/ / Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyi qadınlar özlərinin vətəndaşlıq borcu hesab edirlər
Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyi qadınlar özlərinin vətəndaşlıq borcu hesab edirlər
16.07.2013 [16:51]
Müsahibimiz YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Nurlana Əliyevadır:
- Nurlana xanım, ölkəmiz növbəti prezident seçkiləri ərəfəsindədir. Sizcə, Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı əhval-ruhiyyə ilə gedir və gözləntiləriniz nədən ibarətdir?
- Ümumiyyətlə, Azərbaycanda seçkiqabağı mühit, ictimai-siyasi vəziyyət tam normal səviyyədədir. Ölkəmizdə azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün bütün imkanlar və şərait vardır. Bu mənada, qanunvericiliyə uyğun olaraq Azərbaycanın istənilən vətəndaşı, siyasi partiyalar qarşıdan gələn prezident seçkilərində iştirak edə bilər.
Yeni Azərbaycan Partiyasına gəldikdə isə, bilirsiniz ki, partiyamızın böyük seçki təcrübəsi vardır. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi Yeni Azərbaycan Partiyası olub. Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Eyni zamanda, bu qələbələr xalqın partiyamıza olan inamının, dəstəyinin göstəricisidir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün dövlət qurumlarında, cəmiyyətin bütün sferalarında təmsil olunur, öz fəaliyyətləri ilə ölkəmizi gücləndirir, siyasi sistemin inkişafında fəal rol oynayırlar.
Bildiyiniz kimi, qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev olacaq. Partiyamızın V qurultayında cənab İlham Əliyevin namizədliyi rəsmi olaraq irəli sürülüb. Əlbəttə ki, bu qərarın verilməsinin ciddi əsasları var. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində sosial-iqtisadi nailiyyətlər ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu.
Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur.
Onu da qeyd etmək lazımdır ki, yüksək beynəlxalq nüfuza və pozitiv imicə malik olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış etməkdədir. Son zamanlar ölkəmizdə çoxsaylı qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi, çoxtərəfli təmasların yaradılması Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verməkdədir. Dövlətimiz dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır və Avrasiya geosiyasi məkanının nüfuzlu dövlətləri Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verirlər. Prezident İlham Əliyevin xarici siyasəti sayəsində Azərbaycan nəinki yerləşdiyi regionun lider dövlətinə çevrilib, eyni zamanda, dünya miqyasında etibarlı strateji tərəfdaş imici qazanıb.
Bir məqama da xüsusi diqqət yetirmək gərəkdir ki, həyata keçirilən praqmatik xarici siyasət kursunun fonunda Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün bütün resurslardan səmərəli istifadə edilməkdədir. Prezident İlham Əliyevin timsalında dəfələrlə qeyd edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək.
Onu da vurğulamaq istəyirəm ki, bu illər ərzində Azərbaycan xalqının sülh tərəfdarı olduğu, münaqişənin dinc yolla həllini istədiyi və beynəlxalq hüquq normalarına əsaslandığı sübut olundu. Azərbaycan xalqı daim humanist ənənələri yaşadan, sülh tərəfdarı olan bir toplum kimi çıxış edir və bu hal hazırda dünya ictimaiyyəti tərəfindən də təqdir edilir.
Xarici siyasət strategiyası ilə yanaşı, daxili siyasət də öz səmərəli nəticələri ilə xarakterizə olunur. Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ilbəil daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Bu il ərzində bu sahədə yenə də artımların olacağı nəzərdə tutulur. Yəni, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevə etimad göstərəcəyi şübhəsizdir.
- Qarşıdan gələn seçki kampaniyasında partiyamızın üzvü olan qadınların üzərinə hansı vəzifələr düşür? Bununla bağlı planlarınız nələrdən ibarətdir?
- Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı yüz minlərlə məsləkli, əqidəli insanların birləşməsidir. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə, elə buna görə də, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar edib.
