Argentinanın “Clarin” qəzetində Nizami Gəncəvinin 880 illiyi münasibətilə məqalə dərc edilib
13.03.2021 [09:47]
Argentinanın geniş oxucu kütləsinə malik “Clarin” qəzetində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880-ci illiyinə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllifi Argentina Respublikası İslam Mərkəzinin mədəni məsələlər üzrə katibi, professor Rikardo Elia olan, “Əqidəsinə görə sarayın dəbdəbəsindən imtina edən şair” başlıqlı məqalədə Nizami Gəncəvinin humanist və sosial islahatçı xarakterli dahi Azərbaycan şairi olduğu bildirilir və onun həyat və yaradıcılığı, xüsusilə dünyada məşhur olan poemalar toplusu “Xəmsə”si haqqında məlumat verilir.
Müəllif 1924-cü ildə Nizaminin “Yeddi gözəl” poemasını ilk dəfə ingilis dilinə tərcümə edən ingilis mütəxəssisi Çarles Vilsonun istinad edərək, Nizaminin sözügedən əsərində poetik mənada işlətdiyi dərin məcazların izahının ustalıq tələb etdiyini bildirir.
R.Elia Nizami Gəncəvinin əsərlərinin onun yaşadığı dövrə qədər farsdilli ədəbiyyatın bütün nailiyyətlərini, Firdovsinin qəhrəmanlığı, Ömər Xəyyam fatalizmi və Sənai lirikasını özündə əks etdirdiyini, şairin bu zəngin və geniş ənənəni ensiklopedik bilik və dahiyanə şairlik istedadı ilə daha da genişləndirdiyini və onun düşüncələrinin yüksəkliyi və gözəlliyinin hələ də müqayisəsi olmadığını qeyd edir və Azərbaycan şairi haqqında Hafiz Şirazinin sözlərini əlavə edir: “Nizaminin sözlərindəki gözəllik müqayisəedilməzdir”.
Nizaminin saray deyil, Xalq şairi olduğunu qeyd edən R.Elia Nizaminin xüsusilə qadınlara qarşı münasibət və yanaşmasının öz əsrinin adətlərinin tamamilə əksi olduğunu, onun əsərlərində qadınların güclü, zərif və kamil xarakterlərinin xüsusilə qabardıldığını, bu ənənənin hazırda da Azərbaycan Respublikasında davam etdirildiyini vurğulayır.
Məqalədə, həmçinin Nizami fəlsəfəsinin rasional və liberal olduğunu, onun dünyaya, təbiətə, tarix, riyaziyyat, astronomiya, tibb elmi və Yunanıstan və Hindistan filosoflarının işlərinə olan marağın şairdə universialist və praqmatik keyfiyyətlərinin formalaşmasında mühüm rol oynadığı bildirilir və 2021-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğu qeyd edilir.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

