“Bizim üçün ən yaxşı variant Rüstəm İbrahimbəyovdur”
23.07.2013 [10:43]
Siyavuş Novruzov: “Milli şura” adlı qurum heç bələdiyyə üzvlüyünə də namizəd irəli sürmək hüququna malik deyil
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Qafqazinfo”ya müsahibəsi:
- Yeni Azərbaycan Partiyasının (YAP) hazırda seçkiyə hazırlıq prosesləri nə yerdədir?
- Ümumiyyətlə, biz hər bir seçkiyə bir qədər əvvəl hazırlaşırıq. Bununla bağlı biz seçki proqramı hazırlamışıq. Bu proqrama əsasən də, fəaliyyətimizi davam etdiririk. Bir neçə mərhələni artıq həll etmişik. Əsas mərhələlərdən biri namizədin irəli sürülməsidir. Bununla bağlı, Yeni Azərbaycan Partiyası öz qurultayını keçirərək namizədini irəli sürdü. Biz seçki prosesini 3 mərhələyə bölürük. Birinci mərhələ seçkilər elan olunana qədərki ilkin dövrdür. İkinci mərhələyə seçkilər elan olunduqdan sonra start verilir. Üçüncü isə yekun mərhələ hesab olunur. Bu baxımdan da biz birinci mərhələnin işlərini yekunlaşdırmaq üzrəyik. Bura yerlərdə seçki qərargahlarının yaradılması, treninqlərin, partiya üzvləri və fəalları ilə görüşlərin keçirilməsi daxildir. Bizim 84 şəhər və rayon təşkilatlarında görüşlərimiz keçirilir. Az bir hissə qalıb. Onu da avqusta qədər yekunlaşdıracağıq. İmza toplayan şəxsləri zonalar üzrə toplayaraq treninqlər keçiririk. Eyni zamanda, seçki qərargahlarında fəaliyyət göstərəcək şəxslərə də treninqlər keçirilir. Onlar təbliğat-təşviqat və təşkilati işlərə bilavasitə cavabdehlik daşıyan insanlardır. Bütövlükdə bu proqram əsasında biz işlərimizi təxminən avqust ayının birinci on günlüyünə qədər yekunlaşdıracağıq. İkinci mərhələ isə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq başlayacaq. Seçki elan olunan kimi qeydiyyatdan keçdikdən dərhal sonra imzatoplama və digər sənədlərlə birgə MSK-ya təqdim olunmalıdır.
- Siz az öncə qeyd etdiniz ki, partiyanın V qurultayında prezident seçkilərində iştirak edəcək namizəd elan edildi. Bundan sonra bir sıra fikirlər yarandı ki, bu elan olunma rəsmi şəkildə deyil. Seçki yaxınlaşdıqca partiyanın digər namizədləri də ortaya çıxa bilər. Bu sırada birinci xanım Mehriban Əliyevanın da adı hallanmaqdadır...
- Təbii ki, bunlar hamısı bir qrup müxalifət partiyalarının və onların mətbuat orqanlarının cəmiyyəti çaşdırmaqdan ötrü ortaya atdığı əsassız iddiadır. Azərbaycan Respublikasının Seçki Məcəlləsində iki müddəa var. Bunlar 53 və 54-cü maddələrdir. Maddələrin hər biri namizədin irəli sürülməsi üçün müəyyənləşdirilib. Biri var namizəd öz təşəbbüsü ilə namizədliyini irəli sürür. Bunun üçün təşəbbüs qrupu yaradır. Digəri isə siyasi partiyanın öz namizədini irəli sürməsidir. Siyasi partiya özünün ali rəhbər toplantısı olan qurultayını keçirir və orada öz namizədini irəli sürür. Yeni Azərbaycan Partiyası da öz Sədrinin namizədliyini özünün ən ali orqan olan qurultayında irəli sürüb. Təbii ki, YAP-nın Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva da bu toplantıda iştirak edərək bilavasitə bizim irəli sürdüyümüz namizədə dəstək verib. Sonradan isə bəzi partiyalar hansı ki, məhkəmlərdə olan, dağılmış, Mehriban xanıma aidiyyatı olmayan tamamilə yad qurumlar ortaya çıxıb və onun namizədliyini irəli sürüb. Respublikaçılar Partiyasının 3 məhkəmə prosesi var. Bunlar 3 yerə bölünüb. Hələ bilinmir ki, sədri kimdir. DADP də elə bir vəziyyətdədir. Sonra bir partiya da var, onun sədri axtarışdadır. Yəni bunlar hamısı şəxsi məqsəd və ara qatmaqdan ötrü olan bir şeydir. İqtidarın belə bir planı nəzərdə tutulmayıb. Təbii k, nəzərdə tutulsaydı, o qədər nüfuzlu, hörmətli partiyalar var ki, onlar tərəfindən bu irəli sürülərdi. Sadəcə, o adamlar ortalığa düşüblər ki, bunlar özləri axtarışdadırlar. Bu və ya digər şəkildə partiyalarının ciddi problemləri var.