Partiyamızın sıralarında təmsil olunan şəxslərin təxminən 40 faizi qadınlardan ibarətdir. Bu, onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir. Çünki qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər. Təsadüfi deyil ki, cəmiyyətimizin nüfuzlu, tanınmış ziyalı qadınları YAP-ın sıralarında cəmləşiblər. Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai proseslərdə fəallığı daha da artır.
Öz fəaliyyəti dövründə partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmət göstərməklə yanaşı, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsüsiyyətlərini olduqca yüksək dəyərləndirib.
Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərinə sadiqdirlər və ictimai-siyasi proseslərin fəal iştirakçısı kimi çıxış edirlər. Qadınlar partiyamızın sıralarında böyük üstünlük təşkil edirlər. Onların əksəriyyəti ziyalılardır.
Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının V Qurultayında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva partiyamızın Sədrinin müavini seçildi. Bu hadisə bütün qadınlarımızın böyük sevincinə səbəb oldu. Eyni zamanda, bu amil bizim üzərimizə böyük vəzifələr qoyur ki, qadınlar Mehriban xanım Əliyevanın fəaliyyətindən daim örnək götürməlidirlər.
Tərəddüdsüz qeyd etmək olar ki, dünya miqyasında Azərbaycan mədəniyyətinin və tarixinin misilsiz təbliğatçısı rolunu oynayan, Azərbaycan qadınına yeni nüfuz və imic qazandıran birinci xanım Mehriban Əliyeva həm də öz xeyriyyəçiliyi və humanizmi ilə nurlu əməllər sahibidir. O, çox mühüm layihələrin təşəbbüskarı və icraçısı kimi bütün dünyada tanınır və sevilir.
Mehriban xanım Əliyevanın nəcib və humanist təbiəti, yüksək şəxsi mədəniyyəti, milli dəyərləri həm mütəfəkkir, həm də insan kimi sevmək bacarığı Azərbaycanın yeni Qərb siyasətinin leytmotivi və məzmunu üçün bir əsas, bir impuls bazasıdır. Avropada Azərbaycanın həqiqətlərini axtarmaq yox, Avropaya öz dəyərlərimizlə getmək, öz dəyərlərimizi Avropaya aparıb tədricən onları tanıtmaq və bu yolla ölkənin xaricdə yeni obrazını yaratmaq, çox zaman bəhrəsiz tarixi diskussiyaları bir kənara qoyub bu günə qayıtmaq və ölkənin bugünkü mənəvi potensialından, mədəni arsenalından istifadə etmək, inandırmaq, sübutlar axtarmaq yox, mənəvi dəyərləri və onların gücünü göstərmək - bütün bunlar yeni mədəni siyasət xəttimizin əsas strategiyasını təşkil edir. Və nəticələrə baxanda Mehriban xanım Əliyevanın fəaliyyətinin möhtəşəm, heyranedici və əzəmətli nəticələrini daha aydın görmək mümkündür.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək istəyirəm ki, YAP üzvü olan qadınların timsalında mövcud intellektual potensal seçki prosesində güclü bir amil kimi çıxış edəcək. Partiyamızın Qadınlar Şurası seçki kampaniyası dövründə fəal iştirak edəcək və bu məsələ bizim cari il üçün nəzərdə tutduğumuz işlər planında xüsusi yer tutur. Əsas məqsədlərdən biri qarşıdan gələn prezident seçkilərində qadınların fəallığını təmin etməkdir. Bunun üçün Bakı şəhərində və regionlarda müxtəlif səpkili tədbirlər həyata keçiriləcək. Çalışacağıq ki, seçkilərdə ölkəmizin qadınları mütəşəkkil surətdə təmsil olunsun. Biz qadınlar Azərbaycanımızı sürətlə inkişaf etdirən, dünyada nüfuzunu gücləndirən Prezident İlham Əliyevi yenə də ölkə rəhbəri kimi görmək istəyirik. Əslində, bu, bütün xalqımızın arzusudur.
