Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” yeni təxribatlara hazırlaşır

“Milli şura” yeni təxribatlara hazırlaşır

19.10.2013 [13:06]

Nurlan Qələndərli

Bu qondarma qurumun əsas məqsədi qarşıdurma yaradaraq hakimiyyətin guya sərbəst toplaşmaq azadlığını məhdudlaşdırdığı görüntüsü yaratmaq, öz himayədarlarına danışmaq üçün bəhanə verməkdir
Xarici maraq qruplarından maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən radikal müxalifətin nümayiş etdirdiyi anti-azərbaycançı fəaliyyət bəhs olunan qüvvələrin, o cümlədən, autsayderlər toplusu olan qondarma qurumların nəyə qadir olduğunu və kimlərə xidmət etdiyini aşkar surətdə əks etdirir. Dolayısıyla, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları “himayə edən” mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər.
Onu da qeyd etmək lazımdır ki, radikal düşərgə təmsilçilərinin birləşdiyi qondarma “Milli şura” prezident seçkilərindən sonra üzləşdiyi fiaskonu ört-basdır etmək üçün “yeni” taktika kəşf edib. Bu, onların başlıca “siyasi texnologiyası” olan mitinq, yaxud piket keçirməkdir. Həmçinin, bununla yanaşı, qondarma qurumun autsayderləri mitinq məsələsi ətrafında spekulyasiya etməyə çalışırlar. Belə ki, radikal müxalifətin media qurumlarından birinin xəbərinə görə, “Milli şura”nın yaydığı məlumatda iddia edilir ki, bu qurum oktyabrın 20-də aksiya keçirmək üçün BŞİH-ə müraciət edib. BŞİH-dən isə bildirilib ki, “Milli şura”dan belə bir müraciət daxil olmayıb. “Milli şura” müraciətin mətnini yayıb və qərarın C.Həsənov Avropadan qayıtdıqdan sonra qəbul olunacağını bəyan edib.
Müxalifət indi də “siçan-pişik” oyununa başlayıb. Bunlar həmişə BŞİH-ə rəsmi şəkildə müraciət edirdilər, yeri gəlsə, danışıqlar aparırdılar. İndi də guya müraciəti poçt vasitəsilə yollayıblar və əllərində qəbzləri də var. Bəlli deyil ki, haraya nə göndəriblər. Qəti əminlik var ki, “Milli şura”nın BŞİH-ə heç bir müraciəti olmayıb. Sadəcə bu haldan istifadə edib hakimiyyətə qarşı növbəti qara piar kampaniyasına start vermək istəyirlər.
Bunlar oktyabrın 20-nə necə mitinq təyin ediblər ki, başçıları Cəmil Həsənovun Avropadan Azərbaycana nə vaxt dönəcəyini bilmirlər. Axı özlərinin yaydıqları müraciət mətnində də göstərilir ki, C.Həsənovun seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüşü keçiriləcəkdir. Cəmil Həsənov bildirib ki, əgər sözügedən stadionda mitinqin keçirilməsinə icazə verilməsə, “Milli şura” mitinqi şəhərin mərkəzindəki Fəvvarələr meydanında keçirəcək.
Seçkilər vaxtı C.Həsənovun amerikalı siyasi məsləhətçisi ona tövsiyə etmişdi ki, teledebatlarda, müsahibələrdə, mitinqlərdə hədəfi bir nöqtəyə vursun və birbaşa dövlət başçısını hədəfə götürsün. Onlar belə düşünürdülər ki, C.Həsənovun ünvanlı çıxışları bir tərəfdən onun haqqında cəsarətli siyasətçi obrazının yaranmasına səbəb olacaq, digər tərəfdən isə cəmiyyətdə dövlət başçısına olan yüksək münasibəti dəyişəcək. Amma göründüyü kimi, C.Həsənovun təhqiramiz ritorikası heç bir effekt vermədi. İndi də həmin şəxslər bunlara məsləhət verir ki, mitinqlərin keçirilməməsi müxalif elektoratda ruh düşgünlüyünə, dərin məyusluğa, depressiyaya səbəb olacaq. Bunun nəticəsi kimi seçicilərin “Milli şura” başçılarına inamı itəcək, insanlar onlardan üz döndərəcək. Bu hal sonrakı mərhələdə “Milli şura”da günahkar axtarışına səbəb olacaq, qarşılıqlı ittihamlara ziddiyyətlərin dərinləşməsinə və nəticə etibarilə, “Milli şura”nın dağılmasına gətirib çıxaracaq. Bunun baş verməməsi üçün “Milli şura” mitinqləri dayandırmamalı, əgər bunu bacarmırsa, gücü çatmırsa, adam toplaya bilmirsə, mitinq görüntüsü yaratmalı və qarşıdurmaya getməlidir.
Cəmil Həsənovun lazım gələrsə, “Milli şura”nın şəhərin mərkəzində də icazəsiz aksiya keçirəcəyini bildirməsi başdan-ayağa təxribat məqsədi daşıyır. O, radikal müxalifətçiləri qanunazidd əməllərə təhrik edir və ictimai asayişi təmin edəcək hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaratmağa meyilli olduğunu göstərir. Görünür, bu da C.Həsənovun amerikalı məsləhətçisinin növbəti tövsiyəsidir.
Bəlli olduğu kimi, seçki ərəfəsində “Milli şura”nın namizədi olan C.Həsənovun seçicilərlə görüşlərinə tam şərait yaradıldı. Hətta seçkidən sonra “Milli şura”nın seçkilərin nəticələrinə etiraz aksiyasına heç bir maneə törədilmədi. İndi bunlar hər bazar gününü mitinq gününə çevirmək istəyirlər. Məqsədlər də müxtəlifdir. Birincisi, aksiyalar olmasa “Milli şura” dağılacaq. Çünki bu qurum mövcudluğunu saxlamaq üçün fəaliyyət göstərməlidir. Normal fəaliyyət göstərmək üçün qabiliyyəti, potensialı çatmadığına görə ən asan yolu seçib. İkincisi, bu qədər mitinq keçirildi, amma heç kim xəsarət almadı. Son mitinqdə də qarşıdurma cəhdi alınmadı. İndi “Milli şura”nın əsas məqsədi qarşıdurma yaradaraq hakimiyyətin guya sərbəst toplaşmaq azadlığını məhdudlaşdırdığı görüntüsü yaratmaq, öz himayədarlarına danışmaq üçün bəhanə verməkdir.
Qeyd etmək lazımdır ki, radikal müxalifətin bu cür “fəaliyyət”i bir daha onların siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmələrinə dəlalət edir. Sirr deyil ki, geniş sosial bazaya, reytinqə malik olan, siyasi palitrada rasional fəaliyyət mexanizmi ilə təmsil olunan subyektlər innovativ fəaliyyət ortaya qoyur, təmsil etdiyi elektoratın maraqlarının təmin olunması yönündə əhəmiyyətli nailiyyətlər əldə edir və nəticə etibarilə vətəndaşların önəmli dərəcədə dəstəyini qazanır. Amma radikal müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini xarici qüvvələrin transmilli maraqları üzərində qurduğundan vətəndaşların etinasızlığı ilə qarşılanır. Başqa sözlə, radikal müxalifət çox ciddi sosial baza problemi yaşayır. Nəticədə isə, bəhs olunan qüvvələr siyasi fiasko nümunəsinə çevrilir və bu cür səriştəsiz, antimilli fəaliyyətlə çıxış edir.

Paylaş:
Baxılıb: 1266 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31