“Biz dərnək, ictimai təşkilat deyilik ki, Sədrsiz qərar verək”
06.06.2013 [02:10]
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb.
- YAP iyunun 7-də qurultay keçirməyə qərar verib. Gündəlikdə hansı məsələlər var?
- Əsas məsələ YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi, bununla bağlı qərarın verilməsidir. Qurultaya hazırlıq üzrə konfranslarda iştirak edən bütün nümayəndələr, orada çıxış edənlər, bütövlükdə həmin ərazinin seçiciləri birmənalı şəkildə Prezident İlham Əliyevin namizədliyini irəli sürüblər. Konfrans iştirakçıları, seçicilər qurultay nümayəndələrinə səlahiyyət veriblər ki, onların adından bu təklif səsləndirilsin, cənab İlham Əliyevin namizədliyi irəli sürülsün.
- Gündəlikdə təşkilati məsələlər də varmı?
- Bu, qurultayın qərarından asılıdır. Toplananda müəyyən məsələlərə baxılması orada verilən qərardan asılı olacaq. Partiya üzvləri bir araya gəlirsə, orada müəyyən məsələlərə də baxmaq olar.
- YAP rəhbərliyi bəyan etmişdi ki, prezident seçkisinə start veriləndən sonra qurultay keçiriləcək və partiyanın namizədi irəli sürüləcək. Qurultay üçün elan olunan ilkin tarix avqust ayı idi. Vaxtı niyə dəyişdiniz?
- Burada iki məsələ vardı. Bizim seçki planımız birillik nəzərdə tutulur. Qurultayın keçirilməsinin və namizədin irəli sürülməsinin avqusta nəzərdə tutulması Seçki Məcəlləsində olan müddəa ilə bağlı idi. Məcəllədə olan müddəaya əsasən, namizəd seçki elan olunduqdan sonra irəli sürülür. Amma digər maddədə deyilir ki, namizəd istənilən vaxt irəli sürülə bilər. Bununla bağlı məsləhətləşmələr getdi, müəyyən məsələlər dəqiqləşdirilirdi. Hüquqi cəhətdən problem olmadığı müəyyənləşdi, namizədimizi iyun ayında irəli sürməyimizin daha münasib olduğu qənaətinə gəldik. Bütün bunları nəzərə alaraq qurultayı iyunda keçiririk.
Bizim ilkin planımızda qurultayın keçirilməsi həm iyun, həm də avqusta nəzərdə tutulmuşdu. Seçki Məcəlləsi ilə əlaqədar müəyyən məsələlərə baxdıqdan və dəqiqləşdirmə apardıqdan sonra qurultay iyuna təyin edildi. Burada qeyri-adi heç nə yoxdur.
- Bunu həm də “YAP-ın namizədi kim olacaq” sualına son qoymaq üçün atılmış bir addım kimi qiymətləndirmək olarmı?
- Əvvəl gündən hər bir insan YAP-ın prezidentliyə namizədi kimi birmənalı şəkildə partiya Sədri, Prezident İlham Əliyevi dəstəkləyib. Bir il əvvəl də belə olub, indi də belədir. YAP-ın yekdil qərarı cənab İlham Əliyevin namizəd olmasından ibarətdir. Bu söz-söhbəti ortaya atan bəzi müxalifət partiyaları və mətbuat orqanlarıdır. Heç vaxt YAP-ın başqa namizədinin olması ilə bağlı söhbət getməyib. Bu ancaq araqarışdıranların əməlləridir.
- Qurultayda YAP-ın namizədinin başqa şəxs olması haqda qərar verilmə ehtimalı varmı?
- Yeni Azərbaycan Partiyasının altı yüz mindən artıq üzvü, o cümlədən Azərbaycan cəmiyyəti, əhali Ümummilli lider Heydər Əliyev siyasətinin davam etməsini istəyir. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyada özünə yer tutması, son on ildə iqtisadi inkişaf, sosial problemlərin həll olunması, dövlət büdcəsinin gəlirlərinin artması və bütün bu kimi irəliləyişləri nəzərə alaraq xalqın bizdən bir tələbi var: növbəti prezident seçkisində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyi irəli sürülsün.
- YAP qurultayın vaxtı və prezidentliyə namizəd olması ilə bağlı partiya Sədri İlham Əliyevin razılığını alıbmı?
- Bu, partiyanın qərarıdır. Hər bir partiya üzvü də partiyanın çıxardığı qərara tabe olur.
