Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası Azərbaycan siyasətinə yeni bir mədəniyyət, yeni bir baxış gətirdi

Yeni Azərbaycan Partiyası Azərbaycan siyasətinə yeni bir mədəniyyət, yeni bir baxış gətirdi

19.11.2013 [09:15]

Ramiz Göyüşov: Yaranmasından cəmi 6 ay keçəndən sonra hakimiyyətə gələn YAP sözün əsl mənasında yeni Azərbaycanı qurdu
Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovdur:
- Ramiz müəllim, qarşıdan Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü gəlir. Ümumiyyətlə, YAP-ın yaranmasını şərtləndirən amillər nədən ibarət idi?
- YAP elə bir dövrdə yarandı ki, həmin vaxt Azərbaycan yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl ziyalılarını, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz belə bir ərəfədə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevə müraciət göndərildi. Həmin müraciət, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalılarının və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ulu öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ümummilli lider Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək 1992-ci il noyabrın 21-də partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Onu da deyim ki, təsis olunmasından cəmi 6 ay keçəndən sonra YAP iqtidara gəldi və iqtidara gəlməklə sözün əsl mənasında yeni Azərbaycanı qurdu. Ötən 21 il göstərdi ki, bu partiya doğrudan da zamanın diktəsi ilə yaranıb və hakimiyyətə vaxtında gəlib. YAP Azərbaycan siyasətinə yeni bir mədəniyyət, yeni bir baxış gətirdi, iqtidara gəlməyin yeni bir sivil yolunu öyrətdi. Onu da deyim ki, Azərbaycan ötən 21 ildə, əslində bir əsrlik yol keçib və bu müddətdə ölkəmiz tamamilə yenidən qurulub, tamamilə yeniləşib. Bəhs edilən müddətdə ölkəmizin iqtisadiyyatı da, görkəmi də, həmçinin, insanların düşüncəsi də yeniləşib. Təbii ki, bu inkişafda, yeniləşmədə partiyamızın özünəməxsus payı var və Azərbaycanın sabahı YAP-la bağlıdır.
- Sizin də dediyiniz kimi, YAP qısa zamanda təşkilatlandı, yaranmasından cəmi 6 ay sonra hakimiyyətə gəldi və nəinki ölkəmizin, ümumilikdə regionun bir nömrəli partiyası oldu. Bütün bu uğurların əsasında hansı faktor dayanır?
- Bu uğurların əsasında, ilk növbədə, Heydər Əliyev dühası dayanır. Heydər Əliyev hələ Sovet dövründə uzun illər rəhbər vəzifədə olmuşdu və Azərbaycanın sabahı da məhz elə o dövrlərdən başlayaraq Ulu öndər tərəfindən qurulurdu. Yəni, ölkəmizin indiki müvəffəqiyyətlərinin əsası həmin illərdə, məhz Ümummilli liderimiz tərəfindən qoyulmuşdu. Buna görə də, sizin sualınızın cavabı birbaşa Ulu öndərlə bağlıdır. Çünki xalqımızda Heydər Əliyevə bir məhəbbət vardı və məhz həmin məhəbbətin nəticəsi idi ki, YAP tez bir zamanda mütəşəkkil şəkildə təşkilatlandı və qısa müddətdən sonra hakimiyyətə gəldi.
- Partiyanın həyatında önəmli məqamlardan biri də cənab İlham Əliyevin YAP Sədrinin birinci müavini seçilməsi ilə bağlıdır...
- Biz tarixə ekskurs edəndə görürük ki, cənab İlham Əliyev Ulu öndərimizin müxtəlif səfərlərinin, müxtəlif görüşlərinin əksəriyyətinin iştirakçısı olub. Və İlham Əliyev peşəkar bir siyasətçi kimi məhz Ulu öndər Heydər Əliyevin yanında yetişib. Təsadüfi deyil ki, cənab İlham Əliyevin 2001-ci il noyabr ayının 21-də partiyanın II Qurultayında YAP Sədrinin birinci müavini seçilməsi həm “yeni azərbaycançılar”, həm də ümumilikdə xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Eyni zamanda, bu, YAP-da yeni bir dövrün əsasını qoydu. Cənab İlham Əliyev partiyaya yeni nəfəs, yeni güc, yeni əhval-ruhiyyə gətirdi.
