Siyavuş Novruzov: Mən bu barədə danışmaqdan qorxmuram
19.04.2013 [18:27]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Lent.az-ın “Kürsü” rubrikasın müsahibə verib. YAP İcra katibinin müavini parlamentdə insan alveri ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi haqqında müzakirə olunan təkliflərə münasibət bildirərək qeyd edib ki, qanunların sərtləşdirilməsi bu kimi neqativ halları aradan qaldırılması üçün yetərli deyil. Onun sözlərinə görə, insan alverinin qurbanları ilə onları buna cəlb edənlərin cəriməsi eyni olmamalıdır. Siyavuş Novruzov deyib ki, o, milli - mənəvi dəyərlərimizə zidd olan bu kimi əxlaqsız davranışların leqallaşdırılmasının deyil, əksinə, bu problemi birdəfəlik aradan qaldıracaq metodun tapılmasının tərəfdarıdır: “Əgər cəmiyyətdə belə bir problem varsa, bu problem həll olunmalıdır. Bunun qarşısını cəza, cərimənin miqdarını artırmaqla, ictimai işə cəlb etməklə almaq mümkün deyil... Psixoloqlar, hüquqşünaslar bir yerə yığışıb, bir proqram hazırlanmalı və proqram həyata keçməlidir. Bunun yolu qanunları sərtləşdirmək deyil. Ola bilər ki, bir millətə leqallaşma düzgün yol göstərir, başqa bir millət üçün isə leqallaşdırma tamam başqa normaların pozulmasına gətirib çıxaracaq. Bu, ümumbəşəri bəladır, tək bizim ölkəmizdə problem deyil. Başqa-başqa millətlər hərəsi öz milli psixologiyasına uyğun bunun yolunu tapıb. Almaniyada bir cür, Danimarkada bir cür, Çin kimi böyük dövlətdə tamam başqa bir formada həll olunub. Biz də bunun yolunu tapmalıyıq”.
- Azərbaycanda bu kimi problemlərlə məşğul olmalı olan Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi var. Axı indiyə qədər niyə Komitə bu məsələ ilə bağlı çıxış yolu təklif etməyib ki...
- Bu, transmilli cinayət, həm də bir ümumbəşəri problemdir. Ona görə də burada tək Dövlət Komitəsindən söhbət getməməlidir. Burada psixoloq da, hüquqşünas da, din xadimləri də olmalıdır. Din baxımdan məsələdən çıxış yolu necə ola bilər? Hamısı ilə birlikdə bu məsələni həll etməlidir.
- Yeri gəlmişkən, Siyavuş Novruzovun qadına münasibəti necədir?
- Qadına kimin münasibəti pisdir? Hamının bütün qadınlara xoş münasibəti var. Söhbət ondan gedir ki, başqaları özlərini pərdələyib başqa-başqa adlarla mənəvi dəyərlərdən danışanda mən bu barədə danışmaqdan qorxmuram. Ona görə qorxmuram ki, mən onların içində çox təmiz adamam. Buna görə də qorxmadan sözlərimi deyirəm. Heç kəs bununla bağlı məndə bir nöqsan tapa bilməz. Amma kimlər ki, qorxurlar, milli-mənəvi dəyərlərdən danışmağa başlayırlar. Mən problemi açıb ortaya qoyuram. Bu gün bu problem var, bu problemi həll etməliyik. Bundan da qorxmur, çəkinmirəm. Bu gün gənclərimiz böyüyür, açıq cəmiyyətdə yaşayırıq, internet aləmi var. Sən televizoru bağlaya bilərsən, hansısa kanalları qadağan edə bilərsən. Ancaq internet, mobil telefon, “İpad” var. Ona görə də mexanizm indidən hazırlanmalıdır. Tək cəza metodu ilə cəmiyyəti tərbiyə edə bilmərik.
- Bəs Siyavuş Novruzov nə dərəcədə mühafizəkar, yaxud liberal insandır?
- Mən Azərbaycan cəmiyyətində normal bir insanam. Həm dini ayinlərə, həm də digər normalara riayət edirəm. Tutaq ki, məclislərdə də olur, toylara da gedirəm, dostlarımla da bir yerə yığışıram. Olur ki, müxtəlif barlarda da otururam. Burada heç bir problem yoxdur. Bu gün açıq cəmiyyətdir, Azərbaycan demokratik bir dövlətdir və mən də bu azad dövlətin azad vətəndaşı kimi bu şəraitdən istifadə edirəm.
- Parlamentdə yəqin ki, dostlarınız var, ancaq onlardan biri durub sizə dəstək vermədi. Ona görə də daha çox diqqət çəkdiniz.
- Onların çoxu bu məsələdən qorxurlar. Elə bilirlər ki, bu məsələni deyəcək, sabah cəmiyyətin qınaq obyektinə çevriləcək. Cəmiyyətin bəlkə 98 faizi mən dediyimi ürəyində düşünür. Amma bunu deyə bilmirlər, söhbət ondan gedir.
- İnsani münasibətlərdə hansı dəyərlərə üstünlük verirsiniz?
