Siyavuş Novruzov: Əkrəm Naibovun ən böyük arzusu Ermənistanda yaşamaqdır
25.05.2013 [09:48]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun publika.az saytına müsahibəsi:
- Son günlər Rusiya ilə Azərbaycan arasında “Eurovision qalmaqalı” yaşandı və Azərbaycanın Rusiyaya göndərdiyi səslərin yoxa çıxmasının araşdırılması üçün Prezident İlham Əliyev tapşırıq verdi. Sizcə, bu, Azərbaycana qarşı təxribatdır?
- Bəli, tam aydın oldu ki, səsləri sayan kimlərdir və bu addım qəsdən atılıb. Cənab Prezidentin bu məsələyə xüsusi diqqət göstərməsi və Azərbaycanın xarici işlər nazirinin Rusiyaya səfəri bir daha göstərdi ki, bu addımı atanlar kənardadırlar. İndiyədək Azərbaycan hər il Rusiyaya ən azı 10 xal verib. Ancaq bu il Azərbaycanın verdiyi səslərin bilərəkdən sayılmaması və bunun Rusiya-Azərbaycan münasibətlərinin gərginliyi ilə əlaqələndirilməsi qəsdən edilmiş fakt idi. Təbii ki, bunu edənlər də Avropada bu işlə məşğul olanlardır. Hətta bu məsələ ilə bağlı “Azercell”in də nümayəndəsi qeyd edib ki, biz səsi Azərbaycandan göndəririk, ancaq onu sayanlar başqa qurumlardır.
- Sizə elə gəlmirmi ki, “Eurovision” yarışması artıq tam siyasiləşib?
- Bu hamıya bəlli olan məsələdir. Hər kəs də görür ki, burada musiqi və istedad seçimi olduğu kimi, siyasət də mövcuddur. Təbii ki, hər bir sahə, o cümlədən, idman və musiqi də siyasətsiz ötüşə bilməz.
- Bəzi dövlətlər artıq bu yarışmaya qatılmaqdan imtina etdilər. Sizcə, Azərbaycan bu yarışmada qalsın, yoxsa qalmasın? Hansı bizim üçün daha faydalıdır?
- Bilirsiniz, hansı məsələyə ikili standartla yanaşırsansa, hansı məsələ əməli-saleh deyilsə, onunla bağlı bu cür problemlər yaranır. Əslində, Azərbaycanın “Eurovision” yarışmasında iştirakına xərclədikləri götürdüklərindən qat-qat aşağıdır. Ancaq bunun başqa tərəfləri də var. Məsələn, ötən il Bakıda keçirilən “Eurovision” yarışması zamanı dünyanın 46 ölkəsinin əhalisi Azərbaycanın bütün sahələri ilə yaxından tanış oldu, işğal olunmuş ərazilərimiz haqqında məlumatlara yiyələndi. Onlar Azərbaycanın sürətli və uğurlu inkişafını gördülər. Ancaq başqa vaxt Azərbaycanı bu qədər güclü təbliğ etmək üçün nə qədər çox vəsait sərf etsəydik belə, yenə bunun qədər səmərəli ola bilməzdi. Ötən il dünyanın tanınmış televiziya kanalları və qəzetləri Azərbaycan haqqında məlumatlar təqdim etdilər. Hətta Ermənistan əhalisi belə Azərbaycanın inkişafı, təbiəti, mətbəxi, mədəniyyəti və bölgələri ilə tanış oldu. Bu baxımdan da “Eurovision” yarışmasının Azərbaycan üçün faydası çoxdur.
Onu da qeyd edim ki, Azərbaycan bu yarışmaya qatılandan bəri ilk beşlikdə yer alıb. Yəni, Azərbaycan sübut edib ki, bu sahədə də kifayət qədər bacarığı var. Ancaq bu yarışmadan sui-istifadə hallarına da rast gəlinir. Yəni, “çömçə kimin əlindədir” misalı kimi. Ancaq hesab edirəm ki, Azərbaycanın bu yarışmada iştirak etməsi lazımdır. Azərbaycan bu yarışmadan tribuna kimi də istifadə etməlidir.
