Ana səhifə »  Mədəniyyət »  “Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans təşkil edilib
A+   Yenilə  A-
“Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans təşkil edilib

Mayın 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans, eyni zamanda, təşkilatın təşəbbüsü və dəstəyi ilə ingilis və rus dillərində işıq üzü görmüş “Azərbaycan İpək Yolu üzərində” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın məqsədləri, onun türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib.
Böyük İpək Yolunun tədqiqinin Fond üçün vacib önəm daşıdığını qeyd edən Günay Əfəndiyeva, təşkilat tərəfindən 2017-ci ildə Azərbaycanda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Türk Dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində”, 2019-cu ildə isə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların, o cümlədən Türk Şurasının, TürkPA-nın, TÜRKSOY-un, UNESCO-nun, İRSİCA-nın rəhbər və nümayəndələrinin, dünyanın müxtəlif ölkələrindən gələn səfirlərin, alimlərin, türkoloqların qatıldığı “Türkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun rolu” mövzusunda dəyirmi masanın təşkil edildiyini vurğulayıb. G.Əfəndiyeva bildirib ki, kitabın nəşri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən “Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində” adlı genişmiqyaslı beynəlxalq layihənin ilkin hissəsidir.
Günay Əfəndiyeva bu layihənin Fonda üzv və müşahidəçi ölkələrdə də keçirilməsinin planlaşdırıldığını qeyd edərək, türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.
Diqqətə çatdırılıb ki, kitab qədim dövrdən son Orta əsrlərə qədər İpək Yolu ilə bağlı Azərbaycan tarixinin tədqiqinə dair ilk akademik nəşrdir. Əsərdə e.ə. II əsrdən XVI yüzilliyədək, yəni təqribən 1700 illik tarixi dövrdə, Azərbaycan ərazisindən keçən beynəlxalq quru və dəniz ticarət yollarının ölkənin siyasi, iqtisadi və mədəni inkişafına təsiri, eləcə də İpək Yolu boyunca baş vermiş qlobal mədəni mübadilədə Azərbaycanın rolu araşdırılıb. Monoqrafiya çoxsaylı tarixi, arxeoloji və müxtəlif dilli yazılı mənbələr əsasında hazırlanıb.
Kitabın hazırlanması ilə bağlı məlumat verən Günay Əfəndiyeva, Böyük İpək Yoluna həsr olunmuş tədqiqatlarda Azərbaycanın müstəsna rolunun yüksək elmi səviyyədə təqdim olunmasında xidmətlərinə görə layihədə iştirak edən alimlərə öz təşəkkürünü bildirib.
Fondun prezidenti vurğulayıb ki, Böyük İpək Yolunun əsas qovuşuqlarından biri də Azərbaycanın işğaldan azad olunmuş tarixi və əzəli torpaqlarıdır. O, nümunə kimi Cəbrayıl rayonu ərazisində yerləşən, Azərbaycanın məşhur Xudafərin körpülərini göstərib. Günay Əfəndiyeva işğalçılıq siyasəti nəticəsində Böyük İpək Yolunun keçdiyi ərazilərdə min illər boyu mövcud olan bənzərsiz memarlıq abidələrinin, karvansaraların, qədim məscidlərin, mədrəsələrin məhv edildiyini vurğulayıb. Fondun prezidenti, bu gün Azərbaycanın haqlı qələbəsi sayəsində, incəsənət nümunələrinin tezliklə öz görkəmini, yeni simasını bərpa edəcəyinə və bu yolun inkişafa, sülhə, inteqrasiyaya aparan yol olacağına şübhə etmədiyini qeyd edib.
Konfransda mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, İpək Yolu bəşəriyyətin keçdiyi mədəni inkişafı tarix boyu sürətləndirmiş, mədəni mübadilənin genişləndirilməsinə əhəmiyyətli töhfələr verərək katalizatoruna çevrilmişdi: “Tarixən iqtisadiyyatın bu şah damarı ilə hərəkət edənlər Şərqdən-Qərbə və Qərbdən-Şərqə ticarət malları daşımaqla yanaşı, həm də müxtəlif xalqların, sivilizasiyaların mədəniyyətini də daşımışlar. Qədim İpək yolu ölkəmizin də tarixində zəngin irs qoymuşdu. Bu gün ölkəmizin müxtəlif bölgələrində qorunan qədim şəhər qalıqlarının, karvansarayların, hamamların, türbələrin və sair kimi abidələrin bir çoxu ölkəmizin mədəni irsi olmaqla yanaşı, həm türk dünyasının, həm də Böyük İpək yolunun ayrılmaz tərkib hissəsidir”.