- Ümumiyyətlə, qadınların cəmiyyətdəki rolu haqqında nə deyə bilərsiniz? Onların qarşısında duran məqsəd və vəzifələr nədən ibarətdir?
- Həqiqətən də, bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil. Çünki qadının cəmiyyətdəki rolu danılmazdır. Qadınların ictimai-siyasi həyatda təmsilçiliyi, onların problem və qayğıları həmişə dövlətimizin diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi dövrdən daim qadınların problemləri ilə maraqlanmış, onların irəli çəkilməsi üçün şərait yaratmışdır. Ulu öndərimizin verdiyi bir çox qərar və sərəncamlar Onun cəmiyyətdə gender balansının formalaşdırılması sahəsində uzaqgörən siyasətinin əməli ifadəsidir.
Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Mən deyərdim ki, Azərbaycan qadınına ən yüksək qiyməti Ulu öndər Heydər Əliyev verib. Ulu öndərimiz tərəfindən qoyulan bu siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər. Bundan başqa, qadınlarımız yüksək postlarda, qeyri-dövlət strukturlarında ölkəmizin maraqlarının qorunması istiqamətində fəaliyyətləri ilə seçilirlər. Son bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlarımız yerli özünüidarəetmə orqanlarında böyük faizlə təmsilçilik hüququ qazandılar. Bu, zərif cinsin nümayəndələri üçün mühüm bir faktordur. Bu, həm də qadın problemləri ilə bağlı məsələlərin həllində həmin insanların köməyinin nümayiş etdirilməsi deməkdir.
Ümumiyyətlə, milli təfəkkürümüzdə Vətən və Ana məfhumları bir-birindən ayrı deyil. Bu assosiativ əlaqə indiyə qədər Vətən haqqında köksümüzdən qopan ən adi məcazda da ifadə olunur: məhz Ana Vətən. Deməli, Azərbaycan şüurunda Vətən də, dövlət də, dövlətçilik də, onların müqəddəratının qorunması üçün həyata keçirilən siyasət də ilk növbədə, ana, qadın adının ucalığından, müqəddəsliyindən başlayır. Azərbaycan qadını isə özünü heç vaxt Vətən, Yurd uğrunda aparılan mübarizələrdən kənarda hiss etməyib. Bu gün də prezident seçkilərində öz vətəndaşlıq borcunu vermək üçün, qədirbilən, sədaqətli, nəcib Azərbaycan qadını bu qədər ürəkdən sevdiyi, onun üçün, onun övladları üçün gözəl bir Azərbaycan yaratmış İlham Əliyevə səs verəcəkdir. Yəni, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verməyi qadınlar özlərinin vətəndaşlıq borcu hesab edirlər.
- Nurlana xanım, müxalifət düşərgəsi də seçkilərə hazırlaşdığını bildirir. “Milli şura” adlanan qondarma qurum “vahid namizəd”ini irəli sürsə də, ziddiyyətlər davam edir. Müxalifətdaxili proseslərə münasibətiniz necədir?
- Qeyd etdiyim kimi, Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar qanunvericilik çərçivəsində seçki mübarizəsinə qoşula bilərlər və qoşulacaqlar da. Amma bu başqa məsələdir ki, seçkilərdə hər hansı uğur qazana biləcəklərmi? Yaxın dövrümüzün təcrübəsi sübut edir ki, radikal müxalifətin cəmiyyətdə heç bir dəstəyi yoxdur. Onlar 20 ildir ki, müxalifətçilik edirlər və bu illərdə keçirilən bütün seçkilərdə məğlub olublar. Bu məğlubiyyət onları radikallaşdırıb və antimilli fəaliyyət göstərmələrinə səbəb olub. Məhz bu səbəbdəndir ki, müxalifətin radikal qanadı seçkilərdə dəstəyi Azərbaycan vətəndaşlarında deyil, xarici dairələrdə axtarırlar.