- Azərbaycanda bəlkə də ən çox dostu olan insanlardan biri mənəm. İstər regionlarda, istər xaricdə, istər parlamentdə dostlarım həddindən artıq çoxdur. Həddən artıq dostlarımla çox yaxşı münasibətdə, ünsiyyətdə olan insanam. İstənilən xeyir-şərdə görüşürük. Elələri var ki, gündə 4-5 dəfə zəngləşməsək, danışmasaq narahat oluruq. Hamısı ilə gündəlik ünsiyyətdəyəm.
- Bir sıra deputatlarla söhbət zamanı sizin yaxşı yol yoldaşı olduğunu söyləyirlər.
- Kim mənimlə ikinci dəfə səfər yoldaşı olmaq istəyir, bir də birgə elə bir səfərə gedirəm.
- Ötən çağırışda Pənah Hüseynlə xüsusi dialoqlarınız, mübahisələriniz diqqət çəkirdi. Hazırda əlaqələriniz, münasibətləriniz qalırmı?
- Qarşılaşanda görüşürük. Bir dəfə də bir tədbir vardı, tədbirlə bağlı danışmışıq. Amma mütəmadi ünsiyyətimiz yoxdur.
- Müxalifətdəki insanlar arasında daimi ünsiyyətiniz olan insan varmı?
- Elə insanlar var ki, Azadlıq meydanından bu yana hansı münasibətlərimiz olub, o münasibətlərimiz də qalıb. Siyasi mübarizəmiz başqa, insani münasibətlər başqadır.
- Gülər Əhmədova məsələsində telefonu bağlı olmayan, jurnalistlərin suallarını cavablandıran əsas şəxs siz idiniz. Bəziləri deyirdilər ki, Siyavuş Novruzov bu məsələdə özünü “yandıracaq?”. Niyə çəkinmirdiniz?
- Mən heç nədən çəkinmirəm. Allah onun da qapısını açsın, qəzavü-qədərdir, düşüb. Hər şeyə hüquqi münasibət bildirilməlidir. Hüquq hansı qərarı qəbul edəcəksə, o da əksini tapacaq.
- Hüquq demişkən, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüsünüz. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının hüquqi yolla tənzimlənməsi mümkün olacaqmı?
- BMT-nin 4 qətnaməsi var, amma bu qətnamələr dekorativ xarakterlidir. Çünki qətnamə qəbul olunursa, bu, hüquqi sənəddir. Bura BMT-nin ərazi bütövlüyünü tanıması ilə bağlı sənədlər də daxildir. Lakin bu sənədlərdə prosesin həyata keçirilmə mexanizmini göstərməyiblər. Bu mexanizm olmasa belə, müharibə yolu ilə ərazi bütövlüyümüzü təmin etmiş olsaq, etmək istəsək, əlimizdə tam beynəlxalq hüquqi sənəd var.
- Amma belə fikir var ki, heç vaxt bizə bu məsələni müharibə yolu ilə həll etməyə imkan verməzlər.
- BMT İraqla bağlı qətnamə qəbul edən kimi dərhal onun mexanizmini də hazırladılar. İranla bağlı embarqo qərarını verəndə dərhal onun mexanizmini də ortaya qoyurlar. Lakin 1992-1993-cü illərdə qəbul edilən qətnamələrdə ardınca dərhal mexanizm olmalı idi ki, işğal edilmiş ərazilər boşaldılsın. Ərazilər boşaldılmasa nə olacaq, Ermənistana qarşı addımlar atılacaq, embarqo qoyulacaq, mavi dəbilqəlilər yerləşdiriləcək... Bu məsələlərdə boşluq qalıb.
- Azərbaycan hazırda bu boşluğu doldurmağa çalışır?
- O boşluğu ancaq öz gücümüzlə doldura bilərik.
- Belə başa düşdüm ki, hazırda dünyada müəyyən mənada “zor” işləyir?
- Beynəlxalq hüquq artıq zor hüququna çevrilib. Kimin qolu, hansı dövlət güclüdürsə, ədalətli oldu, olmadı, o da öz hökmünü yeridir. Məsələn, bir ölkəyə deyirlər ki, sən nüvə silahı istehsal etmə. Belə çıxır ki, mən pencək geyinməliyəm, sən pencək geyinməməlisən. Sənə nə aidiyyatı var?! Onda sən niyə o silahı istehsal etmisən?!
- Belə bir fikir də var ki, Siyavuş müəllimin vaxtilə idmanla məşğul olması onun xarakterində müəyyən iz buraxıb. Bu fikirlə nə dərəcədə razısınız?
- İdmanla məşğul olmaq sağlamlıqdır. Rəhmətlik Leninin sözü olmasın, sağlam bədəndə sağlam ruh olar. İdmanla sağlam həyat tərzi keçirən insan da həmişə sağlam, düzgün düşünür. Deyir ki, yaxşı görmək üçün gərək yaxşı baxasan. Pis baxanda yaxşı heç nə görə bilməzsən.
- Bəs idman karyeranızda hansı rol oynayıb?
- İdmanda insan həm fikirləşir, həm orqanizmini sağlamlaşdırır, həm ruhunu təmizləyir. Bütün bu proseslərin hamısı idmanda baş verir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32

