/ / ATƏT/DTİHB-dən başqa, bütün beynəlxalq müşahidə missiyaları seçkilərin demokratik, şəffaf və ədalətli keçirildiyini xüsusi olaraq vurğuladılar
ATƏT/DTİHB-dən başqa, bütün beynəlxalq müşahidə missiyaları seçkilərin demokratik, şəffaf və ədalətli keçirildiyini xüsusi olaraq vurğuladılar
18.10.2013 [09:20]
Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:
- Bahar xanım, siz bu günlərdə ATƏT-in Parlament Assambleyasının (PA) payız sessiyasında ATƏT PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri olaraq iştirak edibsiniz. Gözlənildiyi kimi, sessiyada Azərbaycanda keçirilən sonuncu seçkilər, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) məlum qərəzli rəyi də diqqət mərkəzində olub. Bu müzakirələr barədə məlumat verərdiniz...
- Məlum olduğu kimi, Azərbaycandan olan nümayəndə heyəti oktyabrın 13-dən 15-dək Monteneqronun Budva şəhərində keçirilən ATƏT-in Parlament Assambleyasının payız sessiyasında iştirak edib. Payız sessiyası çərçivəsində Aralıq dənizi Forumu, Assambleya Bürosunun iclası, Daimi Komitənin nümayəndə heyətləri rəhbərlərinin iclası və parlament konfransı keçirilib. İclaslarda Azərbaycanda keçirilən seçkilər və onların nəticələri ilə bağlı məsələlər müzakirə olunub.
Sessiya çərçivəsindəki müzakirələrdə aparıcı istiqamət ondan ibarət idi ki, müşahidə missiyasının üzvlərinin fikirlərinin ATƏT/DTİHB-nin rəyində yer almasına imkan verilməyib. Bu səbəbdən də bildiyimiz kimi, koordinator Mişel Vuazen seçkilərdən sonra özünün ayrıca bəyanatını verməli oldu. Məlumdur ki, əksər beynəlxalq təşkilatlar kimi AŞ PA və Avropa Parlamenti də Azərbaycandakı seçkiləri kifayət qədər yüksək dəyərləndiriblər. Çox təəssüf ki, ATƏT/DTİHB-nin hesabatı tamamilə mənfi tondadır. Burada bir məqamı nəzərə almaq lazımdır ki, ATƏT PA-nın müşahidəçiləri ayrı-ayrı ölkələrin deputatlarından, ATƏT/DTİHB-nin müşahidəçiləri isə muzdla tutulmuş “ekspertlərdən” ibarət olur və bir qayda olaraq, təcrübələrinə, seçki prosesini dəyərləndirmə imkanlarına görə onlar ATƏT PA-nın müşahidəçilərindən xeyli geridə qalırlar. Digər tərəfdən, bu iki institut müşahidə etdikləri seçkilərlə bağlı vahid mövqedən çıxış etməkdə daim çətinliklərlə üzləşir. Bu məsələ təkcə Azərbaycanda deyil, ATƏT-in digər üzv ölkələrində keçirilən seçkilərdə də problem kimi meydana çıxır. Hər dəfə bu cür fikir ayrılıqları, ziddiyyətlər, birinin digərini öz işinə yaxın buraxmaması, amma nəticədə, onun rəyinə qoşulmasını tələb etməsi kimi vəziyyətlə üz-üzə gəlirlər. Sabit mövqeyi olan, məsələyə münasibətini konkret faktlar əsasında formalaşdıran siyasətçilər isə bunu qəbul etmək istəmirlər.
