Burcu Kurtiş: Əsas məqsədimiz Azərbaycan kinosunu Türkiyədə daha geniş şəkildə tanıtmaqdır
21.09.2024 [07:19]
6-15 dekabr 2024-cü il tarixlərində Türkiyənin İstanbul Nişantaşı Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Festivalın əsas mövzusu “Is This the Real?” (Bu, realdırmı?) olaraq müəyyən edilib. Beynəlxalq kino festivalına Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, İsrail, Livan, Meksika, Norveç, Polşa, Türkiyə, Yunanıstan və başqa ölkələrdən filmlər qəbul ediləcək. Festival çərçivəsində film nümayişləri ilə yanaşı, elmi-praktik konfranslar və seminarlar da təşkil olunacaq.
Azərbaycan kino tarixinin, çağdaş kino sənətinin və mədəniyyətinin qardaş ölkə kinosevərlərinə tanıdılması festivalın ən ümdə amallarındandır. İki universitetin birgə təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi müsabiqə çərçivəsində müəyyən edilmiş kateqoriyalar üzrə filmləri seçməklə yanaşı, həm də tamaşaçıların diqqətini Azərbaycan kino sənətinin qiymətli nümunələrinə yönəltməkdir.
16-20 sentyabr tarixlərində ?estival çərçivəsində Nişantaşı Universitetinin bir sıra pedaqoqu Bakıda səfərdə olublar. Onlar ADMİU-nun tələbələrinə müxtəlif mövzuda ustad dərsləri keçiblər.
Həmin nümayəndə heyətinin üzvü- Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi, Radio, Kino və Televiziya bölümünün rəhbəri, rejissor Burcu Kurtiş səfər təəssüratlarını “Yeni Azərbaycan” qəzeti ilə bölüşüb:
- İlk dəfədir Azərbaycana gəlirəm. Qədim memarlığı ilə, duyğusu ilə sanki Bakının bizə anlatmaq istədiyi hekayəsi var. Bakı canlıdır, şəhər yaşayır. Buranı çox sevdim və özümü ikinci vətənimdə imiş kimi hiss etdim. Mənim üçün filmin ana xarakterlərindən biri, hətta birincisi məkandır. Burada filmin ana xarakteri olacaq, o hekayəni olduğu kimi danışacaq bir çox məkan var.
- Burcu Kurtiş üçün film nədir?
- Heç bitməyini istəmədiyim bir xəyaldır. Hər şey hələ uşaq yaşlarımdan film izləməklə başladı. Film izləməyi çox sevirdim. Məktəb zamanında isə artıq qrarımı vermişdim: rejissor olacaqdım. Əslində, mənim hekayəm çox şanslı və yuxu kimi yazıldı. Hələ 18 yaşımda universitetdə oxumağa başlayarkən “Star Tv”-də işləməyə başladım. Oxuyarkən işləmək çox gözəl fürsətdir. Qısa müddət sonra rejissor vəzifəsinə keçdim. Həm film çəkirdim, həm də oxuyur, nəzəriyyəni öyrənirdim. Təcrübə ilə nəzəriyyənin vəhdəti çox önəmlidir. Öyrənməyə çox həvəsliyəm, hər şeylə maraqlanıram. Xüsusən, filmlə kino ilə bağlı hər şeyi bilməyə can atırdım. Bu xüsusiyyətim də məni buralara qədər gətirdi.
- Türkiyədə film sektorunun son vəziyyəti necədir? Razısınızmı?
- 2017-ci ildən bəri Nişantaşı Universitetində bölüm rəhbəriyəm. Təxminən 8 ilə yaxın da İncəsənət və Dizayn Fakültəsində dekan müavini olmuşam. Bu müddətdə bir şeyin şahidi oldum ki, əslində, hər kəsin anlatmaq istədiyi bir hekayə var. Akademik anlamda gənclərin bu sahəyə marağının artmağı bu sektorun inkişafına gətirib çıxarır. Akademik anlamda biz festivallarla böyüyürük. Bu baxımdan istər Türkiyədə, istərsə də xarici ölkələrdə çox önəmli festivallar keçirilir ki, bu da tələbələrin öz məhsullarını nümayiş etdirməkləri üçün çox geniş bir mühit deməkdir.
İnsan mərkəzli sənət filmlərimiz çox doğru yolda irəliləyir. Texnologiyanın inkişafı səsdən tutmuş rəngə qədər filmin bütün dizaynına öz təsirini göstərir. Bunlardan istifadə edərək hekayə anlatmağı sevirik. Yəni rəqəmsal hekayə anlatıcılığı bizim filmlərimizə də sirayət edib. Çox dəyərli rejissorlarımız və onların da anlatmaq istədikləri çox önəmli hekayələri var. Bunları beynəlxalq platformalara çıxartmağımız çox vacibdir.
- Tələbəlik illərinizlə indiki tələbəliyi müqayisə etsəniz, nə kimi fərqlər var?
