Məqsədimiz sərnişinlərin təhlükəsizliyini təmin etməkdir
04.03.2025 [08:53]
Müsahibimiz təlimatçı - təyyarə bələdçisi Maynisə Həsənovadır
- Maynisə xanım, niyə məhz bu sənəti seçdiniz?
- Aviasiya mənim üçün bir həyat tərzidir, hansı ki özündə yüksək məsuliyyət, professionallıq və komandada işləmək bacarığını birləşdirir. Həmişə sadəcə səyahət etmək yox, səyahətlərin insanlar üçün təhlükəsiz və komfortlu keçməsini istəmişəm, təyyarə bələdçisinin işi, sərnişinlərə kömək etmək və qeyri-standart hallarda çıxış yollarını göstərməkdir.
- Maraqlıdır, həftədə ortalama neçə saat uçursunuz?
- Bizim orta aylıq uçuşumuz 50 saatdan - 80 saata qədər olur. Bu, işimizin çox kiçik bir hissəsidir. Bundan əlavə mütəmadi olaraq hazırlıqlar keçirik,
brifinqdə iştirak edirik, qəza prosedurlarının təlimlərində iştirak edirik və bunların hamısı kvalifikasiyamızı daim yüksək səviyyədə saxlamaqa kömək edir.
Bu peşə tam fədakarlıq tələb edir, ona görə də hər dəqiqə bu peşədə maksimum səmərəliliklə istifadə olunur.
- Təyyarədə, göydə həddən artıq vaxt keçirmək sağlamlığınıza necə təsir edir?
- Saat qurşaqlarının tez-tez dəyişməsi və uzun uçuşlar sağlamlığa xüsusi diqqət yetirməyi tələb edir. Təbii ki, buna görə biz ciddi istirahət rejiminə riayət edirik, fiziki hazırlığımızı qoruyuruq və qidalanmamıza nəzarət edirik. Aviaşirkət də bizə qayğı göstərir, uçuşlardan sonra istirahət üçün hər cür şərait yaradır.
- Təyyarə hədəf mənzilə çatdıqdan sonra getdiyiniz ölkələri gəzmək üçün vaxtınız olurmu?
- Hamısı cədvəldən asılıdır. Bəzən uçuşlar arasında şəhəri gəzmək üçün vaxt olur, lakin ekipajın əsas vəzifəsi növbəti uçuşa hazır olmaqdır. Ona görə də uzun dayanacaqlarda belə, sərnişinlərimizin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün rejimə riayət edirik, peşəkar formamızı qoruyuruq.
- İnsanlar elə düşünürlər ki, işinizlə əlaqədar dünyanın hər yerinə vizasız səyahət edə bilirsiniz. Bu nə dərəcədə doğrudur?
- İş vəzifələrimizi yerinə yetirmək üçün xüsusi icazələrimiz var, lakin şəxsi səyahətlər üçün ümumi viza qaydaları tətbiq olunur. Bununla belə, Azərbaycan Hava Yollarında işləmək xaricə daha tez-tez səyahət etmək və müxtəlif ölkələrin mədəniyyətini daha yaxşı başa düşmək imkanı verir.
- Bəs təyyarədə təhlükəli vəziyyətlər zamanı necə soyuqqanlı qalmağı bacara bilirsiniz?
- Soyuqqanlılıq və özgüvənlilik keçirilən hazırlıqların nəticəsidir. Biz mütəmadi olaraq təhlükəsizlik, qəza - xilasetmə prosedurları, ilkin tibbi yardımın göstərilməsi, konflikt vəziyyətlərin aradan qaldırılması üzrə təlimlərdən keçirik, ştatdankənar situasiya zamanı bizim dəqiq hərəkət alqoritmimiz var ki, biz bunları hər zaman maksimum dərəcədə təkrar edib hazırlıqlı oluruq. Ən birinci məqsədimiz sərnişinlərimizin təhlükəsizliyini təmin etməkdir. Bu da bizə hər zaman soyuqqanlığımızı saxlamağa kömək edir.
- Bu sənətin çətin tərəflərindən danışardınız...
- Dəyişkən iş qrafiki, yüksək təzyiq altında işləmək halları, gecə uçuşları və s. Eyni zamanda bayramlarda çox vaxt evdən, ailədən uzaqda oluruq. Bundan əlavə, biz daim insanlarla ünsiyyətdə oluruq. Qeyd edim ki, bu bir tərəfdən işimizi unikallaşdırır, yəni inkişaf etməyimizə kömək edir.
- Məlum qəzadan sonra insanlar bu peşəni həyata keçirən insanlara qəhrəman kimi yanaşırlar...
- Biz məsuliyyətimizi dərk edirik. Fövqəladə hallarda insanların həyatına təsir edən qərarlar verən ekipajdır. Cəld və panik olmadan hərəkət etməyə öyrəşmişik. Sözügedən hadisədən sonra sərnişinlər bizim tərəfimizdən hər zaman ilk növbədə uçuşun təhlükəsizliyinə diqqət yetirməyimizə görə təşəkkürlərini bildirirlər.
- İlk uçuşunuz haraya olub və onu necə xatırlayırsınız?
- İlk uçuşum Bakı - İstanbul - Bakı marşrutu üzrə uçuş olub. Ən çox yadımda qalan ekipajdakı ab-hava idi: təcrübəli həmkarlarım mənə dəstək oldular, məsləhətlər verdilər, mən də təlimlər zamanı əldə etdiyim bütün bilikləri tətbiq etməyə çalışdım. Bu uçuş mənə tez qərarlar qəbul etməyi və işimdə çevik olmağı öyrətdi.
-Sərnişinlərin təyyarədə tez-tez pozduğu qaydalar hansılardır?
- Ən çox qayda pozuntuları mobil cihazların təyyarə rejiminə keçirilməsi zərurəti barədə elandan sonra onların istifadə edilməsidir. Elektron siqaretlər daxil olmaqla, siqaret çəkmək cəhdləri də tez-tez olur. Bizim vəzifəmiz təkcə sərnişinlərə qaydaları xatırlatmaq deyil, həm də təhlükəsizlik baxımından onlara riayət etməyin vacibliyini izah etməkdir.
- Başqa hansı maraqlı hadisələrlə qarşılaşırsınız?
- Təyyarə bələdçisinin işi hər gün yeni və gözlənilməz anları əhatə edir. Uçuşlarda təsirli görüşlər də olur. Bir dəfə təyyarədə bir gənc sevdiyi xanıma evlilik təklifi etmişdi. Bəzən psixoloji dəstək, uşaqları sakitləşdirmək və ya sərnişinlər arasında yaranan gərgin vəziyyətləri aradan qaldırmaq yollarını tapmaq lazımdır. Sərnişinlərə ilkin tibbi yardım göstərmək halları da olur. Bizim peşəmizdə əsas məqam istənilən şəraitə tez uyğunlaşmaq, sərnişinlərə anında kömək və təbii ki, qayğı göstərmək bacarığıdır.
-Təyyarə bələdçisi olmaq istəyən bir gənc üçün hansı məsləhətləriniz olar?
- Bu peşə intizam və davamlı olaraq təlimlərdən keçmək tələb edir. Əgər siz məsuliyyət götürməyə, komandada işləməyə və sərnişinlərinizlə səmimi davranmağa hazırsınızsa, bu iş sizin üçün böyük imkanlar və yollar açacaq. Ən əsası işinizi sevmək və öz peşənizdə ən yaxşısı olmağa çalışmaqdır.
Söhbətləşdi: Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25