Sessiya çərçivəsində ATƏT PA-nın daimi komitəsinin iclasında isə bu məsələnin müzakirəsində 56 üzv ölkənin hər birinin nümayəndələri və katiblər, həmçinin, ATƏT-in büro üzvləri iştirak edirdilər. Bu müzakirələr kifayət qədər məhsuldar oldu. İlk olaraq Doris Barnett çıxış etdi. D.Barnett nəticə etibarilə ATƏT/DTİHB ilə işləməyin çox çətin olduğunu bildirdi. Hər kəsin fikrini ifadə edən hesabatın hazırlanması səylərinin baş tutmamasından doğan narazılıq onun çıxışında özünü qabarıq göstərirdi. Yalnız faktlar əsasında münasibət bildirməyə üstünlük verdiyini deyən Barnett bildirdi ki, istər Bakıda, istərsə də regionlarda seçkilərin çox yüksək əhval-ruhiyyədə keçdiyinin, insanların öz iradələrini azad ifadə etməsi üçün hər bir şəraitin yaradıldığının şahidi olub. Bununla yanaşı, namizədlərin çoxluğu, mətbuatda fikirlərin sərbəst işıqlandırılması, televiziyadakı debatlar və çoxsaylı müşahidəçilərin iştirakı da müsbət cəhətlərdir. Xanım Barnett vurğuladı ki, hər hansı nöqsanlar olsa belə, onlar seçki prosesini kölgədə qoyacaq, nəticələri şübhə altına alacaq səviyyədə olmayıb. D.Barnett, həmçinin qeyd etdi ki, Azərbaycanda keçirilən seçkilər səviyyə və seçki texnologiyası baxımından Almaniyadakı seçkilərə bərabər səviyyədədir. Onun gəldiyi qənaət ondan ibarətdir ki, ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının metodologiyasını dəyişmək lazımdır. ATƏT/DTİHB fəaliyyətinin nədən ibarət olduğu o qədər də məlum olmayan QHT-lərin verdiyi “faktları” dərhal hesabatlarına daxil edir, amma həmin iddialarla bağlı müvafiq qurumların mövqelərini qətiyyən nəzərə almır.
Müşahidə missiyalarının əlaqələndiricisi Mişel Vuazen isə çıxışında Azərbaycanda seçkilər ərəfəsində hökumət rəsmiləri və namizədlərin seçki qərargahlarının nümayəndələri ilə keçirdiyi görüşlərin nəticəsində müvafiq dövlət qurumlarının namizədlərə hər cür şərait yaratdığının şahidi olduğunu söylədi. O, seçkilər günündə yüksək seçici fəallığnın olduğunu, seçkilərin nəticəsində isə heç kimin inkar edə bilmədiyi, şəksiz bir qalib şəxsin olduğunu, onun cəmiyyətdə yüksək reytinqə malik olduğunu dedi. Azərbaycanda dördüncü dəfədir ki, seçkiləri müşahidə edən M.Vuazen sonuncu prezident seçkilərini bir sıra ölkələrə müsbət nümunə kimi göstərdi. O, həmçinin, ATƏT PA-nın ATƏT/DTİHB ilə əməkdaşlıq prinsiplərinə yenidən baxılmalı olduğunu vurğuladı.
Bütövlükdə, mən son 8 ildə müxtəlif ölkələrdə keçirilən seçkilərlə bağlı ATƏT PA-dakı müzakirələrdə iştirakıma əsasən deyə bilərəm ki, bu günə qədər haqqında bu qədər çox sayda müsbət fikir ifadə olunan seçkiyə rast gəlməmişdim. Demək olar ki, daimi komitənin iclası bütünlüklə Azərbaycandakı seçkilərə həsr olundu, çıxış edənlərin əksəriyyəti ATƏT/DTİHB-nin Azərbaycandakı seçkilərə verdiyi mənfi qiyməti tənqid etdi.
- Bildiyimiz kimi, seçkiləri izləyən beynəlxalq müşahidəçilər, ümumilikdə, dünya ictimaiyyəti bu prosesi olduqca yüksək dəyərləndirdilər. Bu məsələyə münasibətiniz necədir?