- Belə məqbul olmazmı ki, birinci xanım özü bu söz-söhbətlərə nöqtə qoysun?
- Onlar birinci xanımın diqqətinə layiq olan partiyalar deyillər ki, onlara münasibət bildirilsin. Bununla bağlı biz öz fikirlərimizi çatdırırıq.
- Müxalifət düşərgəsində qeyd edirlər ki, iqtidar seçki kampaniyasına qeyri-qanuni şəkildə vaxtından əvvəl start verib. Bu belədirmi?
- Qəti şəkildə belə bir şey yoxdur. Seçki Məcəlləsinin tələbləri var. Təbliğat-təşviqat və seçkinin digər prosedurlarının müddəti var. Biz partiya olaraq ilin istənilən günündə öz partiya üzvlərimizlə görüşmək hüququna malikik. Bu siyasi partiyalar haqqında qanunda da var. Məsələn, mən bir neçə gün bundan əvvəl yeni yaradılmış Pirallahı rayonunda partiyanın təsis tədbirində iştirak etdim. Və bu mətbuatda da işıqlandırıldı. Bunun təbliğata və yaxud da seçkiyə nə aidiyyatı var? Və yaxud partiyanın Sədr müavini Əli Əhmədov 6 rayonda partiyanın ilk təşkilat sədrləri, rayon şura üzvləri, heyət üzvləri, partiyanın aktivləri ilə görüşlər keçirdi. Biz il boyu bu görüşləri keçiririk. Bu həm seçki ilində, həm də adi vaxtlarda baş verir. Sadəcə, bu il həssas dönəm olduğuna görə camaatla bu barədə görüşlər aparılır. Qarşıda duran vəzifələr müəyyənləşdirilir. Biz burada təbliğat təşviqat kampaniyası ilə məşğul olmuruq. Biz sıralarımızdan kimlər bu prosesdə iştirak edəcəksə, onların vəzifələrini müəyyənləşdiririk. YAP-dan bu seçki prosedurunda təxminən 30 mindən artıq partiya üzvü iştirak edir. Bunlar həm müşahidə aparan, həm məşvərətçi səs hüququna malik olan şəxslər olacaq. Təsəvvür edin ki, Azərbaycanda 5000-dən artıq məntəqə fəaliyyət göstərir. Hər məntəqəyə bir nəfər müşahidəçi təqdim edəndə artıq bu 5000 nəfər deməkdir. Eləcə də, məşvərətçi orqandan da bir nəfər təyin edildikdə bu da 5000 nəfər edir. 125 dairənin hər birinə bir məşvərətçi hüquqlu şəxs, bir də müşahidəçi verilir. Bundan başqa, seçki qərargahlarında təbliğat qrupları yaranır ki, bunlar da kəndbəkənd düşüb seçki təbliğatı ilə məşğul olacaqlar. Plakatların yapışdırılması, çatdırılması, seçicilərə lazım olan təbliğat sənədlərinin çatdırılması ilə məşğul olan ayrıca insanlar olacaq.
- Müxalifət düşərgəsində “Milli şura” yaranıb və onun da prezident seçkilərində “vahid namizəd”inin Rüstəm İbrahimbəyov olduğu elan olunub. R.İbrahimbəyovun ölkəyə ayın sonlarında dönəcəyi bildirilir. Düşərgədən qeyd edirlər ki, hakimiyyət onun gəlişinə maneə yaradacaq. Bu mümkündürmü?
