Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / ABŞ-də anomal istilər: 162 milyon insan risk altındadır

ABŞ-də anomal istilər: 162 milyon insan risk altındadır

30.06.2026 [20:18]

ABŞ-də təxminən 162 milyon insan 35 ştatı əhatə edən isti hava şəraitinin təsiri altındadır.

AZƏRTAC xəbər verir ki, həftə sonunadək Birləşmiş Ştatlarda hərarətin daha da artacağı və 35-40 dərəcəyə çatacağı gözlənilir.

“NBC News” telekanalının məlumatına görə, Boston, Nyu-York, Filadelfiya, Baltimor, Vaşinqton, Çikaqo, Minneapolis, Sent-Luis, Neşvil, Tennessi, Atlanta, Orlando, Florida və Klivlend şəhərləri, həmçinin Kolumbiya dairəsi ən çox risk altında olan bölgələrdir.

Meteoroloqlar bazar ertəsi günortadan sonra Çikaqoda temperaturun 33 dərəcə olduğunu, çərşənbə gününədək isə pik həddə çataraq 38-43 dərəcə arasında dəyişəcəyini bildirib. Ohayo ştatının Deyton şəhərində isə temperatur 38 dərəcəyə çatıb.

Cümə günü Nyu-York şəhərində temperaturun 35 dərəcəyə yüksələcəyi, həftə sonu isə Vaşinqton və Şimali Karolina ştatının Reyli şəhərlərində hərarətin 42 dərəcəni ötəcəyi proqnozlaşdırılır.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31