- ATƏT Parlament Assambleyasında çıxış edənlərin fikir və arqumentlərini gücləndirən əsas məqamlardan biri də onların digər həmkarları ilə eyni mövqedə olmaları idi. Pozitiv haldır ki, ATƏT/DTİHB-dən başqa, bütün beynəlxalq müşahidə missiyaları seçkilərin demokratik, şəffaf və ədalətli keçirildiyini xüsusi olaraq vurğuladılar. Əlbəttə ki, bu, Azərbaycan gerçəkliyinə verilən obyektiv qiymətdir. Qeyd etdiyim kimi, beynəlxalq müşahidə missiyalarının üzvləri də xüsusi olaraq vurğuladılar ki, seçkilərin demokratik keçirilməsi üçün bütün şərait yaradılmışdı. Seçkilərdə iştirak edən bütün namizədlərə bərabər şəraitin yaradılması, seçki məntəqələrində texniki təchizatın yüksək səviyyədə olması, o cümlədən, seçki prosesinin onlayn müşahidə edilməsi, proses çərçivəsində mətbuatın sərbəst fəaliyyət göstərməsi və digər faktlar deyilənlərin bariz nümunəsidir. Şübhəsiz, beynəlxalq müşahidə missiyalarının müsbət rəy və mövqeyini şərtləndirən amillər məhz bunlardır. Çünki bəhs etdiyimiz təşkilatlar seçkiləri hər hansısa bir fakta görə yox, bütövlükdə-kompleks şəkildə qiymətləndirirlər. Doğrudur, bəzi müxalifət qrupları həqiqətə uyğun olmayan məqamlarla beynəlxalq müşahidəçiləri yanıltmağa çalışdılar, amma müşahidəçilərin hadisələri obyektiv qiymətləndirmələri həmin qüvvələrin ifşasını şərtləndirmiş oldu.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq müşahidəçilərin seçkiləri pozitiv qiymətləndirmələri Azərbaycanı razı salmağa yönəlmiş bir addım deyildi. Bu, sözün həqiqi mənasında, demokratik, şəffaf və ədalətli şəkildə baş tutmuş seçkilərin obyektiv qiymətləndirilməsi, həmin müşahidə missiyalarının prinsipial mövqeyidir. Belə olan halda, 1000-dən artıq beynəlxalq müşahidəçinin rəyinin təkcə ATƏT/DTİHB-nin mövqeyinə qurban verilməsi doğru olmaz. Azərbaycan ictimaiyyəti də bunu əsla qəbul etmir.
Qeyd edim ki, sözügedən beynəlxalq müşahidəçilərin bir çoxları Azərbaycanda gördükləri demokratik dəyərlərin öz ölkələri üçün nümunə olduğunu qeyd etdilər. Digər tərəfdən, Azərbaycan xalqının seçimi və iradəsi aydındır. Xalqımız öz Prezidentini seçdi və Azərbaycan bundan sonra da demokratik inkişaf yolunda uğurla addımlayacaq. Azərbaycan bu gün demokratik inkişaf yolunda inamla irəliləyir, insan və vətəndaş hüquq və azadlıqları təmin edilib. Bütün qüvvələrə qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərmək imkanları yaradılıb.
Onu da söyləmək istərdim ki, ATƏT Parlament Assambleyasının vitse-prezidenti George Sereteli, həmçinin, avstriyalı deputat Volfqanq Qrossruk, müşahidə missiyasının rəhbəri, Almaniyadan olan millət vəkili Doris Barnett və digərləri də ATƏT/DTİHB-in Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mövqeyinin tamamilə qərəzli olduğunu qeyd etdilər.
Əlbəttə, bu faktlar bilavasitə ATƏT-in nüfuzuna zərbə olmaqla yanaşı, sözügedən təşkilat daxilində institutlararası ziddiyyətləri göstərir. ATƏT daxilindəki bu qurumlar arasında ortaq fəaliyyətə dair razılaşma əldə olunub, amma görünən odur ki, bu razılaşma hər zaman DTİHB tərəfindən pozulur. Baxmayaraq ki, bir müddət öncə ATƏT rəhbərliyi tərəfindən bu iki qurum arasında əlaqələrin normallaşmasının təmin olunmasına və razılaşmaya əməl edilməsinə nail olmaq üçün xüsusi bir qrup yaradılmışdı. Qurumun yay sessiyasında da bu məsələ gündəmə gətirilmişdi. Amma görünən odur ki, nəinki hər hansı bir nəticə yoxdur, eləcə də bu münaqişə daha kəskin həddə çatıb.
- Bahar xanım, bəs ATƏT-in Parlament Assambleyasının sessiyasında ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən seçkilərə qərəzli və ədalətsiz mövqeyinə hər hansı bir münasibət bildirildimi?
- Sessiya çərçivəsində sırf ABŞ Dövlət Departamentinin qərəzli mövqeyinə dair fikir söylənilmədi. Amma qeyd etdiyim kimi, Azərbaycanda keçirilən prezident seçkilərinə qərəzli mövqe bəsləyənlərin ədalətsiz yanaşmasına açıq təpkilər göstərildi. Ümumilikdə qeyd edildi ki, seçkilərin demokratik, şəffaf və ədalətli olduğunu inkar etmək obyektivlikdən uzaqdır. Çıxışlarda aşkar şəkildə bildirilirdi ki, ATƏT-in daxilində müşahidə məsələsində ikili və çoxüzlü yanaşma mövcuddur. Məsələn, seçkiləri müşahidə etmək üçün Almaniyaya 2, Azərbaycana 300, Ukraynaya 800, Rusiyaya 1000 nəfərdən çox nümayəndə göndərilir. Anlaşılan deyil ki, bu seçim hansı kriteriyalara və ya əsaslara görədir? Bu məsələ də kəskin tənqid obyektinə çevrildi.
