YAP beynəlxalq müstəvidə böyük nüfuza malikdir
18.07.2012 [23:04]
- Asəf müəllim, bugünlərdə Batumidə beynəlxalq tədbirdə iştirak etmisiniz. Səfər haqqında məlumat verməyinizi xahiş edirik...
- Gürcüstanın Batumi şəhərində “Avropa İttifaqı və onun avropalı qonşuları” adlı 9-cu beynəlxalq konfrans keçirilib. Konfransda Gürcüstan Prezidenti, Moldovanı baş naziri və bir çox olkələrdən nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən, Avropa Parlamentində Cənubi Qafqaz məsələləri ilə məşğul olan şəxslər, Avropa Xalqları Partiyasının (AXP) prezidenti Vilfred Martins və başqa nüfuzlu siyasətçilər iştirak edirdilər. Beynəlxalq konfransa Yeni Azərbaycan Partiyası da dəvət olunmuşdu.
Tədbirdə müzakirələr Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyasından gedirdi. Gürcüstan Prezidenti, Moldovanın baş naziri, Avropa Xalqları Partiyasının prezidenti və başqaları tədbirdə çıxış etdilər. çox maraqlı məqam ondan ibarətdir ki, çıxışlar zamanı Cənubi Qafqazda mövcud vəziyyət təhlil olundu, xüsusən enerji təhlükəsizliyi məsələsinə diqqət yetirildi. Fransa Senatının üzvü, xanım Natali Qule Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini bildirdi. ölkələri müqayisə edən Fransa Senatının üzvünün sözlərinə görə, bu gün fərq odur ki, bir ölkə digər ölkənin ərazisini işğal edib. Daha sonra konfrans öz işini iki bölmədə davam etdirdi. Bölmələrin iclası zamanı da N.Qule Xocalı soyqırımından danışdı və işğalın qəbuledilməzliyini vurğuladı.
Yeni Azərbaycan Partiyasının nümayəndəsi olaraq mən də konfransda çıxış etdim. Bildirdim ki, Azərbaycanın həyata keçirdiyi siyasətdə Avropa məkanına inteqrasiya mühüm yer tutur. Yəni, ölkəmizin xarici siyasəti, Avropa ölkələri ilə əməkdaşlıq məsələlərinə dair fikirlərimi bildirdim. Eyni zamanda, partiyamızın fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verdim. O cümlədən, YAP-ın AXP ilə əlaqələrindən danışdım.
çıxışımda xüsusilə Ermənistanın təcavüzkar siyasətindən ətraflı bəhs etdim. Qeyd olundu ki, Ermənistan uzun illərdir ki, Azərbaycanın 20 faiz torpağını işğal edib və bunun nəticəsində bir milyon insan öz torpağından didərgin düşüb. Ermənistan işğal etdiyi torpaqları azad etməlidir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı, GUAM ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünün qorunması istiqamətində sənədlər qəbul ediblər. Bu isə artıq dünyanın əsl həqiqətləri qəbul etdiyini göstərir.
Amma təəssüf ki, işğalçı Ermənistan bu qərarlara əməl etmir. Hesab edirik ki, beynəlxalq təşkilatlar bu məsələyə öz münasibətini bildirməli və münaqişə öz həllini tapmalıdır. Onu da qeyd edim ki, Ermənistanın xarici işlər və təhsil nazirləri də tədbirdə iştirak edirdilər. Amma onlar tez getdilər, heç plenar iclasda da iştirak etmədilər. Bəlkə də, bunun səbəbi ondan ibarət idi ki, onlar başa düşürdülər ki, Azərbaycan nümayəndələrinin orada olması Qarabağ məsələsinin müzakirəsinə səbəb olacaq. Ermənilər verilən suallardan qaçmaq üçün konfransı tez tərk ediblər. ümumiyyətlə, belə bir beynəlxalq tədbirə YAP-ın dəvət olunması partiyamızın nüfuzunun artmasını və beynəlxalq əlaqələrinin daha da genişləndiyini göstərir. Bu konfrans birinci dəfə deyil, hər il keçirilir və ilk dəfədir ki, YAP bu beynəlxalq tədbirdə iştirak edir. Bu fakt Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq müstəvidə rolunun artmasının göstəricisidir.
- Səfər zamanı ikitərəfli görüşləriniz oldumu?