- Bilirsiniz, bizim üçün kimin namizəd olub-olmamasının fərqi yoxdur. İstəyir hər bir partiyanın namizədi olsun, istəyir partiyalar yığışıb bir nəfəri namizəd kimi müəyyənləşdirsinlər. Bizim namizədin nə ölkə, nə xaricdə alternativi yoxdur. Sadəcə olaraq o partiya sədrləri öz partiyaları tərəfindən dəstəklənmirlər. Partiyaları onları namizəd kimi görmür və bilir ki, bunun heç bir potensialı yoxdur. Bunun nəticəsi olaraq da axtarıb haradansa bir namizəd tapıb gətirirlər. Deyirlər ki, guya konsepsiya yazırlar və bunlar ölkənin idarəçiliyi üçün plan tuturlar. Müxtəlif konstitusiya layihəsi hazırlayırlar. Amma onlarda mən doğru-düzgün hüquqşünas görmədim. Hüquqşünaslar namizəd irəli sürəndə heç olmasa baxsınlar ki, kimin namizədliyini irəli sürürlər. Bu gün bu Azərbaycan qanunvericiliyinə uyğun gəlirmi? Gəlmir. Bu onu göstərir ki, ora toplaşanların heç biri dərin savada, düşüncəyə malik olan insanlar deyil. Bu və ya digər formada hüquq-mühafizə orqanlarından qovulub özlərini vəkil adlandıran şəxslərdir ki, hüquqi cəhətdən namizədlərinin namizədliyini belə əsaslandıra bilmirlər. Birincisi, Rüstəm İbrahimbəyov namizəd kimi irəli sürülməyib. “Milli şura”ya sədr seçə bilərlər. “Milli şura” qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatından keçməlidir. Müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməlidir. İkincisi, lap qeydiyyata alınsa belə, “Milli şura” namizəd irəli sürə bilməz. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə bayaq qeyd etdiyim kimi, iki halda namizəd irəli sürülə bilər. Bir öz təşəbbüsü ilə, təşəbbüs qrupları tərəfindən, biri də siyasi partiyalar və ya onların siyasi blokları tərəfindən. “Milli şura”da həm qeyri-hökumət təşkilatları, həm də siyasi partiyalar toplaşıb. Bunların da bir yerdə namizəd irəli sürməyə heç bir hüquqi yoxdur. Rüstəm İbrahimbəyov tələblərə cavab verərsə, ya özü öz namizədliyini irəli sürməlidir, yaxuddakı siyasi partiyalar özlərinin qurultayını keçirib Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb sonradan blok yaradıb qərar qəbul edərək siyasi partiyaların blokları adından onun namizədliyini verə bilərlər. Yəni “Milli şura” adlı qurum Azərbaycan Respublikasında heç bələdiyyə üzvlüyünə də namizəd irəli sürmək hüququna malik deyil. Bu Seçki Məcəlləsinin tələbidir. Ya bunlar seçkidə iştirak etmək istəmirlər, mən belə başa düşürəm. Ya da dolayısıyla bilirlər ki, seçkidə heç bir səs qazana bilməyəcəklər, heç bir imkanları yoxdur. Seçkinin üzərinə yalandan kölgə salmaq istəyirlər ki, guya onların namizədini qeydə almadılar. Burada qanunvericiliyin tələbi var. Adlarını hüquqşünas qoyublar, vəkillik etmək iddiasındadırlar. Bir doğru- düzgün sənədi hazırlayıb ortaya çıxara bilmirlər.
- Yəni belə anlamaq olar ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacaq...
- Hələ qanuni şəkildə namizədliyi irəli sürülməyib.
- Bəs qanuni şəkildə irəli sürülərsə, onda necə?
- Qanuni şəkildə irəli sürüldükdən sonra Rüstəm İbrahimbəyovun ikinci məsələləri başlayır. Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində göstərilir ki, kimlər seçkilərdə namizəd ola bilər. Orada açıq şəkildə yazılıb ki, yaşı 35-dən yuxarı olan, ali təhsilli, ikili vətəndaşlığı olmayan, 10 ildən artıq Azərbaycan ərazisində daimi yaşayan, ağır cinayət törətməyən şəxslər Azərbaycan Respublikasının prezidentliyinə namizəd ola bilər. Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. Hələ bu məsələ həll olunmayıb.
- Artıq bununla bağlı İbrahimbəyov müvafiq quruma müraciət edib. 1 ay ərzində bu məsələ həll olunmalıdır...
