“Bunlar hələ öz namizədlərini belə müəyyənləşdirə bilməyiblər”
17.07.2013 [11:15]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Publika.Az-a müsahibəsi:
“Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəlikləri var”
- Artıq seçkilərə az vaxt qalır. “Milli şura”nın daxilində baş verən proseslərə münasibətiniz necədir?
- “Milli şura” anormal təşkilatdır. Ümumiyyətlə, seçki fəaliyyəti ilə siyasi partiyalar məşğul olur. “Milli şura” o yerlərdə yaranır ki, onlar öz müstəqilliklərini elan etmək istəyirlər və sairə. Misal üçün, 90-cı illərdə Azərbaycan Xalq Hərəkatı, Azərbaycan Xalq Cəhbəsi və sairə elan olunmuşdu. Sonradan isə siyasi partiyalar formalaşdı. Qanunvericiliyin də tələbi odur ki, seçki ilə bilavasitə siyasi partiyalar məşğul olmalıdır. Yəni, QHT və ictimai təşkilatlar başqa işlərlə məşğul ola, ağac əkə, yol təmizləyə bilərlər. Ancaq seçki ilə məşğul olan qurum məhz siyasi partiyalar olmalıdır. Bu baxımdan da “Milli şura” həm qeyri-qanuni qurumdur, həm də ictimai təşkilatdır. “Milli şura”nın namizəd irəli sürməsi Seçki Məcəlləsinin tələblərinə ziddir və bu əsla ola bilməz.
Namizəd iki halda irəli sürülə bilər. Birincisi öz təşəbbüsü ilə, digəri isə siyasi partiya və ya onun bloku ilə. Rüstəm İbrahimbəyov nə özü tərəfindən namizədliyi irəli sürülüb, nə də ki, hər hansı siyasi partiya vasitəsilə. Əgər “Milli şura”da olan siyasi partiyalar Rüstəm İbrahimbəyovun namizədliyini istəyirlərsə, onlar bir araya yığılıb özlərinin qurultayını çağırmalıdırlar və həmin qurultayda Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etməlidirlər. İkinci mərhələdə isə əgər blok yaradarlarsa belə, yenə də özlərinin rəhbər orqanlarının toplantısını keçirib blok yaratmaq haqqında qərar qəbul etməlidirlər. Bundan sonra Rüstəm İbrahimbəyov “Milli şura”nın deyil, siyasi partiyalar blokunun namizədi ola bilər.
Digər hallarda isə nə bilim ziyalı, yol, ip və sairə digər təşkilatların heç biri namizəd irəli sürmək hüququna malik deyil. Bu həm də Seçki Məcəlləsinin tələblərindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə görə yaşı 35-dən yuxarı, ali təhsilli, 10 il müddətinə Azərbaycan ərazisində daimi yaşayan, başqa ölkələr qarşısında heç bir öhdəliyi olmayan, ağır cinayət törətməyən şəxslər Azərbaycanda prezidentliyə namizəd ola bilərlər. Ancaq Rüstəm İbrahimbəyov 100-cü maddənin 4 tələbinə cavab vermir. Birincisi, onu deyim ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. İkili vətəndaşlıqdan belə imtina etmək olmur. Rüstəm İbrahimbəyov Azərbaycanda qanunu pozub gedib ikili vətəndaş olub. Çünki Azərbaycan qanunverciliyinə görə, ölkə vətəndaşı eyni vaxtda ikili vətəndaş ola bilməz. Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur. Baxmayaraq ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, ancaq o xalqı aldatmağa çalışır ki, guya o Sovet İttifaqı vətəndaşıdır. Sovet İttifaqında belə bir vətəndaşlıq olub. Ukraynalı, belarus, latış, litvalı, azərbaycanlı və gürcü də bir vətəndaşlıq daşıyırdı. O da Sovet İttifaqı vətəndaşlığı idi. Sonradan müstəqil dövlətlər yarandı və hər kəs öz ölkəsinin vətəndaşlığını daşıdı. İndi Azərbaycan vətəndaşı ayrı, Rusiya vətəndaşı ayrıdır. Rüstəm İbrahimbəyov isə sırf Rusiya Federasiyasının vətəndaşıdır. Onun bu vətəndaşlıqdan imtina etməsi üçün müraciət etməsi və müraciətdən sonra onun araşdırılması lazımdır. Rüstəm İbrahimbəyovun deməyi üçün deyil, Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan məhrum olması üçün Rusiya prezidenti fərman imzalamalıdır.
Digər tərəfdən isə Rüstəm İbrahimbəyovun vətəndaşı olduğu Rusiya Federasiyası qarşısında bir sıra öhdəlikləri var. Bu isə Azərbaycan Konstitusiyasının tələblərinə ziddir.
- Deydiyiniz kimi, Rüstəm İbrahimbəyovun seçkilərdə namizədliyinin qeydə alınması şansı çox azdır. Bəs Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması hakimiyyətin qınaq obyektinə çevrilməsinə səbəb ola bilərmi?