Onu da qeyd edim ki, ABŞ-da bir çox hallarda seçki məntəqələrinə müşahidəçilər buraxılmır. Yeri gəlmişkən, sessiyada iştirak edən Almaniya nümayəndə heyətinin üzvü xanım Helqa Daub bu məsələylə bağlı maraqlı faktlar söylədi. O, ABŞ-da keçirilən və Obamanın qələbəsi ilə başa çatan seçkilərdə müşahidəçi olub. Helqa Daub qeyd edir ki, onun da iştirak etdiyi heyət müşahidə prosesi çərçivəsində Texas ştatında olub. Prosedur qaydalarına görə, hər müşahidəçi qrup 10 məntəqədə olmalı idi. Lakin xanım Helqa Daubun iştirak etdiyi müşahidəçi qrupu 8 seçki məntəqəsinə buraxılmayıb, qalan 2 məntəqənin hər birinə daxil olduqda isə Obamanın böyük şəklini görüblər. Qeyd edilib ki, bu, yolverilməz haldır. Amma müşahidəçilərin iradı qətiyyən nəzərə alınmayıb. Heç ATƏT/DTİHB-in bu ölkədəki missiyası da bu fakta məhəl qoymayıb.
- Bildiyimiz kimi, prezident seçkiləri cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə nəticələndi. Bir sözlə, xalq inkişaf və sabitliyə səs verməklə öz firavan gələcəyini seçmiş oldu. Növbəti 5 ildə xüsusilə də xarici siyasətlə bağlı qarşıda duran hədəflər və prioritet istiqamətlər barəsində nə deyə bilərsiniz?
- Öncə onu qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursu sayəsində Azərbaycan ötən 10 ildə çox böyük uğurlar əldə etdi. Azərbaycan Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasət nəticəsində uğurla inkişaf edir. Bütün bunların sayəsində bu seçkilərin də favoriti cənab İlham Əliyev idi və dövlətimizin başçısı növbəti dəfə qələbə qazandı.
Seçki kampaniyası ərəfəsində Yeni Azərbaycan Partiyasının da səmərəli və çoxşaxəli fəaliyyətinə toxunmaq istərdim. Partiyamız bu ərəfədə hər bir Azərbaycan vətəndaşına istiqamətlənmiş seçki taktikasına istinad etdi. Bütün bölgələrdə çoxsaylı görüşlərin keçirilməsi, vətəndaşlarla bilavasitə ünsiyyətin yaradılması xüsusi olaraq vurğulanmalıdır. Yeni Azərbaycan Partiyasının çoxsaylı görüşlərində cəmiyyətin ən müxtəlif təbəqələrinin nümayəndələri - ziyalılar, millət vəkilləri, elm xadimləri və s. böyük məmnuniyyətlə iştirak edirdilər. Seçicilərin isə keçirilən görüşlərə böyük ruh yüksəkliyi ilə qatılması Yeni Azərbaycan Partiyasının və partiyamızın Sədri cənab İlham Əliyevin cəmiyyətdəki nüfuzunun göstəricisidir. Mən bu kampaniyada iştirak edən hər kəsə, o cümlədən seçicilərə xüsusi minnətdarlıq edir, təşəkkürümü çatdırıram.
Qeyd edim ki, növbəti 5 ilin prioritetləri cənab İlham Əliyevin seçkidən sonra xalqa müraciətində öz əksini tapdı. Şübhəsiz, növbəti 5 ildə də mühüm uğurlar əldə ediləcək, çünki qarşıya qoyulan prioritetlər, həyata keçirilən düzgün siyasət bunu şərtləndirir.
Ümumiyyətlə, daxili siyasətdə əldə edilən nailiyyətlər xarici siyasətin uğurları ilə müşayiət olunur. Azərbaycan müstəqil xarici siyasət yeridir və ölkənin milli maraqları hər şeydən üstün tutulur. Bu gün Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış edir. İnanıram ki, Azərbaycanın uğurlu xarici siyasəti bundan sonra da davam edəcək, qarşıya qoyulan bütün məqsədlər gerçəkliyə çevriləcək. Bizim əsas hədəfimiz Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qoşulmasıdır.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20