- O sənədi verib. Konkret Rusiya prezidentinin fərmanı lazımdır. Komissiya bu məsələni qaldırmalıdır. İkili vətəndaşlığı aradan qalxmalıdır. İkili vətəndaşlıq olan kimi avtomatik olaraq həmin dövlət qarşısında öhdəliklər olur. Rüstəm İbrahimbəyovun da Rusiya dövləti qarşısında öhdəliyi var. 25 təşkilatdan sənəd almalıdır ki, onların qarşısında öhdəliyi yoxdur. Vergi, iqtisadi, siyasi və.s öhdəlikləri var. Bu oranın hansısa universitetinin müəllimidir. Ordan əməkhaqqı alır. Burada qarşılıqlı öhdəliklər yaranır. Bunlara aydınlıq gətirilməlidir. Bu bütün dünyanın tələbidir. Bizim tələbimiz deyil. Bizim üçün ən yaxşı variant Rüstəm İbrahimbəyovdur. Çünki ölkədə ona 3 adam səs verməyəcək. Keçirdiyimiz sorğulardan əzbər bilirik ki, Azərbaycanda Rüstəm İbrahimbəyov adlı adam tanımırlar. Ola bilər ki, yaşlı nəslin bir neçə nümayəndəsi vaxtilə bununla bir yerdə işləyən, yaxud da ki bunun bir neçə filminə baxan insanlar onu tanıyırlar. Yeni nəsil, ümumiyyətlə, cəmiyyət o adda adam tanımır. Ona görə də deyirəm ki, bizim üçün bunun fərqi yoxdur. Bizim bir məqsədimiz var ki, hamı qanunun aliliyinə riayət etsin.
- Yəni konkretləşdirsək, Rüstəm İbrahimbəyov qanuni şəkildə namizədliyini irəli sürsə də, ikinci mərhələdə onun problemləri olduğunu qeyd edirsiniz. Yenə də namizədliyi qeydə alınmaya bilər?
- Digər məsələləri də həll etməlidir, ondan sonra qeydiyyatdan keçməlidir. Hər şey qanuni şəkildə olmalıdır. Heç biz bunları deməyə bilərik. Sonradan vaxtı gələndə onsuz bunlar ortaya çıxacaqlar. Amma qabaqcadan deyirik ki, sonradan başqa-başqa təşkilatlara müraciət etməsinlər. Seçkinin elan olunmasına götürək ki, 1 aydan da az vaxt qalır. Bu günə qədər bunlar namizəd kimi bunu müəyyən edə bilməyiblər. Və bunun hüquqi təminatını həll etməyiblər. 8 partiya hər biri özünün qurultayını keçirməlidir. Qurultay keçirməkdən ötrü yerlərdə konfranslar keçirilməli və ordan nümayəndə seçilməlidir. Seçki Məcəlləsində nümayəndələrin neçə nəfər olması şərti var. Səsvermənin nəticəsi nədən ibarətdir? Bunlar hamısı siyasi partiyalar haqqında qanunun tələblərinə cavab verməlidir. Bunlar bu gün bu işlərlə məşğul olmaq əvəzinə biri deyir ki, mən Amerikada görüşlər keçirirəm, biri deyir ki, Avropada görüşlər keçirməyə gedirəm. Siz hələ hüquqi təminatınızı həll edin, ondan sonra görüşlərə başlayarsınız.
- Amerikadan söz düşmüşkən, bir neçə gün öncə həmin ölkədə Azərbaycanla bağlı Helsinki Komissiyasının dinləmələri keçirildi. Həmin dinləmələrdə ABŞ Dövlət katibinin insan haqları üzrə köməkçisinin müavini Thomas Melia qeyd etdi ki, ölkədə namizədlərin qeydə alınması ilə problemlər olmamalıdır...
- Azərbaycanda bununla bağlı heç bir problem yoxdur. Qanunun tələbinə, konstitusiyanın 100-cü maddəsinə uyğun olaraq istənilən Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər. Azərbaycandakı qədər asan namizədlik irəli sürmək heç bir yerdə yoxdur.
- Dinləmələrin adı da maraqlıdır. “Problemli tərəfdaş: Azərbaycanda artmaqda olan avtoratizm”. Hər iki ölkə rəsmiləri bir-biriləri ilə görüşdə müttəfiq, tərəfdaş olduqlarını bəyan edirlər. O zaman bu ad nədən xəbər verir?
