Azərbaycanda təhsil sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır
16.09.2014 [09:45]
Azərbaycan Texniki Universtitetinin rektoru, professor Havar Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Havar müəllim, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz bir təhsil işçisi kimi dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?
- Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən, təhsil sistemində müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması isə xüsusilə diqqətəlayiqdir. Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar, ilk növbədə, məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib.
Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə, onu vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, ələlxüsus da gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.
Azərbaycanda təhsilin inkişafı, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsi, müasir infrastruktur bazasının yaradılması həm də ölkənin güclü iqtisadi potensialı ilə şərtlənir. Hazırda Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi respublikada iri sosial layihələri reallaşdırmağa, o cümlədən də təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir. Ölkəmizin, xalqımızın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikanın iqtisadi kapitalının, maddi resurslarının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ölkəmizdə təhsil sahəsinə investisiyaların yönəldilməsi dünyanın inkişaf etmiş ölkələri sırasında yer tutmağı qarşısına məqsəd qoyan Azərbaycanın gələcəyinə yönəldilən sərmayələr kimi qiymətləndirilir.
Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri isə heç şübhəsiz ki, təhsil prosesinin inkişaf etdirilməsi, təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasına, tədris mühitinin optimallaşdırılmasına nail olmaqdan ibarətdir. Bu mənada son 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Belə ki, son 10 ildə dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilib. Respublikanın dövlət büdcəsindən təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təsadüfi deyil ki, dövlət büdcəsindən müdafiə xərclərindən sonra ən çox vəsait ayrılan sahə məhz təhsildir.
Son 10 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Son 10 ildə 2000-dən çox məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub.
Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildən təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, təhsil sahəsində həyata keçirilən islahatlar davamlı xarakter daşıyır. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi nəticəsində bu sahədə yeni-yeni nailiyyətlər əldə ediləcək.
- Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası prosesi hansı səviyyədədir? Bu sahədə əldə olunan nəticələri necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, aparılan islahatların başlıca məqsədlərindən biri ölkəmizin təhsilini, dünya, o cümlədən Avropa təhsil sisteminə uyğunlaşdırmaq, inteqrasiya etməkdir. Şübhəsiz, bu istiqamətdə də ciddi nəticələr əldə olunur. 2006-cı ildən Azərbaycan Respublikasının ali məktəbləri Bolonya prosesinə qoşulmuşlar. Bilirsiniz ki, vahid təhsil məkanı formalaşdırılır, təhsil xidmətlərinin mobilliyi təmin olunur, yeni təhsil standartları və təhsilin təşkilini reqlamentləşdirən normativ sənədlər işlənib hazırlanır. Ali təhsil sisteminin Bolonya prosesi kontekstində modernləşdirilməsinin, təhsilin keyfiyyətinin yüksəldilməsinin və nəticələrinin tanınmasının əsas istiqamətlərindən biri də tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya texnologiyalarının tətbiqidir.
- Havar müəllim, Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Ümumiyyətlə, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.
Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir.
- Sizcə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” perspektiv üçün nələr vəd edir?
- Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar təhsilin keyfiyyətinin yaxşılaşması və peşəkarlıq səviyyəsinin yüksəlməsinə töhfə verir. Digər tərəfdən, azərbaycanlı gənclərin dövlət hesabına xarici ölkələrdə təhsilini nəzərdə tutan Dövlət Proqramının icrası da uğurla davam edir. Hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 10 mindən artıqdır. Təhsilini başa vuran gənclərimiz isə ölkəyə qayıdaraq müxtəlif sahələrdə peşəkar fəaliyyətlərilə respublikanın inkişafına töhfələrini verir. Bu mənada qeyd etdiyiniz Dövlət Proqramı xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu proqram böyük insan kapitalının yetişməsi baxımından çox mühümdür. Təbii ki, xaricdə təhsil alıb yüksək biliklərə yiyələnən gənclərimiz təhsilini başa vurandan sonra qayıdıb dövlətimizə xidmət göstərməlidirlər. Diqqət çəkən məqamlardan biri odur ki, proqram əsasında təhsil alan gənclərin ən çox seçdiyi ixtisaslardan biri mühəndislikdir. İqtisadiyyatı sürətlə inkişaf edən ölkənin mühəndislərə böyük ehtiyacı var. Biz də universitet olaraq proqram üzrə təhsil alan gəncləri işə dəvət edirik.
- Havar müəlim, 15 sentyabr “Bilik Günü”dür, ölkəmizdə yeni tədris ili başlayır. Rəhbərlik etdiyiniz Azərbaycan Texniki Universiteti yeni tədris ilinə necə hazırlaşıb?
- “Bilik Günü” Azərbaycanda böyük bayram kimi qeyd olunur. Bu, bir ənənəyə çevrilib. Bilik günü hər il olduğu kimi bu il də bizim universitetdə də qeyd edilib. Biz ötən dövr ərzində ali məktəbin maddi-texniki bazasınını gücləndirilməsinə xüsusi önəm vermişik. Çünki maddi-texniki bazası zəif olan, laboratoriyaları olmayan ali məktəblərdə yüksək ixtisaslı kadr hazırlığından söhbət gedə bilməz. Bilirsiniz ki, dövlətimiz ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinin artırılmasına, eləcə də universitetlərin binalarının əsaslı təmirinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsi olaraq universitetimiz də ciddi nəticələr əldə etməkdədir.
- Havar müəlim, sonda universitetin beynəlxalq əlaqələri ilə bağlı məlumat verməyinizi xahiş edirik...
- Beynəlxalq əlaqələrimizə gəlincə, bu istiqamətdə də geniş fəaliyyət həyata keçiririk. Azərbaycan təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması prosesi artıq dönməz xarakter alıb və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu prosesin önündə gedən universitetlərdən biri kimi Azərbaycan Texniki Universitetində də mühüm işlər yerinə yetirilir. Universitetimiz beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bütün təklifləri dəyərləndirir və bir çox hallarda münasibətlərin formalaşdırılmasında aparıcı rol oynayır.
Universitetimiz müxtəlif beynəlxalq layihələrdə iştirak (tədris, elm, mübadilə və s.) edir. AzTU-da son illərdə bir neçə tədris layihələri (TEMPUS) yerinə yetirilib. Hal-hazırda AzTU-da ondan artıq tədris layihəsi yerinə yetirilir ki, bunlardan “TEMPUS”, “KOİCA”, “NRF”, “Paris-Tech”, “DAAD”, “ATF” (DGF), “İskratel”, ETAP- General Electric (GE)-AzTU və s. kimi layihələri xüsusi qeyd etmək istərdim. Bu layihələrə uyğun olaraq biz geniş beynəlxalq əməkdaşlıq edirik, tədrisin müasir texnologiyaların tətbiqi ilə qurulmasına çalışırıq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

