“Burada eksperiment keçirilməsinə imkan verə bilmərik”
16.10.2012 [00:27]
Milli Məclisin üzvü, YAP İcra katibinin müavini Siyavuş Novruzov “Media forum” saytına müsahibəsində Avropa Şurası Venesiya Komissiyasının qüvvədə olan “Dini etiqad azadlığı haqqında” Qanuna verdiyi rəy və tövsiyələri dəyərləndirib.
- Vətəndaşlığı olmayan şəxslərin və xarici vətəndaşların dini təbliğat aparmasına qadağanı aradan qaldırmaq təklifini mümkün hesab edirsinizmi?
- Bu, qəti şəkildə ola bilməz. Azərbaycan həmişə dini tolerantlıqda öndə durub və qanuni şəkildə fəaliyyət göstərən bütün dini qurumlara normal şərait yaratdığına görə yüksək qiymətləndirilib. Azərbaycanda hər bir vətəndaşın istədiyi dinə sitayiş etməsinə şərait yaradılıb. Amma bəzi məqamları da nəzərə almaq vacibdir. Sabah İrandan beş molla gəlib Azərbaycan məscidlərində din adı altında ABŞ əleyhinə və ya başqa ölkələr haqqında təbliğat apara bilər. Dünyanın heç bir ölkəsində belə hal yoxdur. Fransada hicabla gəzməyə qadağa qoyulduğu halda Azərbaycanda xarici vətəndaşların dini təbliğatla məşğul olmasına meydan açıb burada hər hansı eksperiment keçirilməsinə imkan verə bilmərik.
- Bu maddənin sonradan, dəyişikliklər nəticəsində qanuna əlavə edilməsini zəruri edən nə idi?
- Mərasimlər dövründə ayrı-ayrı yerlərdən Azərbaycana çoxlu adam gəlir, din pərdəsi altında başqa təbliğatla məşğul olurlar. Belə müddəanın qanuna daxil edilməsi bunun nəticəsidir.
- Xarici vətəndaşların Azərbaycanda hansısa təbliğat aparmasının arxasında konkret dövlətlər dayanırmı?
- Daha çox nümayəndələr, kəşfiyyat orqanları din pərdəsi altında öz məqsədini həyata keçirməyə çalışır. Azərbaycan dini cərəyanlara, qruplara, təriqətlərə öz bazasını yaratmaq üçün əlverişli coğrafi məkandır, çünki Avropa ilə Asiya arasında yerləşir.
- Dövlət də buna imkan vermək niyyətində deyil...
- Qəti şəkildə... Dövlət deyir ki, kimliyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir.
- Dini icmalara daha çox muxtariyyət hüququ tanımaq dedikdə nə nəzərdə tutula bilər? İcmaların hüquqlarının artırılması mümkündürmü?
- Hər bir icma qeydiyyatdan keçməlidir. Bundan sonra onların fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Azərbaycanda dini icmalar mövcuddur, yüksək səviyyədə də fəaliyyət göstərir. Onlara əlavə statusların verilməsinə ehtiyac görmürəm.
- Status verilsə, nə problem yarana bilər?
- Din dövlətdən ayrıdır. Bu sahədə siyasəti həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də var. Qafqaz Müsəlmanları İdarəsi isə mərkəzləşdirilmiş orqandır, bütün icmalara rəhbərliyi həyata keçirir. Düzdür, icmaların hər biri qeyri-hökumət təşkilatıdır. Venesiya Komissiyası da bütün dini icmaların müstəqil şəkildə fəaliyyət göstərməsini istəyir. Bu da mümkün deyil. Hərc-mərcliyə, anarxiyaya gətirib çıxara bilər. Ona görə də dini icmalar fəaliyyətinə razılıq aldıqdan sonra müəyyən qurum qarşısında hesabatlı olmalıdır.
- Dini icmaların dövlət qeydiyyatına alınması sistemində islahatlar aparmaq, dövlət qeydiyyatı üçün lazım olan sənəd və məlumatların dəqiqləşdirilməsi də tövsiyələrə daxildir...
- Göstərilən sənədlərin hamısı dəqiqdir. Hər kəs qanunla müəyyən olunan sənədləri təqdim etməli, fəaliyyət istiqamətinin nədən ibarət olduğunu göstərməlidir.