- Görürsünüz, müxtəlif təşkilatlar var ki, 10 illik hesabatın yenidən tarixini dəyişib dərc edir. Daxilindən xəbəri yoxdur. Avropa Şurası ötən dəfə bir məruzəni səsləndirdi. Orada elə adamların adı var ki, həmin siyasi məhbus adlandırdıqları insanlar 5 ildən artıqdır ki, azadlıqdadırlar. Yəni bu insanlar oturub işləmirlər. Bunlara kim Azərbaycandan hansısa danos göndərirsə, o danos əsasında götürüb hesabat hazırlayır və köhnə hesabatını qoyurlar ora. Bu gün Azərbaycanda insan hüuquları Amerikadan, Avropadan da yaxşı qorunur. Yunanıstan Avropa Birliyinin üzvü olan dövlətdir. Sosial mitinqlərdə 25 nəfəri güllədilər. Yüzlərlə insan Almaniyada, Amerikada, Fransada həbs edilir. Bu adamlar bu və ya digər şəkildə qanunu pozan insanlardır. Söhbət peşə fəaliyyətindən getmir. Peşə fəaliyyəti ilə heç kəs həbs olunmur. Törətdiyi cinayət əməlinə görə, insanlar məsuliyyətə cəlb olunur. Biri gedir qeyri-qanuni şəkildə nəqliyyat vasitəsi idarə edərək bir adamı vurub öldürür. Deyirlər ki, bu filan partiyanın üzvüdür, bunu tutmaq olmaz. Onda sual olunur ki, müəllim niyə tutulmalıdır? Partiya mənsubiyyəti onu məsuliyyətdən azad etmir. Bəs qanunun aliliyi harda qaldı? Və yaxud başqa biri iğtişaş törətməkdə, onu qaldırmaqda ittiam olunur və bu telefon danışıqları ilə sübut olunur. Məlum olur ki, bu hansısa partiyanın müavini, qəzet yazarıdır. Mən dəfələrlə mitinqdə də müşahidə etmişəm ki, mətbuat nümayəndəsi müstəqil olmalıdır. O iştriakçı olmamalıdır. Oradan istədiyi informasiyanı verə bilər, yazını yaza bilər. Hansısa partiyanın üzvüdürsə, qeyri-qanuni onun tədbirlərində iştirak edir. Yaxud bizim elə jurnalistlərimiz var ki, mitinqdə siyasi partiya nümayəndəsindən daha bərk qışqırır. Orada qeyr-qanuni hərəkətlərə yol verirlər. Yaxınlaşanda deyirlər ki, mən mətbuat nümayəndəsiyəm. Elə şey olmur. Jurnalistsənsə, bunu necə istəyirsənsə elə işıqlandır, amma iştirakçıya çevrilmə. Bu baxımdan da orada heç bir qeyri -qanuni məsələ yoxdur.
- Həmin o dinləmələrdə Azərbaycan iqtidarından bir sıra problemlərin yerinə yetirilməsi tələb edildi. Məsələn, İlqar Məmmədovun azad edilməsi, seçkilər üçün açıq mühit yaratmaq və.s bunlar yerinə yetiriləcəkmi?
- Heç bir dövlət Azərbaycana qarşı tələb irəli sürə bilməz. Heç bir dövlət bir- birindən aslı deyil. Mən də Amerikaya deyim ki, Martin Lüter Kinqi niyə öldürdünüz? Yaxud da Kennedini niyə güllələdilər? Tapıblar indiyə kimi Kennedinin qatilini? Ona görə də, hər hansı dövlət başqa birinə iddia qoya bilməz. Beynəlxalq təşkilatlar tövsiyə verə bilər. O tövsiyənin də həmin dövlətin qanunvericiliyinə, milli-mənəvi dəyərlərinə uyğun olub-olmadığına baxırsan, ondan sonra qəbul edirsən. Olmursa, deyirsən ki, bunlar uyğun gəlmir. Ona görə də, hər bir dövlət müstəqil dövlətdir. Tutalım ki, hansısa dövlətin QHT-si Azərbaycanda insan hüquqları ilə bağlı bəyanat verir. 50 dənə bəyanat versin, bizə nə aidiyyatı? Tutaq ki, bizdə indi Mübariz Əhmədoğlu götürüb Amerika haqqında bəyanat verir. İndi Amerika bunu yerinə yetirməlidir? Və yaxud Fransa bunu yerinə yetirir? Biz niyə yerinə yetirməliyik ki? İnsanların təfəkküründə belə bir şey qalıb ki, tutaq ki, “Freedom House” və. s təşkilat belə bir bəyanat veribsə, dünyanın axırı deməkdir. Belə bəyanatları axşama qədər yazsınlar. Onun Azərbaycana heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq qərəzli bəyanatlardır. Onları da ürəkləri nə qədər istəyir verə bilərlər. Azərbaycan artıq o dövrünü keçib. Azərbaycan bu gün inkişaf etmiş dövlətdir. Qanunun aliliyi hökm sürür. Onun aliliyinə uyğun olaraq da proseslər gedir. Harda nə dinləmələr keçirirlər, neynirlər, özləri bilərlər. Bunlar hamısı Azərbaycanın təbii sərvətlərini mənimsəmək üçün təsir mexanizmidir. Amma bu dövr artıq keçib. Bunlar 1960, 70, 80, 90-cı illərin metodlarıdır. İndi bəzi ölkələrdə idarəetmə sisteminə toxunurlar. Deyirlər ki, burada idarəetmə sistemi avtoritar ya da qeyri-demokratdır. Liviyaya, Suriyaya, Misirə bu adla yanaşırlar. Bu gün Amerika elə avtoritar rejimlərlə sıx müttəfiqlik edir ki, orada mütəq monarxiyadır. O ölkələrin heç parlamenti də yoxdur. Niyə münasibət saxlayır? Bəs hanı onun demokratiyası?