- Bizim AXP prezidenti Vilfred Martins və təşkilatın digər nümayəndələri ilə görüşümüz oldu. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bu əlaqələr müsbət nəticələr verir. V.Martins dəfələrlə ölkəmizdə səfərdə olub, Bakıda onun “Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının həm ingilis dilində, həm də Azərbaycan dilində təqdimat mərasimi keçirilib. Bu da AXP tərəfindən yüksək qiymətləndirildi. Bu ilin yanvar ayında isə AXP-nin təşəbbüsü ilə Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirildi. Orada xarici işlər naziri Elmar Məmmədyarov, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və mən iştirak edirdim. Bu dinləmələrdə qeyd olundu ki, Azərbaycanda demokratik proseslər getdikcə inkişaf edir, ölkəmiz Avropa dəyərlərinə qovuşur. Avropa dəyərləri deyəndə biz dünya dəyərlərini nəzərdə tuturuq və bu dəyərlər Azərbaycanda öz əksini tapır.
Səfər zamanı, həmçinin, Gürcüstan nümayəndələri ilə görüşlərimiz oldu. Qeyd olundu ki, iki dövlət strateji tərəfdaşdır və bu tərəfdaşlıq ölkələrin inkişafına xidmət edir.
- Asəf müəllim, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri istiqamətində gələcəkdə hansı addımların atılması nəzərdə tutulur?
- Bildiyiniz kimi YAP iki istiqamətdə xarici əlaqələrini qurur. Bir istiqamət Avropa, digər istiqamət isə Asiyadır. Avropa ilə bağlı deyə bilərəm ki, partiyamız bu qitənin bir çox siyasi təşkilatları ilə, xüsusilə AXP ilə fəal əməkdaşlıq edir. Digər tərəfdən, YAP-ın Asiya qitəsi istiqamətində də aktiv fəaliyyəti var. Bilirsiniz ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) adlanan təşkilatla fəal əməkdaşlıq edirik. Bu təşkilata Asiya qitəsindən 330-dan çox partiya daxildir. Bu təşkilata rəhbərlik edən Daimi Komitənin 18 partiyanı təmsil edən 20 üzvü var. YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov da Daimi Komitənin üzvüdür.
Bu yaxınlarda, yəni iyun ayında Bakıda İCAPP-ın Daimi Komitəsinin iclası keçirildi. Bu iclas yüksək səviyyədə keçdi. Təşkilatın rəhbərliyi də Bakının ev sahibliyini yüksək qiymətləndirdi və partiyamıza təşəkkürünü bildirdi. Qeyd olundu ki, digər iclaslarla müqayisədə Bakıda keçirilən iclasa ən çox sayda nümayəndələr toplaşmışdı. Noyabrda isə Bakı şəhərində təşkilatın 7-ci Baş Assambleyası keçiriləcək.
Bundan öncə isə Şərqi Timorun paytaxtı Dili şəhərində İCAPP-ın, Sakit Okean və Asiya ölkələrinin Beynəlxalq Demokratlar Təşkilatı və Asiya Ekologiya Təşkilatının birgə toplantısında Cənubi Qafqazda vəziyyət təhlil olunmuşdu. Qeyd olundu ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu məsələnin həlli BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr çərçivəsində həll olunmalıdır. Toplantının qərarında Azərbaycan Prezidenti İlham Əliyevin, YAP-ın demokratik inkişafa yönəlmiş siyasəti yüksək qiymətləndirildi. Bütün bunlar təsdiq edir ki, artıq YAP beynəlxalq müstəvidə böyük nüfuza malikdir.
- Son zamanlar nüfuzlu beynəlxalq təşkilatların, dövlətlərin rəhbər şəxslərinin Azərbaycana intensiv səfərlərinin şahidi oluruq. Bu faktı hansı amillərlə izah edərdiniz?
- Təbii ki, bu fakt ölkəmizin uğurudur. Bu gün bütün dünya Azərbaycanın inkişafını görür, Qarabağ həqiqətlərini eşidirlər. Azərbaycan müstəqil dövlət olaraq xarici siyasətinə böyük önəm verir, bütün dövlətlərlə normal əməkdaşlığa maraqlıdır. Bu fəaliyyət ölkəmizlə bağlı müxtəlif beynəlxalq təşkilatlarda informasiyanı artırır. İnformasiya nə qədər dəqiq olarsa, müəyyən məsələlərlə əlaqədar ciddi qərarlar qəbul oluna bilər. Bu da onu göstərir ki, Azərbaycan dünya üçün maraqlı bir ölkədir. Yalnız söhbət enerji əməkdaşlığından getmir, ölkəmizin iqtisadi modeli digər dövlətləri maraqlandırır, Azərbaycanın iqtisadi uğurları diqqəti cəlb edir.
Həmçinin, Azərbaycan tolerant ölkə olması ilə diqqəti cəlb edir. AXP-nin prezidenti V.Martins ölkəmizə son səfərindən sonra AXP-nin saytında belə bir fikir yerləşdirmişdi ki, Azərbaycan tolerantlıq baxımından bütün ölkələrə nümunədir. Bu da təsdiq edir ki, Azərbaycan dünya üçün cəlbedici ölkədir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

