“İranın bu cür addımları danışıqlarımızın ruhuna uyğun gəlmir”
17.05.2013 [13:31]
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun publika.az-a eksklüziv müsahibəsi:
- Bu yaxınlarda Prezident İlham Əliyev Avstriyada rəsmi səfərdə oldu. Bu səfərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyevin Avstriyaya səfəri mühüm əhəmiyyət kəsb edir. Bilirsiniz ki, Avstriya Avropanın mərkəzində yerləşən nüfuzlu və inkişaf etmiş dövlətlərdən biridir. Prezident İlham Əliyevin bu ölkələyə səfəri bir daha onu göstərir ki, Azərbaycanın güclü tərəfdaşları var. Bu səfər həm də iki ölkə arasında olan münasibətlərin daha da inkişaf etdiyini göstərir. Azərbaycan üçün belə ölkələrlə əməkdaşlıq etmək daha faydalı, keyfiyyətli və uzunmüddətlidir. Bu cür dövlətlər Azərbaycanla bütün sahələrdə səmərəli və səmimi qarşılıqlı əməkdaşlıq etmək istəyirlər. Bütün bunlar isə Azərbaycanı təmin edir.
Onu da qeyd edim ki, hazırda Azərbaycanda 40-a yaxın Avstriya şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər Azərbaycanda həyata keçirilən çox böyük və mühüm layihələrin icrasında iştirak edirlər. Bütün bunlar isə Azərbaycan və Avstriya arasında mövcud olan ticarət dövriyyəsinin həcmini də artırır. Prezident İlham Əliyev Avstriyaya səfəri zamanı bu istiqamətdə də bir sıra görüşlər keçirib. Səfər zamanı keçirilən bütün görüşlərdə Azərbaycan Prezidentinə və Onun rəhbərlik etdiyi nümayəndə heyətinə çox böyük diqqət və qayğı, isti münasibət göstərildi. Hesab edirəm ki, Prezident İlham Əliyevin Avstriyaya səfəri zamanı keçirdiyi görüşlər gələcək əməkdaşlığın daha da artmasına öz töhfələrini verəcək. Bu nöqteyi-nəzərdən mən qətiyyətlə bildirirəm ki, bu səfər çox əhəmiyyətli və uğurlu səfər idi. Burada xüsusi məqam isə ondan ibarətdir ki, Avstriyanın mütəxəssisləri, siyasi və biznes elitası, o cümlədən, digər sahələrdə fəaliyyət göstərən tanınmış adamlar artıq Azərbaycanı çox yaxşı tanıyırlar və ölkəmizlə əməkdaşlığa çox mühüm əhəmiyyət verirlər.
Avstriya Azərbaycana mədəniyyət sahəsində də əhəmiyyət verir. Artıq 6-7 ildir ki, Avstriyada Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəylinin heykəli ucalıb. Bunun özü bir daha göstərir ki, Azərbaycan-Avstriya münasibətləri yüksək səviyyədə inkişaf edir.
- Bu yaxınlarda Rusiyanın baş naziri Dmitri Medvedyev Azərbaycan neftinin nəqlinə dair müqavilənin dayandırılmasına sərəncam verib. Rusiya tərəfinin bu cür addımını iki ölkə arasındakı münasibətlər fonunda necə qiymətləndirmək olar?
- Burada hər iki tərəf öz kommersiya maraqlarını nəzərə alıb. Bu cür addımın atılmasında Azərbaycan və Rusiyanın mövqeyi bir-birinə uyğun gəlir. Bu, adi prosesdir, müxtəlif ölkələr arasında əməkdaşlıqda bu cür hallar hər gün olur. İstənilən hər hansı layihənin nə vaxtsa sonu ola bilər və yeni layihələrə başlamaq olar. Beləliklə, əməkdaşlıq da davam edir.
Bilirsiniz ki, Bakı-Novorosiysk boru kəməri ilə neftin ixracına 1996-cı ildən başlanıb. Əslində, bunun dayandırılması ilə bağlı danışıqlar xeyli vaxt idi ki, gedirdi. Burada elə böyük problem yoxdur. İldə təqribən 2 milyon ton neftin ixracı nə Rusiya üçün, nə də Azərbaycan üçün elə böyük gəlir deyildi. Bütün bunlara görə də, bu məsələni o qədər böyütməyə və şişirtməyə ehtiyac yoxdur. Bütün protokollara uyğun olaraq, Rusiya tərəfi qərara gəlib ki, bu istiqamətdə neftin ixracı dayandırılsın. Bunun Azərbaycan üçün böyük problemi yoxdur. Sadəcə olaraq bu, iki ölkə arasında gedən adi prosesdir.