- Rüstəm İbrahimbəyov arada özünə imic formalaşdırmaq istəyir ki, guya iqtidar bundan çəkinir və ona görə bunun namizədliyi qeydə alınmır və sairə. Əksinə, Rüstəm İbrahimbəyovun namizəd olması bizə həddindən çox sərf edir. Çünki Rüstəm İbrahimbəyov Azərbaycanda bələdiyyə seçkilərində belə rəqabət apara bilməz. Onu Azərbaycan cəmiyyəti tanımır və qəbul etmir. Rüstəm İbrahimbəyov Azərbaycanda 3 nəfər belə tanımır. Təbii ki, bu da bizə sərf edir. Digər tərəfdən isə qanunun tələbi odur ki, Rüstəm İbrahimbəyov Azərbaycanda ən azı 10 il yaşamalıdır. Biz özümüz də şahidik ki, son 7-8 ayda Rüstəm İbrahimbəyovu Azərbaycanda görən olmayıb. İndi də bəyanat verir ki, filan vaxtı gələcəm və sairə. Rüstəm İbrahimbəyov illərlə Azərbaycanda yaşamayıb. Bu baxımdan da Azərbaycan Konstitusiyasının bu maddəsi də Rüstəm İbrahimbəyovun seçkilərdə namizədliyini irəli sürməsinə imkan vermir.
İndi Rüstəm İbrahimbəyov da iddia edir ki, guya o Rusiyada dərs deyir və sairə. Əgər belədirsə, o zaman Rüstəm İbrahimbəyov çox səhlənkar adamdır. Ya Rusiyada, ya da Azərbaycanda səhlənkarlıq edir. O deyir ki, hansısa unversitetdə professoram və oradan əmək haqqı alıram və sairə. Belə çıxır ki, dərsə getmir, ancaq havayı əmək haqqı alır.
Konstitusiyada bir maddə də cinayət törətməklə bağlıdır. Rüstəm İbrahimbəyov dəfələrlə vergidən yayınıb, bir neçə dövlət əmlakını qeyri-qanuni şəkildə mənimsəyib və sairə. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsinin qanuna zidd olmasını göstərmək üçün bütün bu kimi maddələrin də irəli sürülməsi tədbiq oluna bilər.
“İsa Qəmbər özünün müəllimi, dahi rəhbəri və siyasi lideri hesab etdiyi Əbülfəz Elçibəyə belə güzəştə getmədi”
- “Milli şura”da digər namizəd kimi İsa Qəmbərin də adı hallanır...
- İsa Qəmbər heç zaman Rüstəm İbrahimbəyovun namizədliyini qəbul etməyib. Sadəcə olaraq müxalifətin bəzi qüvvələrin İsa Qəmbəri hökumətə işləməkdə şantaj etməsinlər deyə, əvvəlcə belə razılıq verdi. Ancaq razılıq verməmişdən qabaq öz namizədliyini irəli sürdürdü. Məsələ müzakirə olunanda da İsa Qəmbər söylədi ki, yanvarın 4-də irəli sürülən namizədliyi qüvvədə qalır. İsa Qəmbər bu məsələdə heç kəsə güzəştə getməz. İstər Rüstəm İbrahimbəyov, istər bütün müxalifət olsun İsa Qəmbər onlara güzəştə getməz. Hətta, İsa Qəmbər özünün müəllimi, dahi rəhbəri və siyasi lideri hesab etdiyi Əbülfəz Elçibəyə belə vaxtilə güzəştə getmədi. Bütün bunlar isə tarixdə qalır, o dövrü yaşayanlar yaxşı bilirlər. Elçibəyə güzəştə getməyən İsa Qəmbər hansısa yazıçı-dramaturqa güzəştə getməz.
“Milli şura”da təmsil olunan digər siyasi partiyalar da bir-birlərini qəbul etmirlər. Mirmahmud Mirəlioğlu heç vaxt Əli Kərimlinin namizədliyini irəli sürməsinə, Əli Kərimli isə Mirmahmud Mirəlioğlunun namizədliyini irəli sürməsinə imkan verməz. Bəzilərinin isə imkanları tam tükənib. Misal üçün, Rəsul Quliyev üçün müxalifətdən kimin namizəd olmasının heç bir fərqi yoxdur.
“Müxalifət gedib 2015-ci il seçkilərinə hazırlaşsın”
- Müxalifət partiyaları arasında ən real güc kimi görürsüz?
- Ümumilikdə bizim tədqiqatlarımız var. Müxalifət partiyalarının hamısı qəzet üzərində fəaliyət göstərən təşkilatlardır. Baxın, indi biz seçkilərin real işi ilə məşğul oluruq. Ancaq bunlar hələ öz namizədlərini belə müəyyənləşdirə bilməyiblər. Seçki prosesinin əsas amili var ki, o da zamandır. Zaman yeganə resursdur ki, bərpa olunmur. Başqa şeyi bərpa etmək mümkündür, ancaq zamanı bərpa etmək mümkün deyil. Müxalifət üçün seçkinin zamanı artıq gedib. Onlar gedib 2015-ci il seçkilərinə hazırlaşsınlar. Müxalifət indi deyil, ən azı bir il əvvəldən seçkilərə hazırlaşmalı idi. İndi müxalifətin fəaliyyəti qəzetdə bir-iki müsahibə və bəyanat verməklə yekunlaşır. Əslində isə seçkinin texnologiyaları var. Bu texnologiyalar ardıcıl və mərhələli şəkildə həyata keçirilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

