı böyük faciələrdən biri 20 Yanvar gəlir. çox düşündükdən sonra belə qərara gəldim ki, bu ərəfədə avropalı tamaşaçılara faciəyə həsr olunmuş poeziya nümunələri, mahnıları təqdim edim və onların yaranma tarixi haqqında söhbət açım. Artıq verilişin üzərində işləyirəm. Bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla müsahibə, Azərbaycan Dövlət İncəsənət, Dövlət Xalça və Xalq Tətbiqi Sənəti muzeylərindən də süjetlər hazırlamışam. Məqsədim dünyaya Qafqaz xalçası kimi təqdim edilən xalçalarımızın Azərbaycana məxsus olduğunu göstərmək, düşmənlərimiz tərəfindən özününküləşdirilən milli mədəniyyət nümunələrinin, əslində, Azərbaycana məxsus olduğunu isbatlamaqdır.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22

