Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir
25.06.2014 [10:20]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, Azərbaycanda qeyd olunan dövlət bayramlarının hər biri əhəmiyyətlidir. Amma müharibə şəraitində olan ölkəmizdə 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü xüsusi əhəmiyyət kəsb edir. Bu haqda fikirlərinizi bilmək istərdik...
- 26 iyun tarixi ölkəmiz üçün çox əlamətdar bir gündür. Bu tarix ölkəmizin və xalqımızın ən əhəmiyyətli bayramlarından biridir. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün ordu quruculuğu çox mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Digər tərəfdən, güclü ordu elə güclü dövlət deməkdir. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ölkəmizin ordusu da bu inkişafa uyğun şəkildə inkişaf edir. Azərbaycanın güclü ordu ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Müstəqilliyin ilk illərində silahlı birləşmələr yaradılmışdı. Amma onlar ayrı-ayrı şəxslərə, siyasi partiyalara və s. tabe idi. Torpaqlarımızın işğalına bir səbəb də ordunun belə vəziyyətdə olması idi. Çünki bir batalyon hücuma keçəndə o biri geri çəkilirdi. Bütün bunlara görə isə faciələrlə rastlaşırdıq. Vahid komandanlığın olmaması ordunu çətin duruma salmışdı. Həmin illərdə silahlı qüvvələrimizə rəhbərlik edənlərin əksəriyyəti Rusiyanın əks-kəşfiyyatı ilə bağlı idi. Müdafiə naziri və onun bəzi müavinləri üçün xaricdən verilən göstərişlər onlar üçün əhəmiyyətli idi. Yəni, onlar respublika rəhbərliyinin mövqeyinə əhəmiyyət vermirdilər, bu da ordu ilə siyasi hakimiyyət arasında ciddi qarşıdurmalara səbəb olmuşdu. Bütün bunlar isə nəticə etibarilə ölkəmizə ciddi problemlər yaradırdı. Amma 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsinə də böyük diqqət ayırdı. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Bunun nəticəsində də qısa müddətdə Ermənistanın işğalı dayandırıldı, hərbi birləşmələrimiz Beyləqan istiqamətində düşmənə ağır zərbələr vurdular. Daha sonra isə həmin istiqamətdə müəyyən qədər ərazimiz işğaldan azad olundu.
Ümumiyyətlə, müstəqil ölkəmizin güclü və qüdrətli ordusunun memarı olan Heydər Əliyev hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin Sovet illərində Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Hansı ki, həmin məktəb bu gün də müstəqil Azərbaycanın ordusu üçün zabitlər hazırlayır. Bunlar isə onu deməyə əsas verir ki, ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və ildən-ilə möhkəmlənib. Bu kurs Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilməkdədir.
Bilirsiniz ki, hazırda regionda böyük gərginlik var, hər gün atəşkəs pozulur. Nəinki təmas xəttində, ümumilikdə Ermənistan-Azərbaycan sərhədlərində atəşkəs pozulur. Onu da deyim ki, atəşkəs haqqında saziş imzalanandan sonra bu günə qədər Naxçıvan Muxtar Respublikasında heç vaxt atışmalar olmurdu. Amma bu yaxınlarda orada da atəşkəs pozuldu. Bu da ordumuzun əhəmiyyətini, onun daha da güclənməsinin aktuallığını bir daha təsdiqləyir.
- Azərbaycan Ordusunun döyüş hazırlığını necə qiymətləndirirsiniz?
- Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarı ilə deyil, peşəkarlıq və təminat-təhcizat baxımından da ordumuz öndədir. Eyni zamanda, ötən il keçirilmiş prezident seçkilərindən sonra Silahlı Qüvvələrimizdə həyata keçirilən islahatlar, yeni müdafiə nazirinin təyin olunması, Naxçıvan Muxtar Respublikasında əlahiddə ordunun yaradılması və digər məsələlər bunun bariz nümunəsidir. Həmçinin, onu deyim ki, ordu üçün əsas məsələ hərbi təhsil, nizam-intizam və təchizatdır. Azərbaycan Ordusu bu gün həm nizam-intizamına, həm təhsilinə, həm də təchizatına görə öndədir. İqtisadiyyatı güclü olan ölkə üçün silahlı qüvvələrin təchizatı məsələsi problem olmamalıdır. Bu mənada Azərbaycanda iqtisadi inkişaf özünün yüksək mərhələsindədir. Təbii ki, belə olan şəraitdə ordumuzun təminatına da xüsusi diqqət yetirilir. Son 10 ildə dövlət büdcəsinin gəlirləri 20 dəfədən çox artıb. Büdcə artdıqca hər sahə üçün ayrılan vəsaitlərin həcmi də artır. Bu baxımdan, orduya ayrılan vəsait də xeyli dərəcədə yüksəlib. Bu gün Azərbaycanın hərbi-müdafiə sahəsinə ayrılan vəsait işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu gün bizim ordumuz maliyyələşməsinə görə dünyada birinci 20-yə daxildir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan ordusu bu gün ən müasir texnika, silahlarla təmin olunub. Belə ki, öz ordusunu müasirləşdirən dövlətimiz bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. Eyni zamanda, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki, bu da beynəlxalq müstəvidə bizim hərbi sənaye kompleksinə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır. Beynəlxalq sərgilərdə ölkəmizin bu yöndəki məhsullarına güclü marağın olması bunu deməyə əsas verir.
