“Dayanmadan çalışsam, uğurlarımın davamı gələcək”
13.05.2025 [08:31]
Bugünkü müsahibimiz rejissor, Prezident mükafatına layiq görülən Şövkət Məhərrəmovadır.
- Şövkət xanım, öncə oxucularımıza özünüzü təqdim edərdiniz...
- Mən Şövkət Məhərrəmova 17 iyun 1997-ci ildə Bakıda anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarını fəxri məzun kimi bitirmişəm. Kino rejissoru ixtisası üzrə həm bakalavr, həm magistr təhsilim var. Müəllimim mərhum kinorejissor Eldar Quliyev olub. Hazırda Azərbaycan Televiziyası, Xüsusi Layihələr studiyasının direktor müavini, eyni zamanda rejissoruyam. Həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində , SABAH qruplarında müəllimlik fəaliyyəti ilə məşğulam.
- Kiçik yaşlardan jurnalist və ya hüquqşünas seçmək olub istəyiniz, necə oldu ki, rejissorluq sahəsinə yiyələndiniz?
- Uşaqlıqdan bir çox sahələrə marağım olub, xüsusən incəsənət sahələrinə. Rejissorluq elə bir fəaliyyətdir ki, özündə bir çox sahəni birləşdirir: aktyorluğu, musiqini, rəssamlığı və s. Bir sözlə, rejissorluğu seçən adam daim axtarışda olmalıdır.
- Bu sahədə qarşılaşdığınız çətinliklər olub?
- Təbii ki, rejissorluq asan sahə deyil, bu işin gecə-gündüzü yoxdur, daim həll yolu axtarmağa nail olmalısan, çünki bütün komanda işçiləri səndən asılı olur.
- Musiqi ifa etdiyiniz bir çox videolarınız maraqla qarşılanır, təhsiliniz var, yoxsa hobbi kimi yanaşırsınız?
- Musiqi təhsilim yoxdur, lakin anam musiqi müəlliməsidir. Anam öyrətməyə cəhd eləyəndə elə də həvəsli olmurdum. O deyirdi, özün məşğul ol, bacaracaqsan, dediyi kimi də oldu. Boş vaxtlarda özümçün məşqlər edirdim, musiqi duyumum yaxşı olduğu üçün tez bir zamanda ifa etməyi öyrəndim. Onu da qeyd edim ki, uşaq yaşlarından musiqi, eyni zamanda şeir yazırdım. Lakin hər zaman hobbi olaraq məşğul oluram və bu məşğuliyyət ruhumu dincəldir.
- Musiqi yazmağa hələ də davam edirsiz?
- Musiqi yazmaq mənim üçün özümü ifadə metodu idi. Artıq rejissor olaraq özümü daha yaxşı ifadə edə bilirəm deyə musiqi yazmıram. Son dəfə musiqi bəstələməyim 3-4 il bundan öncəyə təsadüf edib. Hazırda işıq üzü görməyən 25-ə yaxın mahnım var.
- Bəs yazdığınız musiqilərlə bağlı hansısa təklifləriniz olub?
- Xeyr, sadəcə, uşaq vaxtlarımdan özüm üçün yazırdım.
- Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il Gənclər üçün Prezident mükafatı ilə təltif edilənlər sırasında siz də varsınız. Gözləyirdinizmi belə bir xəbəri?
- Cənab Prezident tərəfindən bu cür mükafata layiq görülmək çox qürurvericidir. Həm də böyük məsuliyyətdir. Belə bir mükafata layiq görülən gənc olaraq bu etimadı doğrultmalıyam.
- Maraqlıdır, ilk dəfə xəbəri necə aldınız?
- İş yoldaşımdan eşitdim ilk olaraq. Elə bu otaqda oturmuşduq. Həmin gün işimlə bağlı başqa bir uğurum da olmuşdu, həmin hadisəyə görə hər kəs məni təbrik edirdi. Bu zaman başqa bir iş yoldaşım da zəng edib xüsusi şəkildə təbrik etdi və mənə həmin sərəncamın şəklini yolladı, bu xəbər həmin gün mənə ikiqat sevinc yaşatdı.
- Sizin filmləriniz bir çox ölkələrdə və festivallarda təqdim olunub, həmin filmlər ekranlarımızda yayımlanıb?
- Xeyr, festivallarda təqdim olunan filmlər ekranlarda yayımlanmır. Müxtəlif filmlərin və verilişlərin quruluşçu rejissoru olmuşam. Filmlərim ölkə daxilində və xaricində festivallarda iştirak edib və müxtəlif mükafatlar qazanıb.
- Sizcə, hazırda ölkəmizdə film sahəsi yetərincə inkşaf edibmi?
- Film sahəsindəki inkişaf göz önündədir. Son dövrlərdə çəkdiyimiz serialları xüsusi vurğulamaq istədim. Misal olaraq “Vətəndaş A” serialının adını çəkə bilərəm. İstər görüntü, istər ssenari baxımından yaxın 4-5 ilə nisbətən xeyli fərq hiss olunur. Filmlər festival həyatı yaşayır deyə internetə çox gec yüklənir və az sayda insan baxır, yəni cəmiyyətimiz həmin filmlərin varlığından xəbərsiz olur. Lakin həmin filmlərə baxan tamaşaçılardan kifayət qədər müsbət rəylər alırıq. Bunlardan “Nar bağı”, “Üçüncü günün adamı”, “Qırmızı bağ” filmlərini misal göstərmək olar.
- Yaxın gələcəkdə hansı layihələriniz gözlənilir?
- Keçən il Xüsusi Layihələr studiyası tərəfindən 28 film təqdim etmişik. Hazırda bir ay ərzində əlliyə yaxın adda veriliş yayımlanır. Eyni zamanda müəllif işi olaraq da layihələr və qısametrajlı film üzərində işləyirik. İnanıram ki, uğurlu işlər ortaya qoyacağıq.
- Qeyd etdiniz ki, həm də müəllim olaraq çalışırsınız. Eyni zamanda bir neçə işlə məşğul olmaq çətin gəlmir sizə?
- Müəyyən informasiyaları tələbələrlə bölüşəndə həmin məlumatlar özüm üçün də yenilənmiş olur. Öyrətmək, həm də öyrənməkdir.
- Mütaliə edirsinizmi, daha çox hansı janra üstünlük verirsiniz?
- Məndən soruşanda ki hansı film və ya kitab çox sevirsiniz, heç vaxt dəqiq bir yazıçı və ya rejissor adını deyə bilmirəm. Mənə elə gəlir ki, insanın ruh halı ilə bağlı olan bir nüansdır. Ümumi götürsək, dram janrını çox oxuyuram.
- Son olaraq bu yolda addımlayan gənclərə nə demək istəyərdiniz?
- Əgər bir məqsəd qarşıya qoymusansa və o məqsəd üçün çapalayırsansa, gec-tez məqsədinə çatacaqsan. Nəzərdə tutduğum planlara doğru addımlar atdığım üçün uğurlu alınır. Əminəm ki, dayanmadan çalışsam, bu uğurların davamı gələcək. Bütün gənclərə məsləhət görərdim ki, heç vaxt həvəsdən düşməsinlər və daim öz üzərlərində işləsinlər.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23