- Azərbaycan qanunvericiliyi dini icmanın ləğv edilməsini tənzimləyən qaydalara dəyişiklər etmək, beləliklə, ləğv olunmaq sanksiyası və digər sanksiyalarla üzləşən dini icmaların apellyasiya vermək hüququnu tənzimləyirmi?
- Bu, Azərbaycanda var. QHT-lər hansı formada ləğv olunursa, dini qurumların da fəaliyyəti həmin əsaslarla dayandırılır.
- Bir mübahisəli məqam - “islam dininə aid ayin və mərasimlər yalnız Azərbaycan Respublikasında təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər” müddəasının qanundan çıxarılması tövsiyə edilir. Bunu mümkün hesab edirsinizmi?
- Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi, orada təhsil alan tələbələr var. Başqa ölkədə dini təhsil alıb Azərbaycana qayıdan insanları yoxlamadan keçirmədən dini ayinlərin icrasına buraxmaq olmaz. Apardığımız araşdırma nəticəsində müəyyən edilib ki, müxtəlif ölkələrdə dini sahədə təhsil alanların müəyyən faizi həmin ölkələrin kəşfiyyat orqanlarına xidmət edir. Dini ayinlərin yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi haqda müddəa da qanunda buna görə əksini tapıb.
- Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların hamısı ayrı-seçkiliyi qadağan edir. Bir tərəfdən külli miqdarda vəsait xərcləyib xaricə təhsil almağa tələbə yollayırıq, digər tərəfdən xaricdə təhsil görmüş şəxslərə dini mərasimləri keçirməyə qadağalar tətbiq edirik. Bu ziddiyyəti necə izah etmək olar? Nəyə görə Kembric Universitetini bitirən məzuna heç nə qadağan edilmir, İranda təhsil alanlara isə məhdudiyyət qoyulur?
- İstər Kembrici, istərsə də digər xarici universitetləri bitirən məzunlarda da biz bu problemləri görürük. İndi xaricə təhsil almağa göndərilən insanlar ciddi şəkildə yoxlanılıb yola salınır. Hər bir ölkədə təhsil alıb qayıdanlarda tamamilə başqa ab-hava, düşüncə, fikir görürük. Ona görə də dövlət proqramına salınan universitetlər, ölkələr ciddi şəkildə götür-qoy edilib müəyyənləşdirilir.
- Venesiya Komissiyası vətəndaşı xarici dövlətə dini təhsil almağa göndərmək üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almaq tələbini ləğv etməyi də tövsiyə edir. Necə bilirsiz, bu məqama düzəliş edilə bilərmi?
- Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Venesiya Komissiyası siyasi partiyalarla bağlı da tövsiyə vermişdi. Vətəndaşlığı olmayanın və ya xarici vətəndaşın siyasi partiya yaratması, onu maliyyələşdirməsi faktı dünyanın heç bir yerində yoxdur. Nə ABŞ, nə Almaniya, nə də Fransa qanunvericiliyində belə müddəa var. Onlar sadəcə qərəzlə bu məsələləri gündəmə gətirirlər ki, bu da qəbuledilməzdir. Hər kəs anlayır ki, xarici vətəndaşın Azərbaycanda siyasi partiya yaratmaq, onu maliyyələşdirmək marağı yoxdur.
Bu müddəanı ləğv etmək mümkün deyil. Şəxs təhsil sahəsində müəyyən edilmiş balı toplamalıdır, onun xaricdəki təhsilinin maddi cəhətdən təmin olunması məsələsinə baxılmalıdır. Dövlət vətəndaşa müəyyən maddi dəstək verirsə, vətəndaş müvafiq icra hakimiyyəti orqanından qeydiyyatdan keçməlidir. Bəzi bisavadlar müvafiq icra hakimiyyəti orqanının nə olduğunu bilmirlər. Bu, Təhsil Nazirliyi və ya digər struktur ola bilər. Məsələn, kimsə ərəb ölkəsində təhsil almaq istəyirsə, onun ərəb dili bilgisi, hansı sahədə təhsil almaq istəyi, attestat balı nəzərə alınır.
- “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişiklər bir ildən artıqdır qüvvədədir. Bu dəyişikliyin mənfi və ya müsbət cəhətləri müşahidə edilibmi?
- Bu dəyişikliklərin dövlətin təhlükəsizliyi baxımından müsbət nəticələrinə şahidik.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