- Sabiq deputat Maksim Musayev sonuncu müsahibəsində yenə sizin və YAP-ın ünvanına ittihamlar səsləndirib. Buna münasibətiniz necədir?
- Maksim Musayev sonuncu müsahibəsində deyir ki, Yeni Azərbaycan Partiyası (YAP) qeydiyyatdan keçən zaman ora kimlər gedib. Ancaq yadından çıxarır ki, o vaxt rəhmətlik Murtuz Ələsgərova qarşı sui-qəsd olmuşdu. Hətta indiki kimi yadımdadır, həmin vaxt o indiki Mərkəzi Klinik Xəstəxanada müalicə alırdı. Bu hadisə ayın 15-də baş vermişdi, YAP isə Ədliyyə Nazirliyində qeydiyyatdan ayın 18-də keçib. Yəni, mən bu faktları xatırladaraq deyirəm ki, Maksim Musayevin heç nədən xəbəri yoxdur. Olsaydı, bilərdi ki, həmin ərəfədə Murtuz müəllim xəstəxanada müalicə alırdı. Buna görə də, partiyanın qeydiyyatına gedə bilməzdi. Bu məsələ ilə əlaqədar mərhum Ziya Bünyadov getmişdi.
Maksim Musayevin digər yalanı isə odur ki, 1997-ci ildə kitabı çıxıb, ancaq guya Əli Əhmədov bu kitabın təqdimat mərasiminin keçirilməsinə imkan verməyib. Halbuki, Əli Əhmədov 1999-cu ilin dekabrında partiyanın qurultayında İcra katibi seçilib. Yəni, bu da növbəti yalan məlumatdır. Maksim Musayev buna bənzər saxta və yalan məlumatlarla ictimaiyyəti çaşdırmaq istəyir. O, məlumatsızdır və qərəzlidir. Bu adama fikir vemək lazım deyil.
- Maksim Musayev müsahibəsində deyir ki, siz Eldar İbrahimovla xalaoğlusunuz...
- Eldar İbrahimov mənim üçün çox hörmətli insandır, ancaq biz xalaoğlu deyilik. Bunu bütün Azərbaycan da yaxşı bilir. Bu bir daha onu göstərir ki, Maksim Musayevin hər fikri yalan və saxtadır. Hətta biz Eldar İbrahimovla xalaoğlu olsaq belə, heç bir problem yoxdur. Əksinə, bu mənim üçün böyük hörmətdir. Maksim Musayev bu yaşında Azərbaycan cəmiyyətinə yalan danışır.
Bilirsiniz, kimsə nəyisə arzu edirsə, nəsə istəyirsə, bunu əldə etməyin də öz yolu, üsulu var. İstəyi bu formada bildirmirlər. O, indiyədək hansısa probleminin olması və ya nəsə şəxsi istəyi ilə bağlı partiyaya müraciət etməyib. Ancaq YAP hər zaman Maksim Musayevin qayğısına qalıb, onunla maraqlanıb və sairə. Partiyanın 20 illiyinə də Maksim Musayevi dəvət etmişik, ancaq o söyləyib ki, çıxış üçün yer verilməsə, iştirak etməyəcək.
- Bu yaxınlarda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yazıçı Əkrəm Naibovun müdafiəsinə yönələn çıxışlar etdi...
- Bəli, elədir. Bunu eşitmişəm. Hətta, bu yaxınlarda ermənilər Əkrəm Naibova film də çəkəcəklər. Əkrəm Naibov erməni xalqına tam xidmət göstərdi. İndi onun ən böyük arzusu da Ermənistanda yaşamaqdır. Özü də qeyd edir ki, Ermənistanda dünyasını dəyişmək istəyir.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18