- O cümlədən partiya sədri...
- Xeyr, bizdə partiya Sədri istisna təşkil edir. Bizim nizamnamədə göstərilib ki, Sədrin qurultayı çağırmaq barədə xüsusi səlahiyyəti var.
- İyunun 7-də keçiriləcək qurultayı Sədr çağırıb, yoxsa İdarə Heyəti?
- Hamı birlikdə. Bizdə qərar kollektiv şəkildə qəbul olunur.
- İdarə Heyətinin sonuncu iclası nə vaxt olub? İlham Əliyev iclasda iştirak edirdimi?
- Prezidentin iclasda iştirak edib-etməməsinin məsələyə aidiyyəti yoxdur. Amma gündəlik və qəbul olunacaq bütün qərarlar partiya Sədri ilə razılaşdırılır.
- O cümlədən namizəd olmaq məsələsi...
- YAP iqtidar partiyasıdır. İqtidar partiyasında Sədrsiz hər hansı bir qərar qəbul olunmur. Gündəliyə əsas məsələ olan namizədin irəli sürülməsi daxil edilibsə, deməli, Sədrin razılığı alınıb. Biz dərnək, ictimai təşkilat deyilik ki, Sədrsiz qərar verək.
- Qurultayda YAP-ın namizədin müəyyənləşdirilməsinin, yaxud elan olunmasının İdarə Heyəti və ya Siyasi Şuraya tapşırılması ehtimalı varmı?
- Namizəd qurultayda irəli sürülür. Digər məsələlər, yəni səlahiyyətli nümayəndələrin təyin olunması, namizədin irəli sürülməsi sahəsində hüquqi addımların atılması Siyasi Şuraya həvalə olunacaq.
- Partiyada üç Sədr müavinindən ikisi hazırda fəaliyyətdə deyil. Sirus Təbrizli partiyadan çıxarılıb, Murtuz Ələsgərov dünyasını dəyişib. Müavinlər məsələsinə də baxılması gözlənirmi?
- Qurultayın qərarından asılıdır.
- Ehtiyac varmı?
- Qurultayın gündəliyində hələ ki, əsas bir məsələ var. Bu da namizədin irəli sürülməsidir.
- Müxalifət partiyalarını dəvət etmisinizmi?
- Bu, işgüzar qurultaydır, sırf qurultay nümayəndələri cəlb olunub. Dəvətli şəxs yoxdur.
- YAP üzvü, keçmiş deputat Maksim Musayev qurultaya dəvət olunmamasından narazıdır. Keçmiş deputatlar Musa Musayevi, Alqış Həsənoğlunu qurultaya dəvət etmisinizmi?
- Musa Musayev qurultay nümayəndəsidir, Nəsimi rayon təşkilatı onu qurultaya nümayəndə seçib. Bilirsiniz, burada nümayəndəlik norması müəyyənləşib. Təxminən 600 min nəfər partiya üzvü var, hər biri qurultayda iştirak etməyə layiqdir. Amma hamısını bir yerə yığmaq qeyri-mümkündür. Ona görə də təxminən min nəfərə bir nəfər nümayəndəlik norması müəyyənləşib. Ən fəal insanlar qurultaya cəlb edilir. Həm də yaş senzinə və cinsə görə balans gözlənir. O adam qurultaya seçilir ki, partiya ilə mütəmadi əlaqə saxlayır, təşkilatın həyatında aktiv iştirak edir. Bu baxımdan heç bir incikliyə ehtiyac yoxdur. Qurultaya 83 şəhər və rayon təşkilatından 780-ə yaxın nümayəndə seçilib. Konfransda iştirak etmiş nümayəndələr elə qurultayda iştirak etmiş kimidir. Çünki onlar da öz nümayəndələrini seçir.
- Son zamanlar partiya üzvlərinin narazılığı artır...
- Mən elə bir narazılıq görmürəm. Bir-iki nəfər ortaya düşmüşdü. O da şəxsi narazılıq olub.
- Nəyi nəzərdə tutursunuz?
- Bunu özlərindən soruşun. Həmin şəxslərin böyük əksəriyyəti 15 ildir partiyaya üzvlük haqqı vermir.
- Qurultayda YAP-ın rəhbərliyinə yeni şəxsin gətirilməsi mümkündürmü?
- Bu, qurultayın və Sədrin qərarından asılıdır.
- Qurultay harada keçiriləcək?
- Bakının “Buta” sarayında.
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56