Bəzi dairələr bu addımı Azərbaycan-Rusiya münasibətləri kimi təqdim etməyə çalışırlar. Bu, qətiyyən belə deyil. Azərbaycan-Rusiya münasibətləri normaldır. Bu cür yalnış yanaşmalar aparan dairələr isə hesab edirəm ki, deyib-deyib dayanacaqlar.
- Mayın 15-16-da Strasburqda Avropa Şurası xarici işlər nazirlərinin sammiti keçiriləcək. Sammitdə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Ermənistana keçir. Sammitdə iştirak edəcək Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Ermənistanın quruma sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ kənarda saxlanacaq. Buna münasibətinizi bilmək maraqlı olardı...
- Biz bunu dəfələrlə demişik və indi də deyirik. Məsələ ondadır ki, Ermənistan tərəfi artıq neçə illərdir ki, Rusiya, ABŞ və Fransanın nümayəndələrinin iştirakı ilə gedən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə öz töhfəsini vermək əvəzinə, bu münaqişənin həllinə hər dəfə müxtəlif bəhanələr gətirməklə mane olur. Ermənistan tərəfi artıq bunu illərdir ki, davam etdirir. Artıq biz də bunu çox yaxşı bilirik. Ermənistan tərəfinin atdığı bu cür addımlar həm də dünya ictimaiyyətini, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini və beynəlxalq təşkilatları aldatmağa yönəlib, onların gözündən pərdə asmaq üçündür. Çünki müxtəlif variantlar fikirləşib ortalığa mövzu atırlar, sonra isə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar oturub onun ətrafında vaxt itirirlər.
Elə sizin verdiyiniz sualla bağlı da deyə bilərəm ki, Ermənistan tərəfinin bu cür bəyanatlarından belə çıxır ki, işğalçı ölkənin nümayəndəsi sabah Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etsə, o zaman həmin beynəlxalq təşkilatın fəaliyyət istiqamətini tam dəyişəcək və sairə. Məgər Avropa Şurası Nazirlər Komitəsinə rəhbərliyə bunun üçün gəlirlər? Bütün bunlar tamamilə cəfəng fikirlərdir.
Ermənistan çox kiçik ölkədir və dünyada gedən proseslərə öz istədiyi kimi təsir göstərə bilməz. Hətta göstərsə belə, bunu heç kəs qəbul etməz. Çünki bu, beynəlxalq hüququn tələblərinə də tam ziddir. Sadəcə olaraq, Ermənistan tərəfi bununla növbəti hiyləsini göstərmək və diqqəti cəlb etmək istəyir. Yəqin ki, bilirsiniz, xarici işlər naziri Edvard Nalbandyan belə bəyanat da verib ki, Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun təklif etdiyi 6 prinsipə imza atmağa və razılaşmağa hazırdır. Erməni nazir riyakarcasına deyib ki, guya Azərbaycan buna razı olmur, əgər Azərbaycan tərəfi buna razı olsa, o zaman seçkilərə kimi münaqişə həll edilə bilər. Bütün bunlar da Ermənistan tərəfinin hiyləgər, riyakar bəyanatlarından biridir. Əgər belə məqam var idisə, o zaman Nalbandyan belə bəyanatı Azərbaycan xarici işlər naziri ilə görüş zamanı edəydi. Nə üçün görüşdən sonra etdi? Çünki bunların bütün məqsədləri danışıqlar prosesini pozmaq və münaqişənin həllini yubatmaqdır. Ermənistan tərəfi elə situasiya yaratmaq istəyir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmasın və status-kvo indiki kimi qalsın. Ermənistan tərəfi bununla həm də Rusiya, ABŞ və Fransanın ortaya qoyduğu mövqeyə qarşı çıxır. Yəni, Ermənistan tərəfi ATƏT-in Minsk qrupu ölkələrinin “status-kvo dəyişməlidir” tələbinə qarşı çıxır.