Mən xeyli hərbi hissələrdə olmuşam, onların şəraiti ilə maraqlanmışam. Bütün hərbi hissələr yüksək standartlara cavab verir. Hərbçilərin ərzaq, qida, geyim təminatı da lazımi səviyyədədir. Hətta Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olmasına baxmayaraq, ən ucqar nöqtədəki hərbi hissə ilə mərkəzdə yerləşən hərbi hissələrin şəraitində heç bir fərq hiss etmək mümkün deyil. Hamısı ən yüksək səviyyədə təmin olunublar. Bu cür şərait heç Sovet ordusunda da olmayıb. Tədris məsələsinə gəlincə, Azərbaycanda bir sıra hərbi məktəblər var. Bunların sırasında C.Naxçıvanski adına Hərbi liseyi, Ali Hərbi Məktəbi, Hərbi Akademiyanı və digərlərini göstərmək olar. Bu məktəblər yüksək hərbçi kadrlar hazırlayır. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər, kurslar keçirlər. Hərbçilərimiz, istər ABŞ-da, istər Türkiyədə, istərsə də Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər. Tədris baxımından, Azərbaycan 2007-ci ildən NATO standartlarına keçib. Ona görə də, bu istiqamətdə sistemli iş aparılır və hərbi sahədə tədris bu təşkilatın standartlarına uyğundur.
- Ordumuz bütövlükdə NATO standartlarına cavab verirmi?
- Qeyd etdiyim kimi, hərbi sistemdə 2007-ci ildən etibarən NATO standartlarına keçid başlayıb. Qarşıya məqsəd qoyulub ki, ordumuz tamamilə bu standartlara uyğunlaşdırılsın. Dediyim kimi, bu sistemə tam keçid üçün ilk növbədə, ordunun büdcəsi, təchizatı və təhsili NATO standartlarına uyğun olmalıdır. Azərbaycan ordusunun hərbi-texniki təchizatında NATO ölkələrinin məhsullarından istifadə olunur. Nisbətən köhnə texnikalar isə modernizə olunaraq həmin standartlara uyğunlaşdırılır. Eyni zamanda, orduda müqavilə əsasında çalışanların da sayı artmaqdadır. Bu amil peşəkarlıq baxımından çox vacibdir. Bir sözlə, bu gün Silahlı Qüvvələrimiz işğal olunmuş torpaqlarımızı azad etməyə tam hazırlıqlı vəziyyətdədir.
- Bu yaxınlarda NATO PA-nın tədbirində erməni deputatlar da iştirak etdi və ölkəmiz haqqında əsassız fikirlər səsləndirdilər. Ümumilikdə, Azərbaycan və Ermənistan ordusunu necə müqayisə edərdiniz?
- Əslində, biz Ermənistanla danışıqlar aparmamalıyıq. Çünki ermənilər heç bir məsələni həll etmir. Danışıqları Ermənistanı himayə edən dövlətlərlə aparmalıyıq. Ermənistan müstəqil dövlət deyil və Rusiyanın sözündən kənara çıxa bilməz. Ermənistan istənilən qərar qəbul etsə də, Rusiya razılıq verməsə bu qərarın heç bir əhəmiyyəti yoxdur.
NATO PA-nın Bakıda keçirilən tədbirində erməni deputatların səsləndirdikləri fikirlərin hamısı əsassızdır. Bütün dünya Ermənistanda nə qədər acınacaqlı vəziyyətin olduğunu bilir. Dərin sosial-iqtisadi böhran nəticəsində hər il təxminən 70 min insan işğalçı ölkəni tərk edir. Eyni zamanda, Qarabağ erməniləri ilə Ermənistan vətəndaşları arasında ciddi qarşıdurmalar var. Bu amil onların ordusunda da özünü göstərir. Ermənistandan heç kim Dağlıq Qarabağa hərbi xidmətə gəlmək istəmir. Hətta onların arasında insidentlər də baş verir. Bu yaxınlarda Qarabağdan olan əsgər Ermənistandan gələn əsgəri vurub öldürmüşdü. Bunu erməni mətbuatı da yazdı. Ermənistanda əhalinin sayı o qədər azdır ki, sərhədlərin mühafizəsində mülki, yerli əhalidən istifadə olunur. Ermənistan ordusunun büdcəsi cəmi 250 milyon dollardı. Bu da bizim ordunun büdcəsindən 15 dəfə aşağıdır. Başqa dövlət qarışmasa, Azərbaycan ordusu 3 gün müddətinə Yerevana qədər gedib çıxa bilər. Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur.
- Siyavuş müəllim, Milli Məclis tərəfindən yaxın zamanlarda hərbi qanunvericiliyin təkmilləşdirilməsi gözlənilirmi?
- Təbii ki, vəziyyətlə əlaqədar bu addımlar atılır. Hərbi çağırış, sosial təminat və s. ilə bağlı qanunlar mütəmadi olaraq təkmilləşdirilir. Yəni zərurət ortaya çıxdıqca, hərbi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

