“Heç bir xarici dövlət Azərbaycanda hansısa siyasi qüvvəni və ya partiyanı müdafiə etmir”
06.09.2013 [09:28]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının Publika.Az-a müsahibəsi:
- Artıq seçkilərə çox az vaxt qalır. YAP-ın seçkilərə hazırlıq işi necə gedir?
- YAP seçkilərə tam hazırdır. Bu hazırlıq işləri bu günün və yaxud da dünənin işi deyil. Bizim hazırlıq işlərimiz bir il bundan öncə başlanılıb. Biz hər zaman seçkilərə ciddi yanaşmışıq və ciddi hazırlıq işləri görmüşük. Biz hər işimizi partiyanın İdarə heyətinin müəyyən etdiyi seçki qrafiki əsasında qururuq. Seçkilər müəyyən mərhələdən ibarətdir, seçki öncəsi vəzifələr var, namizədliyin müəyyən edilərək irəli sürülməsi, ona dəstək üçün imzaların toplanılması və digər prosedur məsələləri mövcuddur. Həmçinin, seçkilərin təşviqat mərhələsi var. Seçki Məcəlləsində təşviqatla bağlı müddəalar var və biz həmin müddəalara uyğun formada işlərimizi qurmuşuq. İnşallah bu ayın 16-dan etibarən bütün rayon və şəhər təşkilatlarımız müəyyən olunmuş qrafik əsasında əhali arasında təşviqat işini aparacaq. Yəni, qanunun icazə verdiyi səlahiyyətlər çərçivəsində bütün işlərimizi görəcəyik. Bizim rayon və şəhər təşkilatlarında təbliğat qruplarımız və partiya fəalları mövcuddur. Bu şəxslər qarşıda duran vəzifələri bilirlər. Biz onlarla müxtəlif treninqlər keçirib söhbətlər aparmışıq. Yəni, bütün bu kimi işlər nəzərdə tutduğumuz plan üzrə ardıcıl şəkildə həyata keçirilməkdədir. Əminəm ki, gördüyümüz bu kimi işlər uğurlarımızın əldə edilməsi işinə özünün böyük töhfələrini verəcək.
- Seçki öncəsi YAP-ın mitinqləri gözlənilir?
- Mən bu suala çox qısa cavab vermək istəyirəm. Biz qanunun icazə verdiyi bütün imkanlardan maksimum istifadə edəcəyik.
- YAP-ın namizədinin vəkilləri müəyyənləşib?
- Bunlar da qanunda necə nəzərdə tutulubsa, o cür də həyata keçiriləcək.
- Bu yaxınlarda Azərbaycanda akkreditə olmuş bir sıra Qərb ölkələrinin diplomatları ilə “Milli şura”da təmsil olunan siyasi partiya rəhbərləri arasında görüş keçirilib. Bu cür görüşlərin keçirilməsi hakim partiyanı narahat edirmi?
- Bu cür məsələlər bizi narahat etmir. Səhv etmirəmsə, seçkilərə qatılmaq üçün artıq 21 nəfər MSK-ya müraciət edib. Onların arasında artıq imzalarını toplayıb təsdiq olunmuş namizədlər var. Təbii ki, burada ilk olaraq bizim namizədimiz olan Prezident İlham Əliyevin imza vərəqələri Yeni Azərbaycan Partiyasının fəalları tərəfindən toplanıb MSK-ya təqdim olunub və təsdiq edilib. Bundan əlavə, bir neçə namizədin də imza vərəqələri MSK-ya təqdim olunub və təsdiqlənib. Ayın 9-na qədər seçkilərə qatılacaq namizədlərin kimliyi hamıya bəlli olacaq.
MSK-da peşəkarlar həmin imza vərəqələrini diqqətlə nəzərdən keçirirlər. Bu proses tam qanun çərçivəsində şəffaf şəkildə hazırda davam edir. Seçki təbliğat kampaniyası başlayan kimi biz də hamı kimi seçki yarışında iştirak edəcəyik. Biz heç bir namizədin üzərində dayanıb onunla bağlı polemika aparmaq fikrində deyilik. Orada olanların hər biri bizim üçün namizəddir. Onların arasında heç bir fərq görmürük.
“Milli şura” deyilən qurumun irəli sürdüyü namizəd də sıradan namizədlərdən biridir və biz də ona bu cür yanaşırıq. Digər namizədlər də müxtəlif görüşlər keçirir. Onların arasında Qərb və Şərq ölkələrinin diplomatları ilə görüşənləri var. Bütün bunlar isə seçki ilə bağlı mövcud olan qaydalara əməl olunan prosesdir. Ona görə də, biz bundan qəti narahat deyilik. “Milli şura” kiminlə görüşür və yaxud görüşmür, bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Onlardan kimsə iddia edirsə ki, guya “Milli şura”nı kimlərsə müdafiə edir, biz bu cür iddiaları da çox görmüşük. Həmin iddialardan az sonra məlum olub ki, sən demə bu cür iddialar yalnız özünə təsəllidir. Heç bir xarici dövlət Azərbaycanda hansısa siyasi qüvvəni və ya partiyanı müdafiə etmir. Çünki Azərbaycanın təkcə Ermənistan istisna olmaqla, heç bir xarici dövlətlə problemi yoxdur. Dövlətlərarası münasibətlərdə bizim yüksək səviyyəli əlaqələrimiz mövcuddur. Ona görə kimsə gedib hansısa ölkənin diplomatı ilə görüşürsə, bu, ancaq onun özünün reklamı üçündür. Bu, bizi qəti narahat etmir.
