Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Hikmət Babaoğlu: “Milli Şura ideyası Azərbaycan siyasi tarixinin keçmişidir, gələcəyi yox!”

Hikmət Babaoğlu: “Milli Şura ideyası Azərbaycan siyasi tarixinin keçmişidir, gələcəyi yox!”

15.05.2013 [19:22]

Cənubi Qafqaz regionunda və post-sovet məkanında yeni keyfiyyət dəyişikliklərinin baş verməsi ərəfəsindəyik
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SİA-ya müsahibəsi:
- Media Hüquqları İnstitutu (MHİ) mayın 14-də parlamentin qanunvericiliyə qəbul etdiyi, İnternetdə diffamasiyaya görə cinayət məsuliyyəti müəyyən edən düzəlişləri qətiyyətlə pisləyir. MHİ hesab edir ki, bu cəzalar ifadə azadlığının pozulması vasitələrindən biridir. Sizin bu məsələyə münasibətiniz?
- Hər bir halda mətbuat, o cümlədən sosial media ictimai əhəmiyyətli işlərlə məşğuldur. Ona görə də ictimai əxlaqın qorunması bu məsələni aktuallaşdırır. Əgər print mediada ictimai ahəngadırlığı təmin edən məqsədə xidmət göstərən məhdudiyyətlər varsa və  print mediada jurnalist etikasından, insanların hüquqlarından, müəyyən qeyri-etik ifadələrin, təhqirlərin məhdudlaşdırılmasından danışırıqsa və bunu hesab ediriksə, bu məsələlər internet media və sosial şəbəkələr üçün də keçərli olmalıdır. Nəticə etibarı ilə biz bu cəmiyyətdə yaşayırıq. Dərk etmək lazımdır ki, bu gün Azərbaycanda facebook istifadəçilərinin sayı bir milyondur. Bu Azərbaycan vətəndaşlarının intellektual, aktiv hissəsinin, böyük əksəriyyətinin görüşdüyü bir platformadır. Belə olan halda, heç şübhəsiz ki, əxlaqi, etik, milli-mənəvi dəyərlərin qorunması vacibdir. Gec-tez, bu və ya digər şəkildə insanları mənəvi deqradasiyaya uğradacaq, onları təhqir edəcək , insanlar haqqında əsası, mənbəyi olmayan informasiyaları yayacaq vasitələrə mütləq məhdudiyyət qoyulmalıdır. Bu baxımdan hesab edirəm ki, bu məsələ aktualdır. Amma bu mexanizim necə olmalıdır? Bu sual təkcə Azərbaycan cəmiyyətini deyil, bütün dünya ictimaiyyətini düşündürən sualdır. Ayrı-ayrı ölkələrdə bu istiqamətdə müxtəlif mexanizimlər yaradılır. Hesab edirəm ki, Azərbaycanda da belə addımların atılması vacibdir.
- Rüstəm İbrahimbəyov müsahibəsində deyib ki, Milli Şuranın yaranması məqsədi ilə Azərbaycana qayıtması hakimiyyətdən asılıdır. Onun bu məsələdə Azərbaycan hakimiyyətini günahlandırması nə ilə bağlıdır?
- Rüstəm İbrahimbəyovda əvvəlcə maniya başladı. Yəni birdən-birə  o, özünü “Bakı çarı” kimi görməyə başladı. Bununla yanaşı onun psixologiyasında bir deqradasiya prosesi baş verdi. Bu arzusunun əlçatmaz olduğunu gördükdən və  siyasətin nə qədər dərin və ağıl tələb edən intellektual bir peşə olması ilə üz-üzə qaldıqdan sonra ondakı maniya fobiyaya çevrildi. Fobiya isə insanda olan psixoloji, emossional xəstəlikdir. Yəni məqsədlərinə çatmağın mümkünsüz olduğunu anladıqdan sonra, ona elə gəldi ki, hər kəs ona düşməndir. Daxilindəki emossiyaları və  şüur altı hafizəsində yaranmış aqressiya sosial psixologiyasında dəyişiklik yaratdı. R. İbrahimbəyov qorxur. Bu bir xəstəlikdir. Həm maniya, həm də fobiya kimi qorxulu xəstəliyə düçar olmuş insanın ictimai və siyasi fəaliyyətlə məşğul olması təkcə onun üçün deyil, müraciət etdiyi auditoriya üçün də qorxulu və zərərlidir. Çox təəssüf ki, belə bir adam Azərbaycanda ictimai-siyasi xadim olmaq roluna soyunub. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti ciddi intellektual əsaslarda formalaşıb. Cəmiyyətimizdə olduqca sağlam siyasi dünyagörüşü yaranıb. Ona görə də R.İbrahimbəyov və onun dəstəkləyən ermənipərəst, anti-Azərbaycançı mərkəzlərin bütün cəhdlərinə baxmayaraq R.İbrahimbəyovdan bir ictimai fiqur düzəldə bilməyiblər və  düzəldə də bilməyəcəklər.
- Mədəniyyət sahəsində çalışan, kinorejissor, dramaturq Rüstəm İbrahimbəyov illərlə vahid cəbhədə birləşə bilməyən müxalifəti birləşdirə biləcəkmi?