- Biz sinifdə 6-7 nəfər idik, yəni çox az sayda tələbə vardı. Bizim zamanımızda cəmi 3-4 böyük kanal var idi. İndi tələbələrin əlində çox böyük bir platforma var. Həm rəqəmsal televiziyalar, həm də rəqəmsal platformalar onların öz yaradıcılıq məhsullarını daha çox insana çatdırmaqları üçün geniş imkanlar verir. Biz bir işi almaq, ya da özümüzü fərqləndirib görülmək üçün çox çalışmalı, ciddi işlər görməli idik. Amma indi əslində, dəyər bilinmir. Tələbələr əllərində bu qədər imkanlar varkən çox fərdi və estetikadan uzaq işlər təqdim edirlər. Məsələn, mən bu gün bir dəqiqəlik video izləməyə alışmış tələbəyə 1,5 saatlıq filmi necə izlədəcəyəm? Təəssüf ki, tələbələr bir festivala necə film göndərəcəklərini də bilmirlər. Bu mənada Nişantaşı Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi olan film festivalı böyük önəm kəsb edir.
Həm təhsil, həm də fəaliyyət mühiti olaraq çox qələbəlik bir sektordur film sektoru. Mən həmişə tələbələrimə deyirəm ki, sizin bu gün etdiyiniz bütün işlər sizin tərcümeyi-halnızdır. Əvvəllər biz CV-mizi harasa təqdim etməli idik. İndi isə sosial şəbəkələrdə, müxtəlif platformalarda olan fəaliyyətlər elə həmin platformada mütəxəssislər tərəfindən görülüb ortaya çıxa bilər. Buna görə də tələbələrimizi daha çox yaradıcı və orijinal işlər görməyə təşviq edirik. Çətinlikləri də olur, əlbəttə. Çünki bəzən gəlir ki, çox gözəl bir fikrim var, əslində isə dəfələrlə işlənmiş fikirdir. İşlənməmiş hekayəni tapmaqdansa, işlənmiş hekayəni fərqli ifadələrlə necə təqdim edə biləcəklərini göstəririk.
- Azərbaycanda tələbələrə ustad dərsi keçdiniz. Türkiyəli tələbələrlə azərbaycanlı tələbələr arasında nə kimi fərqlər var?
- Dərsdə tələbələrlə eyni enerji mübadiləsini ala bildik. Çünki orda etdiyimizi burada da etdik. Tək fərqi budur ki, azərbaycanlı tələbələr bizim Türkiyədən gəldiyimizi bilib, onlarla birlikdə olmağımızı daha coşğulu şəkildə yaşayırdılar. Bizi çox gözəl qəbul etdilər. Suallarımıza çox böyük həyəcanla, maraq və sevgi ilə cavab verirdilər. Onlar hər şeylə maraqlanan və öyrənməyə çox həvəslidirlər. Hətta bu cür ustad dərslərinin ən yaxın gələcəkdə daha da çox olmağını istəyirlər. Əslində, tələbələr arasında çox da önəmli bir fərq yoxdur. Hələ yolun başındadırlar. Öyrənəcəkləri çox şeylər var. Düşünürəm ki, onlar üçün də çox gözəl bir başlanğıc oldu.
- Çox önəmli bir layihə üçün burdasınız. Bu layihənin ilk addımları sizinlə atıldı. Yaxın gələcək bizə nələr vəd edir?
- Mən universitetdə ikən “film heç bitməsin” dedim. Biz Azərbaycan və Türk sinemasının çox dəyərli olduğunu düşündüyümüz üçün buradayıq. Biz sizi çox yaxşı tanıyırıq. Amma təəssüf ki, tələbələrimiz o qədər də dərindən tanımırlar. Bizim ən böyük məqsədimiz də budur. Azərbaycan kinosunun dəyərli adlarını, peşəkar mütəxəssislərini Türkiyədə tələbələrimizə, kinosevərlərimizə tanıtmaq istəyirik. Bu layihənin əsas məqsədlərindən biri iki ölkənin kino sektoru arasında körpü qurmaqdır. İstəyimiz və arzumuz birlikdə bir çox filmlər ərsəyə gətirməkdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İstanbul Nişantaşı Universiteti arasında çox önəmli bir əməkdaşlıq memorandum imzalanıb. Burada çox böyük sevgi və qardaşlıq duyğusu ilə qəbul edildik. Bu, bizim üçün qürurvericidir. Burada çox dəyərli müəllimlər var, göstərdikləri səmimiyyətə görə hər birinə çox təşəkkür edirik. Biz bu işi təkbaşımıza həyata keçirə bilmərik. Bu əməkdaşlığın ən böyük dəyəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir. Başda rektor Ceyran xanım Mahmudova olmaqla, bütün kollektivə təşəkkürlərimizi bildiririk. Birlikdə hələ çox dəyərli layihələr həyata keçirəcəyik.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