- Təbii ki, YAP-ın ötən 21 il ərzində qazandığı uğurlardan şəhər və rayon təşkilatlarına, o cümlədən YAP-ın Binəqədi rayon təşkilatına da pay düşüb. Bəs, hazırki dövrdə YAP Binəqədi rayon təşkilatının fəaliyyətini necə dəyərləndirmək olar?
- YAP Binəqədi rayon təşkilatı 1993-cü il martın 7-də yaranıb. Rayon təşkilatının 14 min nəfərdən çox üzvü var ki, onlar da 216 ərazi ilk partiya təşkilatında təmsil olunurlar. Təbii ki, partiyanın özəkləri, ilk təşkilatları nə qədər güclü olarsa, partiya o qədər güclü olar. Bu baxımdan YAP Binəqədi rayon təşkilatı ilk təşkilatlarla işə, partyanın keyfiyyət tərkibinə xüsusi önəm verib. Ərazi ilk partiya təşkilatları ilə mütəmadi olaraq görüşlər keçiririk. Bu gün ərazi ilk partiya təşkilatları ilə YAP Binəqədi rayon təşkilatı arasında effektiv koordinasiya sistemi yaranıb ki, bu da son nəticədə ümumi işimizə müsbət təsir göstərir. Bir məlumatı da qeyd etmək yerinə düşər ki, son iki ay ərzində rayon ərazisində 7 yeni ərazi ilk partiya təşkilatı yaradılıb. Məhz görülən işlərin nəticəsi olaraq hazırda YAP-ın ən mütəşəkkil təşkilatlarından biri kimi, Binəqədi rayon təşkilatı çıxış edir. Bizim fəaliyyətimizə stimul verən başlıca amillərdən biri YAP-ın Sədri, cənab Prezident İlham Əliyevin diqqət və qayğısıdır. Məlumat üçün bildirim ki, dövlət başçısı 3 iyul 2013-cü il tarixində Binəqədi rayonuna səfəri çərçivəsində bir sıra sosial obyektlərin, o cümlədən, YAP Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak etdi. Cənab Prezident açılış zamanı söylədiyi nitqində qeyd etdi ki, YAP Binəqədi rayon təşkilatının sahib olduğu inzibati bina kimi tikili heç bir rayonda yoxdur. Özünəməxsus memarlıq üslubuna malik olan bu cür binanın istifadəyə verilməsi YAP Binəqədi rayon təşkilatının tarixində əlamətdar haldır və özü-özlüyündə bizə göstərilən bir etimaddır. YAP Binəqədi rayon təşkilatı olaraq biz də göstərilən etimadı doğrultmaq istiqamətində öz fəaliyyətimizi davam etdirir, cənab Prezidentin partiyaya yeni qəbul zamanı keyfiyyət prinsipinə üstünlük verilməsinə dair tövsiyəsini rəhbər tutaraq sağlam əqidəli, yüksək təhsilli, vətənpərvər, öz dövlətini və millətini sevən şəxslərin partiyaya üzvlüyünə üstünlük veririk. Heç şübhəsiz son vaxtlar Binəqədi rayonunda görülən abadlıq-quruculuq işləri də insanlarda fərəh hissi yaradır və vətəndaşları ölkənin ən aparıcı partiyasına qoşulmağa sövq edir. Bu abadlıq-quruculuq işlərində partiyamızın üzvləri də yaxından iştirak edirlər.
- Bəs, rayon təşkilatında gənclərlə iş necə qurulub?