- Azərbaycanda ötən 22 il ərzində özünə məxsus siyasi sistem formalaşıb. Bu gün Azərbaycan siyasətində bütün daşlar oturuşub. Ölkəmizin siyasi palitrasında, siyasi proseslərin məntiqini dərk edən, onu yönləndirməyi bacaran ciddi peşəkarlar meydana gəlib. Bu peşəkarlar siyasi auditoriyanı elektorat şəklində bölünməsini də təmin ediblər. Azərbaycanda elektorat öz mövqeyini müəyyən edib. Ənənəvi olaraq hər bir siyasətçinin öz auditoriyası var. Ölkədə siyasi palitra kifayət qədər rəngarəngdir. Ona görə də yeni rəng yaratmaq olduqca çətindir. R.İbrahimbəyov nə qədər cəhd göstərsə də bu auditoriyadan nəisə qopartmaq olduqca çətin olacaq. Birincisi, R.İbrahimbəyov siyasətçi deyil. İkinci,  R.İbrahimbəyov hər addımında özü-özünü ifşa edir. Azərbaycanda hər bir kəs bilirki, o, anti-milli keyfiyyətlərə malikdir, ermənilərin dostudur, ermənipərəst mərkəzlərdən dəstək alır. Həmçinin o, öz müsahibələrində də daim etdiyi əməlləri özü ifşa edir. Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ”  münaqişəsinin həlli ilə bağlı dediyi fikirlərdə də bir daha özünü ifşa etdi. Azərbaycanda qorxu varki, o, hər hansı bir dəstəyi əldə edə bilərsə və səlahiyyətə sahib olarsa dərhal Qarabağı ermənilərə verəcək. Ona görə də onun kimi insanın Azərbaycan siyasi palitrasına daxil olması mümkünsüzdür. Yəni Azərbaycanın siyasi sistemi özü özlüyündə onu rədd edir.
- Artıq bir çox siyasi partiyanın Milli Şuranın yaradılmasında iştirak etməyəcəyi məlumdur. Siyasi proseslərin bu şəkildə cərəyan etdiyini nəzərə alaraq Milli Şuranın yaranması mümkündürmü?
- Mili Şuranın yaranması ilə bağlı ideya əvvəlcədən ölü doğulmuş bir ideyadır. Bu Milli Şura deyil. Milli Şura millətin birliyini əhatə edən bir mexanizimdir. Bu Eldar Namazovun və yaxud Rüstəm İbrahimbəyovun dəstəsidir. Bu dəstəyə nə ad qoyurlarsa qoysunlar dəstə olaraq qalacaq. Bu dəstənin nə millətə nə də Azərbaycan siyasi sisteminə dəxli yoxdur. Çünki Milli Şura əhalinin geniş kütlələri tərəfindən dəstəklənməlidir. Bu gün Azərbaycan siyasi sistemində, tariximizin hazırki mərhələsində elə bir şərtlər yoxdur ki, Milli Şura adlandırılacaq bir qrumun yaranmasına sosial tələbat yaransın. Milli Şura ideyası 80- ci illərin sonlarında və 90-cı illərin əvvələrində , Azərbaycan müstəqilliyini əldə etdiyi ərəfədə yaranan ideyalardır. Yəni Milli Şura ideyası Azərbaycanın keçmişidir, gələcəyi ola bilməz. Bu ideya ortalığa atılanda düşünülüb ki, ictimai təfəkkürlə siyasi təfəkkür manipulyasiya edilsin. Milli sözü ona görədir ki, bu şuranın anti-milli olmasını, Şura isə ona görə düşünülüb ki, onun əsl mahiyyətini xalqdan gizlətsin. Bunu isə Azərbaycan xalqı başa düşür. Ona görə də bu ideyalar daim gündəliyə gətirilsə də ictimai-siyasi dəstək tapa bilmir. Ona görə ki, bu ideyalar ölü doğulub.
- İranda həbs olunan AMEA-nın Ədəbiyyat İnstutunun elmi işçisi Xalidə Xalidin həbsi ilə əlaqədar olaraq İran-Azərbaycan münasibətlərində hər hansı bir həssaslığa ehtiyac varmı?
- İranla Azərbaycan qonşu və dost ölkədir. Həmçinin bir çox sahələrdə ortaq maraqları olan ölkələrdir. İranla Azərbaycan arasında zaman-zaman belə problemlər yaşansa da çox keçmədən öz həllini tapır. Hesab edirəm ki, indiki mərhələdə həm İranda, həm də Azərbaycanda bəzi qüvvələr var ki, iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə çalışır. Bu məsələ iki ölkənin milli maraqlarına xidmət etmir. Ümid edirəm ki, bu problem tezliklə həllini tapacaq.
- Azərbaycan və  Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirəcəyi görüşdən müəyyən tərəqqi əldə olunsa , ölkə başçılarının görüşü məsələsi gündəmə gələ bilərmi?
- Artıq Cənubi Qafqaz regionunda və post-sovet məkanında yeni keyfiyyət dəyişikliklərinin baş verməsi ərəfəsindəyik. Regionda qərar vermə anı yetişib. Regionun gələcəyini şəkilləndirən əsas məsələlərdən biri Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” probleminin həll olunmasından asılıdır. Hesab edirəm ki, bu münaqişənin həllinin vacib olduğunu qərb və şimal dairələrində də yaxşı başa düşürlər. Şimalda başa düşürlər ki, bu problemin həlli bir qədər də uzanarsa, artıq münaqişənin həllinə Rusiyanın təsir imkanları azalacaq. Avro-Atlantik mərkəzlərdə isə anlayırlar ki, bu münaqişə həll olunmasa, bu problem onların maraqlarını təhdid edən mexanizmə çevrilə bilər. Ona görə də siyasi üfüqlər aydınlaşmalıdır. Hesab edirəm ki, Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” probleminin həll olunması istiqamətində atılan ilk addımları müşahidə edəcəyik. Amma bu o demək deyil ki, dərhal problem həll olunacaq. Yaxın zamanlarda problemə baxışda yeni keyfiyyət dəyişikliyi baş verəcək. Bu isə Azərbaycanın lehinə olacaq.

Paylaş:
Baxılıb: 1000 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30