Ermənistan tərəfi 2 il əvvəl Kazanda keçirilən görüş zamanı da oxşar addım atıb. O zaman danışıqlar prosesi sonadək davam etdi və sonda qərar qəbul olundu. Ancaq həmin görüşdən yarım saat sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dünya birliyini çaşdıran və danışıqların sonunda qəbul edilmiş qərarı təhrif edən bəyanatla çıxış etdi. Ermənistan tərəfi bu cür riyakar addımları tez-tez təkrarlayır. Ermənistanın əvvəlki və indiki rəhbərləri erməni xalqını öz maraqlarına indiyədək qurban verə-verə gəlirlər. Erməni xalqının da ən böyük faciəsi məhz onların 200 ildən çoxdur ki, belə rəhbərlərinin tələsinə düşməsidir. Ermənistan rəhbərləri yaxşı bilməlidirlər ki, bir gün bu xalq bütün bunlara görə öz avantürist rəhbərlərindən hesab tələb edəcəklər. İndi erməni xalqı öz avantürist rəhbərlərinin girovunda qalıb.
Edvard Nalbandyanın ağlına gündə bir fikir gələn kimi onu dünyaya bəyanat kimi göstərir. Nalbandyanın dediyi prinsiplər indi ortaya qoyulsun, daha sonra ona mövqe bildirilsin. Onun söylədiyi fikirlər tamamilə cəfəngdir və dünyanı aldatmağa hesablanıb. Ancaq Ermənistan dünyanı bir-iki gün aldada bilər, həmişə aldada bilməyəcək.
- İndiki məqamda Prezidentlərin görüşü üçün vacib predmet var?
- Hələlik buna ehtiyac yoxdur. Çünki Prezident görüşə gedəndə, danışıq üçün hər hansı predmet, mövzu olmalıdır, hansı məsələlər ətrafında danışmaq lazımdır və sairə. Bunu Azərbaycan Prezidenti də bəyan edib. Hələ ki, Prezidentlərin növbəti görüşünün baş tutması üçün hazırda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə xarici işlər nazirləri arasında görüşlər keçirilir. Bu yaxınlarda da xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Əgər Prezidentlərin görüşünə ehtiyac yaranarsa, o zaman Azərbaycan tərəfi bu məsələyə mövqeyini bildirəcək.
- ABŞ-ın Minsk qrupunda yeni həmsədr təyinatından gözləntiləriniz necədir?
- Gözləyək, ABŞ-ın Minsk qrupundakı yeni həmsədri səlahiyyətlərinə başlasın, o zaman bəlli olacaq ki, onun bu münaqişə ilə bağlı məlumatı nə qədərdir və problemin həllinə necə mövqe nümayiş etdirir. Hələlik, ABŞ-ın yeni həmsədri barədə heç bir təzüvvürümüz olmadığı üçün bu barədə fikir söyləmək olmur. Əlbəttə ki, biz bu prosesin irəliyə getməsinə kömək edə bilən təmsilçinin olmasını istərdik.
- Aprelin 30-da Təbrizdə AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid səbəbsiz yerə həbs edilib. Artıq bu məsələ ilə bağlı Azərbaycan tərəfi də İrana nota verib. Hazırda bu istiqamətdə aparılan danışıqların vəziyyəti necədir?
- Artıq bu məsələ ilə bağlı rəsmi Bakı öz mövqeyini bildirib. Bununla bağlı biz narahatıq, belə hadisələri qəbuledilməz hesab edirik və bu məsələ ilə əlaqədar İran tərəfinin bizə müyyən məlumatlar verməsini istəmişik.
Biz hər zaman arzu etmişik ki, Azərbaycanla İran arasında daim mehriban qonşuluq, dostluq və sıx əməkdaşlıq münasibətləri olsun. Azərbaycan tərəfi bu əməkdaşlığın qorunub saxlanılması və inkişafı üçün çox addımlar atıb. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə qoyduğu təməl indi də davam etdirilir. Bu yaxınlarda da Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev İrana səfər etmişdi. Özü də bu səfər İran tərəfinin təkidli dəvətilə reallaşmışdı. Səfər zamanı keçirilən görüşlərdə çox yaxşı danışıqlar oldu və ətraflı fikir mübadiləsi aparıldı. Ancaq bu cür addımlar danışıqlarımızın ruhuna uyğun gəlmir. Bu addımlar hansı məqsədlərlə atılırsa, atılsın, ancaq bu heç zaman yaxşı nəticəsini verə bilməz. Tezliklə bu məsələ həll olunmalıdır və düşünürəm ki, belə də olacaq. Hazırda bu istiqamətdə müəyyən proseslər gedir. İnşallah, bu proseslər başa çatanda xəbərimiz olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