- Bu yaxınlarda “Milli şura”nın bir sıra təmsilçiləri də Londona dəvət alıb...
- Mən burada da heç bir problem görmürəm. Digər namizədlər də xarici ölkələrə səfərlər edə bilər və edənləri də var. Sadəcə, nədənsə mətbuat daha çox “Milli şura” deyilən qurumun üzərində dayanır. “Milli şura”dakı namizədlərdən heç də geri qalmayan namizədlər də var. Onlar da fəallıq nümayiş etdirirlər. Seçki vaxtı bu cür fəallığın olması təbiidir. Hər namizəd özünün cəmiyyətdə yerini möhkəmləndirmək üçün çalışır.
London səfəri ilə bağlı məlumatı mən mətbuatdan əldə etmişəm. Yazılanlara görə, Londonda bir sıra görüşləri nəzərdə tutulub. Buyurub görüşsünlər, biz azad və demokratik ölkəyik. Ölkəmizdə siyasi qrupların və onların nümayəndələrinin xaricə gedib kimlərləsə görüşməsindən biz narahat deyilik. Azərbaycanda istənilən siyasi partiya nümayəndəsi istənilən vaxt xaricə gedib kiminləsə görüşə bilər. Biz burada heç bir narahatçılıq görmürük. Biz London görüşündən qəti narahat deyilik. Bu görüş sıradan bir görüşdür. Yəqin ki, kimlərsə hansısa namizədlə tanış olmaq istəyir. Bu tanışlıq isə bizə xələl gətirəcək dərəcədə deyil. Çünki Azərbaycanda hakimiyyəti və onun müəyyənləşməsini Azərbaycan xalqı müəyyən edir. İstəyirsən gedib Londonda, Nyu-Yorkda, Pekində, Tehran və ya İstanbulda görüş, bizim üçün fərq etməz. Çünki son nəticəni Azərbaycan xalqı həll edir.
- Rüstəm İbrahimbəyov bildirib ki, Azərbaycan hakimiyyəti bir vaxtlar “Milli şura”nı Rusiyanın layihəsi olmaqda ittiham edirdi, ancaq prezident Vladimir Putinin Bakıya səfərindən sonra bu ittihamlara son qoyuldu. Hətta Rüstəm İbrahimbəyov hakimiyyətin özünün Rusiya ilə çox yaxın olduğunu söyləyib. Buna münasibətiniz necədir?
- Mən hərdən Rüstəm İbrahimbəyovun müsahibələrinə diqqət yetirmişəm. O, bəzən dolaşıq və bir-birini təkzib edən tezislər söyləyir. Onun dediyi hər bir fikrin də üzərində dayanıb buna xüsusi enerji sərf etmək istəməzdim. Azərbaycanda Rüstəm İbrahimbəyovun və onun ətrafında olan adamların haradan qaynaqlanması bizi maraqlandırmır. Hakimiyyətin qaynağı xalqdır. Əgər xalqdan qaynaqlanırsa, desin ki, xalqdan qaynaqlanıram. Azərbaycanda siyasi proseslərin gedişi zamanı şəxsən bizim partiyadan heç kim “Milli şura”nın Rusiyanın layihəsi olması haqda fikir söyləməyib. Bu haqda fikirləri ayrı-ayrı müstəqil ekspertlər və sairə mətbuatda səsləndiriblər. Ancaq “Hakimiyyət bizi Rusiyanın adamı saydı” deyən və bu iddiaları ortaya qoyan şəxslər düşünməlidirlər ki, hakimiyyət adından açıqlamaları verən rəsmi şəxslər var. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və hökumət üzvləri mövqe bildirə bilərlər. İndi sual olunur: axı hansı hökumət üzvü və ya rəsmi şəxs “Milli şura” Rusiyanın layihəsidir” kimi fikir söyləyib? Bu cür fikir söyləyən rəsmi şəxslərimiz olmayıb. Hansısa müstəqil politoloqun dediyi fikri hakimiyyətin fikri kimi yozmaq doğru deyil.
Hakim partiya funksionerlərinin də heç biri bu məsələ ilə bağlı konkret ifadə işlətməyib. Ona görə də, hesab edirəm ki, Rüstəm İbrahimbəyov bu cür fikirləri mətbuatda gedən yazılara istinadən söyləyir. Görünür Rüstəm İbrahimbəyov rəsmi mövqe ilə politoloqların mövqeyi arasında olan fərqi hesablamayıb. Biz heç zaman “kimsə kimsənin adamıdır” tezisini söyləmirik. Bizim üçün Azərbaycan xalqı var.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

