Danışır, Bakı!
05.11.2023 [11:30]
97 il əvvəl...
Azərbaycanda radio müntəzəm yayıma başladı
Günel ABBAS
6 noyabr Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramı günüdür. 97 il əvvəl - 1926-cı ilin həmin günü Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Ölkə paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Bir neçə il əvvəl isə bu təqvim daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçidlə əlamətdardır. Radio-televiziya yayımları sahəsində yeni rəqəmli texnologiyaların tətbiqi analoq standartının daha müasir rəqəmli standartla əvəz edilməsi zərurətini meydana çıxarıb. Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində müvafiq tədbirlər görülməkdədir.
Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.
İlk olaraq, 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb.
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.
Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.
Orta dalğalarda “Azərbaycan” radiosu və müxtəlif dillərdə yayımlanan “Xaricə yayım” radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir.
Televiziya və radio mədəniyyət təbliğatçısı kimi
Media eksperti, professor Qulu Məhərrəmli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 6 noyabrın teleradio işçiləri günü kimi qeyd olunması əlamətdar hadisədir: “Ona görə ki, bu gün təxminən 100 il bundan əvvəl- 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio müntəzəm yayıma başlayıb. Yəni indiki dövrlə müqayisədə o bir möcüzə idi. Çünki küçələrdə qurulmuş radio cihazları dil açdı, danışdı. İnsanlar üçün bir möcüzə idi ki, bir dəmirdən səs gəlir, danışır, onlara müraciət eləyir. Orada musiqi verilir, tamaşalar ifa olunur. Bu ciddi texnoloji hadisə idi. Amma sovet dövrü, sovet ideologiyası bu vasitəni, eləcə də qəzeti ideoloji silaha çevirdi. Uzun illər Azərbaycan radiosu və televiziyası da təbii ki, ideoloji rupor rolunu oynayıb. Bununla yanaşı, tarixi həqiqəti də deməliyik, televiziya, radio bizim mədəniyyət tariximizdə musiqi tariximizdə həm də ciddi rol oynayıb. Azərbaycan mədəniyyətinin tərəqqisinə, onun təbliğinə, musiqimizin cilalanmasına, xüsusən ana dilinin, onun qaydalarının möhkəmlənməsinə ciddi kömək edib.
Vaxtilə radio və televiziya danışığı teatrdan sonra həm də nümunəvi bir dil hesab olunurdu. Yəni nitq mədəniyyətini insanlar televiziyadan, radiodan öyrənirdilər. Bundan başqa, televiziya və radionun inkişafını izlədikcə biz Azərbaycan tarixinin səhifələrini də çeviririk, izləyirik. Bunların hamısı televiziya və radio verilişlərinə hoparaq, insanların hafizəsində qalıb. Ona görə də bizim üçün televiziya, radio, ilk növbədə mədəniyyət, nitq mədəniyyəti, estetik dəyərlər təbliğatçısıdır. Bu gün mən teleradio işçilərini təbrik eləməklə yanaşı, həm də çox arzulayıram ki, onlar auditoriya qarşısında cəmiyyət qarşısında öz məsuliyyətlərini dərk eləsinlər. Verilişlərin ciddiliyinə, onların auditoriyaya təsirinə çox diqqətlə yanaşsınlar. Yəni heç bir halda televiziya, radio məişət səviyyəsinə enə bilməz. Onun özünün ciddi ölçüləri və meyarları var. O meyarları və peşəkarlığı qorumaq vacibdir”.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