Hazırda həmin radikallar “Milli şura” deyilən qondarma bir qurumda birləşiblər və seçkilər üçün öz “vahid namizəd”lərini seçiblər. Elə ilk baxışdaca həmin “vahid namizəd”in müəyyənləşməsinin xaricdən gələn tapşırıq əsasında baş verdiyini görmək olar. Çünki 20 ildən çoxdur ki, siyasətlə məşğul olduğunu iddia edənlər, siyasi partiya rəhbəri olanlar siyasətlə əlaqəsi olmayan bir şəxsin, kosmopolit bir kinorejissorun namizədliyini dəstəkləyirlər. Bu şəxs Rüstəm İbrahimbəyovdur və onun hansı dairələrin təsirində olduğu bütün ictimaiyyətə yaxşı məlumdur. Onun xarici KİV-lərə müsahibəsində ermənilərə olan rəğbəti və Dağlıq Qarabağ haqqındakı ziddiyyətli fikirləri açıq-aydın görünür. Təkcə bu fakt R.İbrahimbəyovun Azərbaycan cəmiyyətində hər hansı dəstəyə sahib olmadığını təsdiqləyir. Çünki Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən xalqımızın bir erməni təəssübkeşinə, ermənipərəst bir şəxsə hər hansı bir etimad göstərməsi mümkün deyil.
Bütövlükdə, müxalifətin radikal qanadı seçkilərə belə bir acınacaqlı vəziyyətdə gedir. Hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri müxalifət üçün ən ağır məğlubiyyət kimi yadda qalacaq.
- “Milli şura”nın namizədinin erməni təəssübkeşliyindən bəhs etdiniz. Amma ondan fərqli olaraq Moldovanın ombudsmanı Aureliya Qriqoriu Ermənistan parlamentindəki çıxışında bu ölkənin işğalçı olduğunu onların üzünə söylədi. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Əlbəttə, haqlısınız. Xarici bir ölkənin nümayəndəsi Ermənistan parlamentində bu ölkənin işğalçı olduğunu, Azərbaycanın 20 faiz torpağının işğal edildiyini, 1 milyondan çox günahsız insanın qaçqın-məcburi köçkün vəziyyətinə düşdüyünü, işğal altında olan ərazilərdə tarixi-mədəni abidələrin məhv edildiyini faktlarla səsləndirdi. Bu, çox cəsarətli addım idi və mən bu cəsarətinə görə xanım Aureliya Qriqoriunu alqışlayıram. A.Qiqoriunun Ermənistan parlamentindəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünyaya olduğu kimi çatdırmaq yolunda fəaliyyəti müsbət nəticələr verir. Azərbaycan dövlətinin xalqımıza qarşı davam edən ədalətsizliyə son qoyulması, regionda sülhün bərpası çağırışları ciddi beynəlxalq dəstək qazanmaqdadır. Əlbəttə ki, Ermənistan rəhbərliyi, erməni lobbisi, işğalçı ölkənin havadarları da təxribatçı fəaliyyətlərinə ara vermirlər və Azərbaycana dəstək verən çevrələri müxtəlif yollarla ələ almağa, susdurmağa çalışırlar. Lakin artıq bir sıra dövlətlərdə bu məsələyə artan həssaslığın və maariflənmənin fonunda Ermənistan dövlətinin və erməni lobbisinin bütün cəhdləri faydasızdır. Azərbaycan informasiya mübarizəsində üstünlüyü ələ alıb və mövqeyini daha da gücləndirir. Erməni lobbisi Xocalı soyqırımının dünyada tanınmasına heç cür mane ola bilmir və onlar dünyanın müxtəlif yerlərində Azərbaycana dəstək sədalarını susdurmağa çalışarkən haqq səsi öz parlamentlərində eşitdilər.
Təəssüf ki, bu qadının cəsarəti “Milli şura”nın üzvlərində, xüsusilə. onun namizədində yoxdur. Əgər olsaydı, Ermənistanın işğalçılıq siyasətinə obyektiv qiymət verərdilər. Azərbaycan xalqı isə bütün bunları görür və öz münasibətini onlara etimadsızlıq göstərməklə bildirir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

