Bir vaxtlar kinoteatrlarımız...
01.09.2022 [10:42]
“Vətən”, “Sevil”, “Dostluq”, “Azərbaycan” kinoteatrlarının aqibəti necə oldu?
MÜŞFİQƏ
Sovetin dövründə ölkəmizə gətirilən filmlərə, xüsusən də hind kinolarına baxmaq üçün insanlar kinoteatrların önündə növbələrə düzülürdü. Premyera zamanı, istirahət və bayram günlərində böyük izdiham olurdu. Çünki kinoya getmək paytaxt sakininin ən çox sevdiyi istirahət növü idi. Regionlarda isə təzə gətirilən hər film əsl bayrama çevrilirdi. O illərdə repertuar indiki kimi müxtəlif olmasa da, kinoteatra getmək bütün ailə üçün həyəcan və sevinclə dolu hadisə idi.
Zaman keçdi nə o filmlər, nə də o kinoteatrlar eyni izdihamın şahidi oldu. Azərbaycan üçün çətin keçən 90-cı illərin birinci yarısı bakılıların kinoya getmək həvəsini bir qədər azaltdı. Bir-bir sıradan çıxan sənət ocaqları ölkədə kino anlayışını da süquta uğratdı. Taki yeni mərhələyə qədər...
Nizami Kino Mərkəzinin fəaliyyətini bərpa etməsi, eləcə də alış-veriş mərkəzlərinin açılması durğunlaşan kino sahəsini yenidən diriltdi. Lakin bu illər kinoteatrlarımız üçün itkisiz ötüşmədi. “Vətən”, “Sevil”, “Dostluq”, “Şuşa”, “Qələbə”, “Sülh”, “Şəfəq”, “İnqilab” və s. kimi kinoteatrlarımız bir növ “qara dəlik”də yoxa çıxdı. Bir çoxlarının binası söküldü, yerlərində isə ticarət obyektləri tikildi. Onlardan geriyə sadəcə adları qaldı. Bir qisminin isə adı dəyişdirildi. Məsələn, bir vaxtlar əfsanəvi “Azərbaycan” kinoteatrının binası hazırda “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi kimi fəaliyyət göstərir.
Nizami Kino Mərkəzi sonuncu mogikanlardandır. Bir ara fəaliyyətində yel əssə də, Mərkəz dağ kimi dayanıb. 1934-cü ildə tikilmiş “Nizami” kinoteatrı ölkənin ən qədim kinoteatrlarından biridir. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan kinoteatr vaxtilə seansdan əvvəl Azərbaycan caz və estrada kollektivlərinin çıxışları ilə şöhrət qazanmışdı. O vaxtlar burada kinofestivallar keçirilir, yerli və xarici filmlərin premyerası olurdu.
Sevindirici haldır ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” çərçivəsində yenidən qurulan “Nizami” kinoteatrı 2011-ci ildə qapılarını tamaşaçıların üzünə açdı. Bu gün nəinki Nizami Kino Mərkəzində, eləcə də Bakının digər kinoteatrlarında əvvəl olduğu kimi insan axını başladı. Kimisi yarı, kimisi ailəsi, kimisi də dostları ilə film izləmək üçün ocaqlara üz tuturlar.
Mədəniyyət Nazirliyinin tabeliyində neçə kinoteatr var?
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinə sorğu göndərdik. Qurumdan qəzetimizə verilən məlumata görə, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində regionlarda bir neçə kinoteatr mövcud olsa da, fəaliyyətini davam etdirən dövlət kino nümayişi müəssisəsi yalnız Nizami Kino Mərkəzidir.
Bildirilib ki, nazirliyin tabeliyindəki kino nümayişi müəssisələri, o cümlədən Nizami Kino Mərkəzi dövlət büdcəsindən maliyyələşmir, təsərrüfat hesablı müəssisələrdir. Bundan əlavə, ölkədə Mədəniyyət Nazirliyinin tabeliyində olmayan, bir neçə kinoteatr şəbəkəsi mövcuddur ki, bunlar öz fəaliyyətlərini müstəqil şəkildə həyata keçirirlər. Adıçəkilən “Vətən”, “Sevil”, “Dostluq” kimi kinoteatrlar ölkə başçısının müvafiq Fərmanları ilə Nazirliyin balansından çıxarılaraq, aidiyyəti qurumlar tərəfindən özəlləşdirilməsi həyata keçirilib.
Kinoteatrlar necə maliyyələşir?
Hazırda mövsüm ilə bağlı insanların əksəriyyəti istirahət mərkəzlərinə üz tuturlar. Yay aylarında kinoteatrlarımız tamaşaçı qıtlığı yaşamırmı? Bu halda necə maliyyələşir? Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova qəzetimizə açıqlamasında bildirib ki, başqa fəsillərlə müqayisədə yay aylarında tamaşaçıların sayında azlıq müşahidə olunur: “Bizim tamaşaçıların əsas hissəsini məktəblilər, tələbələr təşkil edirlər. Gənclər hazırda yay tətilindədirlər, istirahət edirlər. Bu da tamaşaçı sayına öz təsirini göstərir. Bildiyiniz kimi, kinoteatrların mövsümü sentyabrdan sonra başlayır. Film istehsalçıları da filmləri bu ərəfədə təqdim edirlər. Hazırda repertuarda heç bir yenilik yoxdur. Bunu görən tamaşaçı da kinoteatrlara getmək istəmir. Yay mövsümü bizim üçün ən durğun vaxtdır, deyə bilərik. Tamaşaçı varsa, maliyyə də var. Biz Mədəniyyət Nazirliyinin nəzdində olsaq da, büdcədən maliyyələşmirik. Yeni sezonda bir neçə kino festivalı keçirməyi planlaşdırırıq. Tezliklə bütün mediaya bu barədə informasiya veriləcək”.
Xəbər lenti
Hamısına baxGündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48