Tədbirin çox maraqlı bir mövzuya həsr edildiyini bildirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanovun deyib ki, mövzu həm Milli Komissiyamız üçün aktuallıq kəsb edir, həm də regional mədəni əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. “Sevindirici haldır ki, qədim İpək Yolu üzərində yerləşən şəhərlərimizin tarixi-memarlıq abidələri qorunmaqda və qeyri-maddi mədəni irsimiz yaşadılmaqdadır. Mədəni irs nümunələrimizin UNESCO siyahılarına daxil edilməsində, mədəni irsimizin qorunmasında, onların beynəlxalq aləmdə tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bugünkü müzakirə edilən mövzu kontekstində milli və çoxmillətli nominasiyalar olaraq UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmiş “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”, “Ənənəvi Azərbaycan xalçaçılıq sənəti”, “Miniatür sənəti” və sair nominasiyalarımızın adlarını çəkmək istərdim”.
Elnur Sultanov bildirib ki, UNESCO üzrə Milli Komissiyamız və ölkəmizin aidiyyəti qurumları tərəfindən İpək Yolu üzərində yerləşən tarixi abidələrimizin transseriyalı nominasiya olaraq Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır. Düşünürük ki, ölkəmizin sözügedən platformaya qoşulması Azərbaycanın və türk dünyasının ortaq mədəni irsi və tarixinin dünyada tanıdılması, eləcə də turizminin inkişafına dəstək verəcək.
“UNESCO üzrə Milli Komissiyamız digər ölkələrin milli komissiyaları ilə regional, o cümlədən TÜRKSOY-la əməkdaşlıq çərçivəsində İpək Yolu Proqramı ilə bağlı da məsləhətləşmələr aparır. Qeyd etmək istərdim ki, cari ildə UNESCO üzrə Azərbaycan və Türkiyə Milli Komissiyalarının iclaslarında bu məsələ ətrafında müzakirələr aparılıb. Digər tərəfdən, ölkəmiz İpək Yolu Seriyalı Ümumdünya İrs Nominasiyasının Əlaqələndirici Komitəsinin iclaslarında mütəmadi olaraq təmsil olunur. Yeri gəlmişkən, belə iclaslardan biri - UNESCO-nun İpək Yolu Proqramının Əlaqələndirici Şəxslər Şəbəkəsinin 2-ci görüşü mayın 31-də onlayn şəkildə keçiriləcək. Böyük İpək Yolu Onlayn Platforması BMT-nin Mədəniyyətlərin Yaxınlaşması Onilliyi (2013-2022) və 2030-cu il Davamlı İnkişaf Məqsədləri ilə sıx bağlıdır. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan sözügedən onlayn platformanın inkişaf etdirilməsinin dəstəkçisi olan 5 ölkə (Azərbaycan, Çin, Almaniya, Qazaxıstan və Oman) arasındadır.
İnanıram ki, Azərbaycan istər tarixi abidələri, istər multikultural zənginliyi, tolerantlığı, istərsə də digər potensial imkanları baxımından UNESCO-nun İpək Yolu layihəsində iştirakı ilə UNESCO-nun təbliğ etdiyi əsas dəyərlərin təşviqinə, eləcə də Böyük İpək Yolu üzərində yerləşən Türkdilli ölkələrin regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcək”, - deyə Elnur Sultanov bildirib.
Konfransda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Lou, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev layihəni yüksək qiymətləndirərək, Böyük İpək Yolunun təmsil etdikləri ölkələrin mədəni, ictimai, iqtisadi həyatına təsirlərindən söz açıblar.
Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev konfransda geniş təqdimatla çıxış edərək, türkdilli dövlətlər arasında münasibətlərin gücləndirilməsində və türkdilli xalqların tarixi, mədəni irsinin, adət-ənənələrinin tanıdılmasında Böyük İpək Yolunun rolundan danışıb və layihənin həyata keçməsində göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib.