- Bir neçə gün əvvəl Prezidentin Sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi. Prezident çıxışında qeyd etdi ki, ermənipərəst, ölkənin uğurlu inkişafını qəbul edə bilməyən insanların sayı artıb. Sizcə, Prezident konkret olaraq kimləri nəzərdə tutur?
- Bu gün xaricdə və daxildə Azərbaycanın inkişafını gözü götürməyən, ona qarayaxmaqla məşğul olan, onun haqqında mənfi imic formalaşdıran insanlar nəzərdə tutulur. Məsələn, Leyla Yunus kimi, elə o “Milli şura”ya toplaşan insanlar və.s. Bu gün bu insanlar ermənilərlə eyni tərəzinin gözündədirlər. Onların da Azərbaycandakı inkişafı, quruculuğu, artan gəlirləri gözü götürmür. Xaricdə olan təşkilatların da gözü götürmür, onların vassalı olan insanların da.
- Yəni belə çıxır ki, Prezident konkret olaraq daxildə “Milli şura”nı belə qüvvə adlandırır...
- “Milli şura”da kökü erməni olan insan hüquqları müdafiəçiləri var. Azərbaycanda metronu partladıb yüzlərcə azərbaycanlını öldürən, ailəsini başsız qoyan adama siyasi məhbus adı verənlər, Azərbaycanın ərazisində təxribat törədən, parçalanmasına çalışan Əlikram Hümbətova siyasi məhbus adı verənlər, Şuşanı satan Rəhim Qazıyevə, Azərbaycan xalqına olmazın ziyanlar vuran, vətən xaini Rəhim Qazıyevə siyasi məhbus adı verənlər və onunla bir yerdə oturanlar. Bunlar kimlərdir? Bunlar da vətən xainidirlər. Bunlar ermənidən betərdirlər. Erməni bilirsən ki, açıq düşməndir. Bunlar gecə-gündüz Avropa Şurasına, ayrı-ayrı qurumlara Azərbaycan haqqında olmazın yalan-böhtan yayanlardır. Hansı ki, bu adam toyuq oğrusudur. Valideynlərindən pul alıb onu siyasi məhbus adlandırırlar. Artıq bunu dəllalığa çeviriblər. Azərbaycanda bu adamları hamı tanıyır. Onların da bir qrupu yığışıb “Milli şura”ya. Çünki o cür adamların yeri elə oradır.
- Seçki keçirilən, ümumiyyətlə, iqtidarı müxalifət olan ölkələrdə hər iki tərəf arasında mübarizənin olması aydındır. Azərbaycanda da bu mübarizəni, rəqabəti sağlam şəkildə aparmaq mümkün deyilmi?
- Bizdə mübarizə sivil qaydada gedir. Biz normal şəkildə bayaq elan etdiyim proqramın həyata keçirilməsi ilə məşğuluq. Hələ bunlar qəzet üzərində fəaliyyət göstərirlər. Görürsünüz, indi qəzet vasitəsilə atışırlar. “Müsavat”la Xalq Cəbhəsi arasında qırğın gedir. Pənah Hüseynlə o birilər arasında qırğın gedir. Bir-birinə qarşı söyüşlər, təhqirlər səsləndirirlər. “Milli şura”da Eldəniz Quliyev kimdir adını ziyalı qoyan şəxs İqbal Ağazadə haqqında olmazın təhqirlər səsləndirir. Yəni o cür tör-töküntülər yığışıb “Milli şura”ya və təbii ki, onun da axırı yoxdur.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

