Yaradıcılıq gerçəkliyi düşünən insana məxsus olarsa...
16.03.2023 [10:51]
Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar
Lev Tolstoy
Şahanə XANKİŞİYEVA
İncəsənət dedikdə ağlımıza teatr, tamaşa, musiqi, rəsm anlayışı gəlir. Hansı ki, insan hisslərini təsvir edən vasitələr məhz bunlardır. Bu sahə mədəniyyətin tərkib hissəsi, həm də ictimai şüur növüdür. İnformasiyanın dinləyici və ya tamaşaçıya qrafika, musiqi, rəqs və ya bunların bir neçəsinin toplumundan ibarət olan teatr, balet, kinematoqrafiya ilə verilmə ustalığıdır. Ancaq bu mədəni hadisələrə təkcə böyük saraylarda, dəbdəbəli zallarda, pərdəli səhnələrdə yox, həm də hər gün keçdiyimiz küçələrdə rast gəlmək olar. Buna küçə incəsənəti deyilir.
“Street art” keçmişdən bu günə...
Qraffiti, yazı yoxsa şəkil?
Küçə sənəti böyük populyarlıq qazanıb və hələ də bir sənət növü kimi sürətlə inkişaf edir. Musiqi, illüziya şou, qraffiti “street art”ın əsas qollarıdır. Qraffiti ən geniş yayılmış və tarixi elə də uzaq olmayan küçə sənəti olub gənclərin marağını özündə daha çox əks etdirir. Qraffiti divarlara çəkilən şəkillər və ya yazılar yolu ilə özünü ifadə edən sənət üsuludur. İlk dövrlərdə insanların mağara divarlarına çəkilən şəkilləri qəbul etsək, tarixi yüz illər əvvələ qədər gedib çıxır. Ancaq bu sənətin inkişafı 1960-cı ildə Nyu-Yorkda baş vermiş hadisələrdən sonraya təsadüf edib. Bu illərdə şəhər çətin günlər yaşayırdı və iflas astanasında idi. İlk dəfə İspan Harlemində bir qrup yaradıcı uşaq bağlanmış fabriklərin, tikinti sahələrinin, istifadəsiz metroların divarlarında öz “ imzalarını” əks etdirdi. Onların içərisində fotoqraf Marta Kuper ən bacarıqlılarından biri idi. O, 1970-ci illərdə Nyu-York küçə sənəti səhnəsini və küçə rəssamlarını rəsmiləşdirməyə başladı. 1980-ci illərin əvvəllərində nəşr olunan “Metro sənəti” adlı kitabını yaymaqla bütün hərəkatın inkişafına böyük töhfə verdi. Kuperin nəşri tez bir zamanda təkcə ABŞ-da deyil, həm də Avropada qraffiti sənətçiləri üçün yeni bir üsluba çevrildi. Küçə sənəti müzakirələrə və reaksiyalara səbəb olan sosial, siyasi mesaj ötürməyə meyillidir. Aerozol boyası ilə etiketləmə fikri ictimaiyyətə çatdırmağın ən geniş yayılmış və sürətli yollarından biridir. Eyni zamanda, markerlər, boyalar və yanğınsöndürənlərin boya ilə doldurulması kimi yeniliklər də günümüzdə geniş istifadə olunur. Bəzi insanlar qraffitini vandalizm olaraq görsələr də, bunu sənət əsəri olaraq qəbul edənlər kifayət qədər çoxdur. Dünyanın bir çox yerində qraffiti üçün xüsusi ərazilər nəzərdə tutulub. Beləcə, bu sənətə maraq göstərənlər insanların mülklərinə zərər vermədən öz sənətlərini icra edə bilərlər. Küçə sənətinin hüquqi problemləri də ola bilər. Ölkəmizdə bu işi incəsənət olaraq görən və öz məkanlarının bəzədilməsi üçün bu işə üstünlük verənlər də var. Amma ictimai düşüncəyə zərər verə biləcək ideologiyanın təbliğinə hesablanmış cizgilər yolverilməzdir.
Musiqi düşüncələrimizin dərin qatlarını açır
Amerika yazıçısı Ralf Emersonun da dediyi kimi “Musiqi düşüncələrimizin dərin qatlarını açır”. Harada ki, sözlər tükənir, o yerdə musiqi başlanır. Musiqi bəşəriyyətin universal dilidir. Boşuna deyilməyib “Musiqi ruhun qidasıdır”. İlk musiqinin Afrikada yarandığı güman edilir. Musiqi artıq 50 min ildir ki, insan həyatının ayrılmaz hissəsinə çevrilib. Küçə musiqiçilərinin ilk nümayəndələri isə Hindistandan dünyaya yayılan qaraçılar olublar. Bu, qaraçıların həyatı filmlərə də mövzu olub. XIX əsrdən başlayaraq isə Amerikada küçə musiqiçiliyi bir sənət kimi formalaşmağa başlayır və dəb halını alır. Böyük əksəriyyəti orqan musiqi alətində ifa edən bu musiqiçilər məşğul olduqları sənətlə birgə həmin aləti də tanıdıb sevdirməyi bacardılar. Təsadüfi deyil ki, Amerikanın küçələrinə ayaq açan musiqi dünyaya Vudi Qatri və Coan Baezi kimi sənətkarlar da qazandırdı. Həvəskarlar üçün “tramplin” rolunu oynayan küçə musiqisi sonralar onları dünyaca məşhurlaşdırdı. Milyonlarla fanat ordusuna sahib Edit Piaf, Bob Dlan, Karlos Santana, Coni Mitşel zəngin dünya musiqi sənətinə “küçədən gəliblər”. Dünya ölkələrində küçə musiqiçiləri az və ya çox dərəcədə fəaliyyətdədirlər. Azərbaycanda da bu sənətə maraq olduqca yüksəkdir. Belə ki, keçidlərdə, parklarda, meydançalarda xüsusilə də isti havalarda küçə musiqiçilərinə rast gəlmək mümkündür. Kimisi tanınmaq, pul qazanmaq, kimisi də xobbi üçün bu sənətlə məşğuldur. Sənət gerçəkliyi düşünə və görə bilən, cəmiyyəti anlaya bilən insanların işidir.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24