Konfransda əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda, tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib, ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Fondun prezidenti Günay Əfəndiyeva tərəfindən “Azərbaycan İpək Yolu üzərində” adlı kitabın hazırlanmasında xidmətlərinə görə azərbaycanlı alimlərə “Təşəkkünamə”lər təqdim olunub.
Qeyd edək ki, kitabın ideya və “Ön söz” müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Monoqrafiyanın hazırlanmasında tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev iştirak edib.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  27-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

21 İyun 10:28
May ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 108 min nəfərdən çox olub
21 İyun 10:14
Azərbaycana yay gəlib
21 İyun 10:03
Qardaşlıq nümunəsi
21 İyun 09:42
“Avro-2020”: Bu gün Avropa çempionatının qrup mərhələsinin III turunun daha dörd oyunu keçiriləcək
21 İyun 09:10
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir
21 İyun 08:55
Təhsil sahəsində əməkdaşlıqda da “Bir millət, iki dövlət” fəlsəfəsini əsas götürürük
21 İyun 08:52
Şuşa Bəyannaməsi milli maraqlarımıza tam cavab verən mühüm tarixi sənəddir
21 İyun 08:47
Sübut Əsədov: Azərbaycanın pandemiyaya qarşı mübarizə istiqamətində atdığı addımlar öz bəhrəsini verir
21 İyun 08:46
Şuşa Bəyannaməsi regionun gələcək inkişafının təmin olunması baxımından böyük strateji önəm daşıyır
21 İyun 08:45
Fuad Əliyev: Mina xəritələrinin verilməsi dövlət başçısının qətiyyəti nəticəsində əldə edilən növbəti diplomatik uğurdur
21 İyun 08:44
Arzuman Abdulkərimov: Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri özünün zirvə mərhələsinə qədəm qoydu
21 İyun 08:42
Vətəndaşların peyvənd olunmağa marağı bu templə artarsa, 2021-ci ilin sonuna kimi əhalinin yarısı vaksinasiyadan keçmiş ola bilər
21 İyun 08:40
Azərbaycanın regionlarında sahibkarlara yeni dəstək mexanizmləri işə salınır
20 İyun 16:47
Mövlud Çavuşoğlu: Antalya Diplomatiya Forumu səmərəli müzakirələrlə işini başa çatdırıb
20 İyun 16:41
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Antalya Diplomasi Forumu”nda iştirak edib
20 İyun 14:33
Madriddə Azərbaycan diasporu ilə görüş təşkil edilib
20 İyun 14:08
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda keçirilən tədbirdə hər kəs “Təki Vətən sağ olsun!” deyib
20 İyun 14:03
Mövlud Çavuşoğlu: Ümid edirik ki, seçkilərdən sonra Ermənistanın yeni rəhbərliyi əvvəlki səhvlərindən nəticə çıxaracaq
20 İyun 14:00
Ukrayna telekanalı Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı xüsusi reportaj yayımlayıb
20 İyun 13:42
XİN: Ermənistanın minaladığı bütün ərazilərin xəritələrini verməkdən imtina etməsi məcburi köçkünlərin geri qayıtmasını ləngidir
19 İyun 18:58
Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib
19 İyun 18:37
Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisini təbrik edib
19 İyun 17:51
Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb
19 İyun 17:34
Azərbaycanda koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb
19 İyun 17:06
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Azərbaycana səfər edəcək
19 İyun 17:05
Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün tikilən kompleksdə işlər tamamlanıb
19 İyun 17:03
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib
19 İyun 16:18
Könül Nurullayeva: Biz vaksinasiya olunmaqla epidemioloji sabitliyin yaranmasına nail ola bilərik
19 İyun 15:01
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada qabonlu həmkarı ilə görüşüb
19 İyun 14:58
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib
19 İyun 14:56
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub
19 İyun 13:48
Antalyada Azərbaycanla Rumıniya arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
19 İyun 13:08
Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
19 İyun 12:40
Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
18 İyun 17:01
YAP Göygöl rayon təşkilatı "Azərbacan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
18 İyun 16:55
Cavanşir Paşazadə: Azərbaycan-Türkiyə birliyi xalqlarımıza yeni-yeni zəfərlər qazandıracaq
18 İyun 16:50
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
18 İyun 16:49
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
18 İyun 16:44
AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb
18 İyun 16:41
Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+20 +24