Siyavuş Novruzov: “Milli şura”nın oyunu prezident seçkilərinə qədərdir
27.07.2013 [13:27]
“Müxalifətdə heç bir zaman birlik olmayıb və bundan sonra da bu mümkün deyil”
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası seçkilərə necə hazırlaşır?
- Təbii ki, seçkilərə hazırlıq prosesi qanunun tələblərinə uyğun olaraq, çox yüksək səviyyədə davam edir. Seçkilərin demokratik keçməsini şərtləndirən ən mühüm amil mövcuddur, ölkədə ictimai-siyasi sabitlik hökm sürür. Burada hər bir vətəndaşın azad şəkildə öz namizədliyini irəli sürməsinə, bütün partiyaların seçki prosesində iştirakına imkanı yaradılıb. Bunun üçün də bütün şərait var.
- Siyavuş müəllim, artıq Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Müxalif düşərgənin üzvləri bildirirlər ki, R.İbrahimbəyov çox yüksək səviyyədə qarşılanacaq. Bununla belə iddia olunur ki, “Milli şura”nın namizədi Azərbaycana gələcəyi təqdirdə həbs oluna bilər. Siz bu barədə nə deyə bilərsiniz?
- Rusiyada yaşayan adi vətəndaşlar ölkəmizə necə gəlirlərsə, Rüstəm İbrahimbəyov da eləcə, Azərbaycana gəlib-gedə bilər. Müxalifət burada sadəcə olaraq, müxtəlif şou düzəldir. Guya bu insan Azərbaycana gələcəyi təqdirdə həbs olunacaq və s. Hesab edirəm ki, bütün bunlar insanlar arasında çaşqınlıq yaratmağa və beynəlxalq təşkilatlara müraciətə hesablanıb. Deyə bilərəm ki, beynəlxalq təşkilatları Rüstəm İbrahimbəyov heç maraqlandırmır. Çünki, hər bir beynəlxalq təşkilat müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar hesabına baxıb görür ki, bu adam bir saat da olsun siyasətlə məşğul olmayıb. R.İbrahimbəyov sadəcə kino rejssorudur. Adi rejssorlar kimi o da istədiyi yerə gedib-gələ bilər. Düşünürəm ki, bu qurama şounun heç bir təsiri olmayacaq. Bu insanın Azərbaycana gəlib-gəlməməsi bizi maraqlandırmır. Çünki, biz onu rəqib hesab etmirik. Yəqin ki, bu insan yol verdiyi ciddi qanun pozuntularına görə narahatdır. Bunu da onun özü çox yaxşı bilir. Bu onun vergidən yayınma halları, əmlakın qeyri-qanuni əldə olunması ilə bağlı ola bilər və s. Yəni, siyasi motivlərlə bağlı bu gün Azərbaycanda heç kəsə qarşı hər hansı bir addım atılmır. Hər bir kəs hansı partiyanın üzvü olmasından, hansı peşə fəaliyyətindən asılı olmayaraq qanun qarşısında bərabərdir, cavabdehlik daşıyır. Bir sözlə, istər Rüstəm İbrahimbəyov, istər digər siyasətçilər, istər adi vətəndaş, istərsə də YAP-ın üzvü qanun pozuntusuna yol veribsə, cavabdehlik daşımalıdır.
- Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə Müsavat Partiyası, xüsusilə adı çəkilən partiyanın icra aparatının rəhbəri Arif Hacılı arasında intiriqalar hökm sürür. Axı necə ola bilər ki, vaxtilə bir-birlərinə can deyib, can eşidən, eyni qabdan çörək yeyən, su içən bu insanlar hazırda bir-birlərinə düşmən kəsiliblər? Belə olan təqdirdə onların birliyindən söhbət açmaq olarmı?
- Radikal müxalifət düşərgəsində heç bir zaman birlik olmayıb və bundan sonra bu mümkün də deyil. Çünki, həmin insanlar o qədər iddialı, hakimiyyət hərisidirlər ki, doğma qardaşlarına belə güzəştə getməzlər. Bu insanların bir yerdə olması sadəcə, oyundur. Bu oyunun müddəti isə oktyabrda keçiriləcək prezident seçkilərinə qədərdir. Seçkilər elan olunan kimi isə hər bir siyasi partiya rəhbəri özü öz namizədliyini irəli sürəcək. Birincisi, Azərbaycanın Seçki Məcəlləsinə əsasən “Milli şura”ya oxşar qurumlar namizəd irəli sürə bilməzlər. Bunu həmin qurumda olan siyasi partiyalar irəli sürə bilərlər. Siyasi partiyalardan 5-6 nəfərin həmin qurumda təmsil olunması isə “Milli şura”nın statusunu dəyişə bilməz. Mən bir şeyi başa düşmürəm ki, öz partiyaları tərəfindən dətəklənməyən bu insanlar hələ də namizəd axtarışındadırlar. Hesab edirəm ki, özünə hörmət edən siyasi partiya rəhbəri öz namizədliyini bir kənara qoyub siyasətlə məşğul olmayan bir şəxsin namizədliyini irəli sürürsə, bu artıq o partiyanın iflasıdır.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

