Pəri Miniatür: "Ən böyük arzum Azərbaycanda miniatür məktəbinin yaradılmasıdır"
06.08.2024 [09:04]
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Çox təəssüf ki, böyük miniatür silsilələrindən çox az bir qismi bizim zamanımıza gəlib çatıb.
Lakin bu, incə və çətin sənəti peşəkarlıqla davam etdirən şəxslər var ki, onlardan biri də müsahibimiz minatür rəssamı Pəri Minatürdür. Müsahibəmizi oxuculara təqdim edirik.
-Pəri xanım, cəmiyyətimizdə rəssamlara yetərincə qiymət vermədiyini deyirlər. Sizcə bu nəyə görədir?
- Düşünürəm ki, bu insanların sosial rifahından asılıdır. Rəssamlıq aristokratik bir sənətdir. Burada maddi vəziyyət rol oynadığı üçün sərgilərə getmək imkanı olmur.
- Yəni deyirsiniz sərgilərdə iştrak etmək üçün imkan lazımdır?
- Ən azından müəyyən qədər madiyyat lazım olur.
- Bəs ölkə olaraq rəssamlara necə dəstək göstərilir?
- YUNESKO - ya miniatür sənətimizi təqdim edəndə mən də orada iştrak edirdim. Bir ildən sonra miniatür sənəti qeyri-maddi mədəni irs kimi qəbul olundu. Bundan əlavə olaraq ölkəmiz gənclərə yol açır, müxtəlif layihələrə dəvət edirlər. Qeyd edim ki, işğaldan azad olunmuş torpaqlarda da bu sənətin təbliğinə şərait yaradılıb.
- YUNESKO təqdimatında iştrakınız həyatınıza və sənətinizə hansı dəyişiklik qatdı?
- Miniatür sənətini o qədər çox sevirəm ki, rəssam olmasaydım belə bu sənətinin oraya təqdim olunması məndə qürur hissi yaradacaqdı. Mənim üçün çox sevindirici bir addım oldu və bunu hər yerdə qeyd edirəm.
- Sizdən əlavə bu sənətlə məşğul olan adamlar varmı ki, siz onlardan ilhamlanmısınız?
- Mənim bu sənətə olan sevgimi, yaşatmaq eşqini ustadım Faik Əkbərov öyrədib. Özü çox üzdə olmur. Düşünür ki, sənətçi dərviş həyatı keçirtməlidir, lakin mənə görə bu belə deyil. Düşünürəm sənətkar üzdə olmalıdır. Maraqlı işlərimi görəndə insanlar müsbət fikirlərini söyləyirlər. Cəmiyyətimiz bu sənətə laqeyd yanaşmır. İzləyicilər çəkdiyim əsərlərə daha gözəl ad qoyurlar.
- Sənətindən asılı olmayaraq yaradıcı insanların düşüncəsi fərqli olur deyirlər. Sizin də həm tərziniz, həm də işləriniz fərqlidir.
- Bəlkə də cəsur davranıram, lakin bu mənim həyat tərzimdir. Bəzən müdaxilələr də olur. Məncə bu stereotipləri qırmaq lazımdır. Yağış yağanda insanlar adi gölməçə görürlərsə, yaradıcı insanlar həmin gölməçədə səmanı görə bilirlər. Düşünürəm ki sənət adamları həm də çox həssas olurlar.
- Əsərləriniz kifayət qədər cəsarət tələb edir. Hardansa ilhamlanırsınız, yoxsa düşüncənizin məhsuludur?
- Əsasən öz düşüncələrimə görə yaradıram. Bəzən məni çox dərindən incidən mövzular olur.
İnsanların dilə gətirə bilmədiyini yaradıcı adamlar, rəssamlar üzə çıxardır. Hətta daxilən yaşadıqları hisslərini etiraf edə bilməyənlər mənə yazırlar. Bizim cəmiyyətimizi çox da cəsarətli hesab etmirəm və bu da onlara uğursuzluq gətirir. Cəmiyyətin aparıcı qüvvəsi qadındır, onlar isə çox vaxt xoşbəxt ola bilmirlər.
- Bəs bu vaxta kimi ən çox sevdiyiniz əsəriniz hansı olub?
- "Günah" adlı bir əsərim var, ailə problemlərimin olduğu bir vaxtda çəkilib. Hətta o əsərdə öz qanımdan istifadə etmişəm. O əsər mənə çox doğmadır. Hətta onu satışa belə qoymadım. Bir də şəhid anası əsəri var, mənə çox təsir edir. Bir yazıçı hansısa bir əsəri dərin hisslərlə yazıbsa onu oxucuya ötürə bilir. Rəssamların işi də belədir.
Məsələn Mono Liza əsərinin illərdir sirini tapa bilmirlər. Ola bilər ki o qadında mütləq bir simptom var və insanlara təsir edə bilir.
- Rəssamlar İttifaqına münasibətiniz?
- Normaldır. Ən sonuncu sərgim elə Rəssamlar İttifaqında oldu.
- Bəs gələcəkdə sahənizlə bağlı hansısa planlarınız varmı?
- Ən böyük arzum Azərbaycanda minatür məktəbinin yaradılmasıdır. Mən yaratmasam belə kimsə yaratsın, orada şagird kimi də işləməyə hazıram.
- Bunun üçün hansısa addımlar atmısınız?
- Mədəniyyət Nazirliyinə layihə hazırlayıb verdim, lakin heç bir xəbər çıxmadı. Rəsamlar İttifaqında da müzakirlərini apardıq. Düşünürəm minatür sənəti ilə dünyaya çıxa bilərik. Bu bizim pasportumuzdir, biz dünyaya bəyan etməliyik bu sənət öz varlığını qoruyub saxlayır.
- Tələbələriniz necə, varmı?
-Bir neçə tələbəm var idi, sonra davam etdirmədi. Bunu sənətin daha incə və çətin olması ilə əlaqələndrirəm.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