- Ümummilli lider Heydər Əliyev YAP-ın I Qurultayında partiyada gənclərin sayının artırılmasını xüsusi proqram kimi, vəzifə kimi qarşıya qoymuşdu. Və hazırda YAP üzvlərinin 40 faizə qədərinin gənclərdən ibarət olması, məhz Ümummilli liderimizin uzaqgörən siyasətinin nəticəsidir. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərlə bağlı Dövlət proqramları hazırlanır, Milli Məclisdə qəbul olunan qanunlarda mütləq gənclər nəzərə alınır. Bütün bunlar, həmçinin, dövlət gənclər siyasəti rəhbər tutularaq, təbii ki, YAP Binəqədi rayon təşkilatında da gənclərə üstünlük verilir və rayon təşkilatı Aparatının tərkibi elə gənclərdən ibarətdir. Hazırda YAP Binəqədi rayon təşkilatının qərargahında bir aparat rəhbəri 7 təlimatçı fəaliyyət göstərir ki, onların da ən böyüyünün yaşı 35-dir. Qalanların yaşı isə 20-30 civarında dəyişir. Eyni zamanda, son 3 ay ərzində biz partiyanın sıralarına 1000 nəfərdən çox üzv qəbul etmişik ki, onların da 90 faizi gənclərdir. Siz hər gün mütəmadi olaraq rayon təşkilatında onlarla gənc görə bilərsiniz. Həmin gənclər könüllü olaraq buraya gəlir, partiya işini öyrənirlər. Bu gün YAP Binəqədi rayon təşkilatının üzvlərinin 60 faizə qədərini gənclər təşkil edir. Rayon təşkilatında gənclərə kadr kimi yetişməsində, partiya işinin mənimsənilməsində, idarəetmənin strukturu barədə müfəssəl məlumatlar verilir, onlara böyük bir təcrübə qazanmaq üçün hər cür şərait yaradılır.
- Məlum olduğu kimi, oktyabrın 9-da keçirilən prezident seçkilərində Azərbaycan xalqı yenidən dövlət başçsı İlham Əliyevə etimad göstərdi. Bu seçkilərə hazırlıq və seçkilər dövründə YAP Binəqədi rayon təşkilatının fəaliyyəti hansı formada quruldu?
- YAP Binəqədi rayon təşkilatı 2013-cü il prezident seçkilərində digər rayon təşkilatları ilə birgə bir komanda şəklində çox fəal iştirak etdi. YAP Binəqədi rayon təşkilatı xüsusilə də seçki kampaniyası və bu kampaniyanın tərkib hissəsi olan təbliğat-təşviqat kampaniyası dövründə tabeliyində olan bütün resurslardan effektiv istifadə etdi. Seçki kampaniyası ilə əlaqədar olaraq Binəqədi rayonunda Seçki Qərargahı və Seçki Qərargahına tabe olan 14 alt qərargah yaradıldı. Seçki kampaniyası dövründə təbligat-təşviqat işinin keyfiyyətli şəkildə aparılması üçün tərəfimizdən tədbirlər planı hazırlandı. Tədbirlər planına uyğun olaraq Binəqədi rayon ərazisində ən müxtəlif görüşlər konfranslar, müzakirələr keçirildi. Eyni zamanda, Seçki Qərargahının üzvləri təbliğat-təşviqat kampaniyası zamanı sosial şəbəkələrdə xüsusi fəallıq göstərdilər. Bundan başqa, YAP Binəqədi rayon təşkilatı tərəfindən seçki dövründə 10 video rolik çəkildi. Bu video roliklərin çəkilməsində məqsəd partiya fəallarına və ümumilikdə geniş ictimaiyyətə cənab Prezidentin fəaliyyətini təbliğ etmək, son 10 ildə əldə edilmiş uğurları çatdırmaq idi. Həmçinin, YAP Binəqədi rayon təşkilatı Seçki Qərargahı tərəfindən 2013-cü il prezident seçkiləri dövründə təbliğat-təşviqat kampaniyası çərçivəsində mətbuat orqanları ilə çox sıx əlaqə quruldu və tədbirlər mediada geniş şəkildə işıqlandırıldı. Bir sözlə, YAP Binəqədi rayon təşkilatı tərəfindən prezident seçkilərində ən yeni texnologiyalardan istifadə edildi və təbliğat-təşviqat kampaniyası dövründə aparılan effektiv iş seçki günü öz bəhrəsini verdi. Belə ki, Binəqədi rayonu seçici aktivliyinə görə ilk yerlərdən birini tutdu. 10 saylı Binəqədi üçüncü seçki dairəsi isə seçici aktivliyinə görə Naxçıvan Muxtar Respublikasının 1 saylı Şərur -Sədərək seçki dairəsindən sonra respublikada və Bakı şəhər rayonları arasında 80,7 faiz göstərici ilə ön sırada oldu.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 2268 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30